Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3642/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyul 2016-cı il təvəllüdlü X1 və 05 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşaq üçün 750 manat olmaqla, cəmi 1500 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3633/2022 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanılmış barışıq sazişinin təsdiq olunması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının hər birinin saxlanılması üçün, həmin uşaq 18 yaşına çatana qədər, hər ay 750 manat məbləğində alimenti İddiaçı ödəməyi öhdəsinə götürür, fikir ayrılığının yaranmaması üçün uşaqların yetkinlik yaşına çatana qədər aylıq ödəniləcək ümumi aliment məbləği 1500 manat təşkil edəcək. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırda tələb etdiyi 1500 manat aliment məbləğə Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(006)-3633/2022 saylı qərardadında artıq hüquqi qiymət verilmişdir. Göründüyü kimi hazırda İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərardadında müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3642/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3642/2022
05.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver