Məhkəmə qərarları › İş №e-2(006)-3586/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3586/2025

13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3586/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment və məhkəmə xərcləri" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "aliment və məhkəmə xərcləri" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası vətəndaşı Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, uzun müddət Moskva şəhərində yaşamışlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bir müddət keçəndən sonra aralarında münasibət gərginləşmiş və cavabdeh Bakı şəhərinə qayıtmış, orada yenidən ailə qurmuşdur. Dəfələrlə ona övladın saxlanılmasında yardımçı olmağını xahiş etsə də, buna məhəl qoymamışdır. Hazırda Bakı şəhərində vəkili Vəkil etibarnamə vermiş və uşağının saxlanılması üçün AR qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aliment ilə bağlı iddia qaldırılması üçün Mediasiya təşkilatına müraciət olunmuş və iclas xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Cavabdeh ilə birgə nikahlarından olan 1 azyaşlı övladları - xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay cavabdehdən 246 manat sabit məbləğdə alimentin, mediasiya təşkilatına ödənilmiş 60 manat rüsum və vəkil xidməti üçün 225 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin digər nikahından olan övladının artıq 22 yaşı var, yəni ona qarşı bir aliment öhdəliyi yoxdur. Həmçinin, cavabdeh gözlərində problem olduğunu iddia etsə belə, əlilliyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq uşağın iddiaçının himayəsində olduğunu bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, aliment məbləğinin daha az miqdarda təyin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Qaqarin rayon dövlət xidmətləri göstərilməsi üzrə çoxfunksional mərkəzi 22 saylı Moskva VVAQ orqanı tərəfindən verilən Vİ-MЮ seriyalı, 668979 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 25 aprel 2023-cü il tarixində pozulub. Bu barədə nikahın ləğv edilməsi haqqında 2023-cü ilin aprel ayının 25-ci günündə ********************6 nömrəli akt qeydi tərtib edilmişdir. 8.Mülki işin materiallarında olan Moskva şəhəri VVAQ İdarəsinin Qaqarin rayonu VVAQ şöbəsi tərəfindən verilən Vİİ-MЮ seriyalı, 669826 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Rusiya, Moskva şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 9.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosuna 225 manat məbləğində vəkil xərci ödənilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/6-00849 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 61 manat məbləğində pul ödənilmişdir. 12.Mülki işin materiallarına həmçinin, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X2 anadan olmuş, daha sonra tərəflər arasında bağlanmış nikah 25 aprel 2023-cü il tarixdə pozulmuşdur. Hazırda iddiaçı birgə nikahdan olan uşağın saxlanılması üçün aylıq 246 manat sabit pul məbləğində alimentin, həmçinin məhkəmə xərclərinin ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 15.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 16.“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 17.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-cü il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 18.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 19.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, cavabdehin digər aliment öhdəliynini olmamasını, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini əsas tutaraq hesab edir ki, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (246:400≈0.61) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 20.Məhkəmə həmçinin, alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. 21.İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, e-16(006)-272/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə e-2(006)-3586/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X1 saxlanılması üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Odur ki, hazırki vəziyyətdə alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən (məhkəmənin e-16(006)-272/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla) ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən başlanmalıdır. 22.Məhkəmə tələbin 225 manat vəkil xərci və 60 manat mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissələrdə də əsaslı hesab edilməklə təmin edilməlidir. 23.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 24.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 26.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 27.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosuna 225 manat məbləğində vəkil xərci və Bakı 6 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia tələbi əsaslı hesab edilərək təmin edildiyindən həmin tələb üzrə ödənilmiş vəkil və mediasiya xərcləri də cavabdehə aid edilməli və cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. 28.Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin ödənilmiş 225 manat vəkil xərci və 60 manat mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 285 (iki yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 33.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq (məhkəmənin e-16(006)-272/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 225 (iki yüz iyirmi beş) manat vəkil xərci və 60 (altmış) manat mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 285 (iki yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar