Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3605/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması və əlavə xərclər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub İddiaçı ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Həmin nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Fərəh Məmmədova və xx.xx.2017-ci il tarixdə isə Sarah Məmmədova doğulmuşdur. Cavabdeh artıq uzun müddətdir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmasında iştirak etmir. Uşaqların saxlanması üçün hər hansı maddi kömək göstərmir və uşaqların saxlanması tamamilə iddiaçı tərəfindən təmin olunur. Belə ki, onların geyim, qidalanma, təhsil, sağlamlıq və gündəlik xərclərini iddiaçı qarşılayır. Bununla əlaqədar olaraq hesab etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay qazancının 1/3 miqdarında aliment tutulmalıdır. Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub İddiaçı ödənilməsi, "xxxx" MMC-də təhsil aldıqları müddətdə X2 təhsil haqqına görə 2024-2029-cu illər üzrə hər il 20 avqust tarixinə qədər 6625 manat, 2029-2032-ci illər üzrə hər il 20 avqust tarixinə qədər 8075 manat məbləğində və X3 təhsil haqqına görə 2024-2027-ci illər üzrə hər il 20 avqust tarixinə qədər 4781.25 manat, 2027- 2032-ci illər üzrə hər il 20 avqust tarixinə qədər 5631.25 manat, 2032-2035-ci illər üzrə hər il 20 avqust tarixinə qədər 6863.75 manat məbləğində əlavə xərclərin Cavabdeh tutulub İddiaçı ödənilməsi, X2 müalicəsinə görə 210 manat və X3 müalicəsinə görə 210 manat məbləğində əlavə xərclərin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə doğulmuş Fərəh Məmmədova - xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də V sinifdə təhsil alır və onun illik təhsil haqqı 13250 manat təşkil edir; xx.xx.2017-ci il tarixdə doğulmuş Sarah Məmmədova - xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də İİ sinifdə təhsil alır və onun illik təhsil haqqı 9562.5 manat təşkil edir. Həmin təhsil müəssisəsində İ-İV siniflər üzrə təhsil haqqı 11250 manat, V-İX siniflər üzrə 13250 manat, X-Xİİ siniflər üzrə isə 16150 manat təşkil edir. Sarah Məmmədovanın təhsil haqqına görə 11250 manat deyil, yəni 15% daha az - 9562.5 manat ödənilməsinin əsası təhsil müəssisəsi ilə valideyn arasında bağlanmış müqavilənin 4.9.1- ci bəndidir. xx.xx.2014-cü il tarixdə doğulmuş Fərəh Məmmədova - Bakı 10№-li Uşaq Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa əsasən sağ pəncənin ön və yan proyeksiyada R qrammasında destuktiv sümük dəyişikliyi diaqnozu qoyulmuş və fizioterapiya müalicəsi təyin edilmişdir. Diaqnoza əsasən Milli İdman Tibb və Reabilitasiya İnstitutu tərəfindən 20 dəfə müalicəvi idman və fizioterapiya prosedurları həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixdə isə Sarah Məmmədova- Bakı 10№-li Uşaq Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa əsasən sağ pəncənin ön və yan proyeksiyada R qrammasında destuktiv sümük dəyişikliyi diaqnozu qoyulmuş və fizioterapiya müalicəsi təyin edilmişdir. Diaqnoza əsasən Milli İdman Tibb və Reabilitasiya İnstitutu tərəfindən 20 dəfə müalicəvi idman və fizioterapiya prosedurları həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tibb müəssisəsində bir prosedurun qiyməti 21 manat təşkil edir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı atası Qalib Qəribov qərara almışdır ki, qızı Məhərrəmova Səbinənin övladları Riyad Məhərrəmov və Əli Məhərrəmov, digər qızı Brus Ülkərin övladı Əsma (2022-ci ildə Ülkər və qızı Böyük Britaniyaya köçüblər) və İddiaçı övladları birlikdə Avropa Azərbaycan Məktəbində təhsil alsınlar. Təhsil haqqı da Qalib Qəribov tərəfindən ödənilmişdir. X9 AHİK-in Katibi-maliyyə şöbəsinin müdiri olmuşdur. Cavabdeh heç vaxt məktəbin haqqını ödəməmişdir. Əgər uşaqların belə yüksək təhsil haqqı olan məktəbdə oxumasına görə bu qədər iri xərc çəkməli olduğunu bilsəydi, heç vaxt buna razılıq verməzdi. Bu səbəbdən də təhsil haqqının 1/2 hissəsini ödəməyə nə imkanı var, nə də bunu zəruri hesab etmir. Azərbaycan Respublikasında kifayət qədər keyfiyyətli və pulsuz təhsil olacaqları var. Hesab etmir ki, həmin məktəblərdə (liseylərdə) təhsil alan uşaqlar özəl məktəblərdə (liseylərdə) oxuyanlardan əskikdirlər, zəifdirlər və ya savadsızdırlar. Bu səbəbdən də iddia tələbinin təhsil haqqı hissəsinə qəti etiraz etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, alimentin sabit pul şəklində hər ay hər uşağa görə 235 manat tutulmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2(006)-5007/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 qızı arasında Səadət Sarayı Bakı nikah evində 06 noyabr 2012-ci il tarixdə 2903 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları X1 qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 qızı arasında olan nikah qeydinə xx.xx.2023-cü il tarixdə xitam verilməklə 24№ ilə qeyd edilmişdir. İş materiallarında olan Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi MMC tərəfindən verilmiş arayışların surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdən, X8 xx.xx.2022-ci il tarixdən həmin məktəbdə təhsil alırlar. İş materiallarında olan ambulator kitabçadan çıxarışlardan görünür ki, X7 və X5 “sağ pəncənin ön və yan proyeksiyada R qrammasında destruktiv sümük dəyişikliyi, sümük tamlığının pozulması qeyd olunur. Oynaq arası yarıqlar normaldır. İş materiallarında olan arayışlardan müəyyən olunur ki, X7 və X8 MİTRİ (Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu) idman həkiminin qəbulunda olmuşlar. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “nəzarətçi, hava nəqliyyatı” vəzifəsində işləməklə aylıq vəzifə maaşı 2850 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Cavabdehin nümayəndəsinin alimentin sabit pul şəklində tutulmalı olması dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə verilmiş tələbə baxmalı olduğundan və iddiaçı alimentin sabit pul şəklində deyil, cavabdehin qazancının hissəsi şəklində tələb etdiyindən qeyd edilən hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın “təhsil haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər uşaqların ümumi təhsil almasını təmin etməyə borcludurlar. Lakin, ölkədə ümumi orta təhsilin pulsuz olmasını Cavabdeh aylıq pul təminatının miqdarını (2850 manat) və ondan uşaqların saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab edir ki, onun əlavə xərclərə cəlb olunması ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “X2 və X3 hər birinin müalicələrinə görə 210 manat məbləğində əlavə xərclərin Cavabdeh tutulub İddiaçı ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə uşaqların hansısa ağır xəstəlikdən əziyyət çəkmələri müəyyən edilməmiş, uşaqlara qoyulmuş diaqnoza əsasən onlara müalicəvi idman təyin edilmişdir. Odur ki, məhkəmə qeyd edilən hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 124.2 manat (2850/3=950*12=11400=124.2) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 124.2 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3605/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3605/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver