Məhkəmə qərarları › İş №e-2(006)-3553/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3553/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3553/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X1 Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı Cavabdeh vəsatətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işin həmin məhkəmənin digər hakiminin icraatında olan e-2(006)-2413/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan e-2(006)-2413/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2413/2023 saylı qərardadından (hakim Nail Abbasov) görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair e-2(006)-3553/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair e-2(006)-2413/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair e-2(006)-3553/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair e-2(006)-2413/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-2413/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar