Məhkəmə qərarları › İş №e-2(006)-3649/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3649/2020

18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3649/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlə aralarında bağlanmış və xx xxx 2016-cı il tarixdə rəsmiləşdirilmiş nikahlarının pozulmasını, birgə nikahlarından olan övladları X2 onun yanında saxlanılmasını, cavabdehdən X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla xx xxx 2016-cı il tarixində ailə həyatı qurmuşdur. Birgə nigahlarından xx xxx 2016-cı il təvəllüdlü X5 adında övladları var. Bildirir ki, birgə nigahlarından olan övladları xəstəlikdən əziyyət çəkir və mütamadi müalicəyə ehtiyacı var. Cavabdehlə nigahlarından yetkinlik yaşına çatmayan uşaqları olduğundan nigahın ləğvi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlə boşanmaq istəyinə səbəb, evlilikləri dönəmində bir-birilərini başa düşməmələri, son zamanlarda artıq nigahlarının formal xarakter almasıdır. Ona görə də qəti qərara gəlmişdir ki, cavabdehlə nigahına son versin. Şərh olunanları nəzərə alaraq cavabdehlə aralarında bağlanmış və xx xxx 2016-cı il tarixdə rəsmiləşdirilmiş nikahlarının pozulmasını, birgə nikahlarından olan övladları X2 onun yanında saxlanılmasını, cavabdehdən X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış və xx xxx 2016-cı il tarixdə rəsmiləşdirilmiş nikahlarının pozulmasını, birgə nikahlarından olan övladları X2 onun yanında saxlanılmasını, cavabdehdən X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onunla İddiaçı arasında bağlanmış nikahın pozulmasına, övladı xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasına və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 018114 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 116 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Rüstəmxanlı-Cəfərova soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 805507 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 339 nömrə ilə qeyd edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. İddiaçı və cavabdeh aralarında olan nikahın pozulmasına razıdırlar. Cavabdeh birgə nikahdan olan uşaqları X2 iddiaçının yanında qalmasına və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin (bundan sonra - AM) 20.1 və 20.3-cü maddələrinin tələblərinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Bu halda nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. AM-nin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iddia tələbinin “nikahın pozulması” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğuna görə onların arasında bağlanmış nikah pozulmalıdır. AM-nin 22-ci maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşağının kiminlə qaldığını, uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Qeyd edilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşağın və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə uşağın valideynlərdən kimin yanında qalmasına dair tərəflərin arasında mübahisənin olmamasını (cavabdehin uşağın ananın yanında qalmasına etiraz etmədiyinə dair ərizəsini) nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulduqdan sonra onların birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçıyanında qalması müəyyən edilməlidir. AM-nin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşağını saxlamağa borcludurlar. Uşağını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın “uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydası” hissəsi ilə əlaqədar tərəflərin birgə nikahından olan uşağın ananın - iddiaçının himayəsinə verilməsini, uşaq üçün qanunla müəyyən edilmiş yaşayış minimumu və uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə aliment məbləğinin 170 manat məbləğində müəyyən edilməsinə cavabdeh tərəfin etirazı olmamasını nəzərə alaraq hesab edir ki,,xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2020-ciil tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 116 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2020-ciil tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 116 nömrə ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh xx.xx.2020-ciil tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə “alimentin tutulması” hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar