Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3746/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan hər birinə 100 manat olmaqla 200 manat sabit pul məbləğinin alimentin ləğv edilməsi və bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi məbləğində alimentin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə cavbadeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nkahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşlar. Bildirmək istəmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il 2(006)-4136/2016 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi ləğv olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(006)-2428/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmuş İddiaçı bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi saxlanılmaqla İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər birinə 100 manat olmaqla 200 manat sabit pul şəklində aliment tutularaq Cavabdeh ödənilməsi və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd etmək istəmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Bakı İdarəsində müfəttiş vəzifəsində işləyir, orta aylıq gəliri 1150,83 manat təşkil edir. Hazırda, cavabdeh-Cavabdeh isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının funksional diaqnostika kabinetinin rəisi vəzifəsində işləyir və orta aylıq əmək haqqı 1215,90 manat təşkil edir. Bildirmişdir ki, hazırda ailə vəziyyəti dəyişmiş, yenidən ailə qurmuş, X2 ilə aralarında bağlanılmış birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur, onun saxlanmasını da aldığı əmək haqqı ilə təmin etməlidir. Qeyd etmişdir ki, bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi aliment tutulmasına baxmayaraq, əlavə hər ay 200 manat sabit pul məbləğinin də tutulması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Başqa gəlir yeri də yoxdur, lakin aldığı maaşın böyük hissəsi qeyd olunan məsələlər ilə bağlı olaraq tutulur. Bu hal isə hazırda ailə vəziyyətini və maddi vəziyyətini daha da çətinləşdirir. Bir daha qeyd etmək istəmişdir ki, 1150,83 manat əmək haqqının 1/3 hissəsi və üstəgəl 200 manat sabit pul məbləği cavabdehə ödənilir. Qalan məbləğ azyaşlı uşağı olmaqla 3 nəfər ailələrinə qalır. Cavabdehin isə onlarda 3 nəfər olmaqla əmək haqqının 1/3 hissəsi, üstəgəl 200 manat sabit pul məbləği aliment və əlavə 1215,90 manat əmək haqqı, yəni gəliri olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 analarının yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi saxlanılmaqla İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinn Vergi ödəyicilərinin uçotu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləyir. C. Məmmədovun son 1 il üzrə orta aylıq gəliri 1150.83 manat təşkil edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası X1r. İş materiallarında olan arayışdan görünür ki, tibb xidməti kapitanı Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında Mərkəzi Hərbi Poliklinikanın funksional diaqnostika kabinetinin rəisi vəsifəsində həqiqi hərbi xidmətdədir. Onun orta aylıq əmək haqqı 1215.9 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının azaldılmasına dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tətəflər arasında alimentin artırılması tələbinə dair mülki işə baxılarkən (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçının orta aylıq gəlirinin 315 manat olması müəyyən edilmiş, əlavə olaraq hər ay hər uşağa görə 100 manat məbləğində alimentin tutulmaqla Cavabdeh ödənilməsi qət edilmiş, keçən qısa müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, təqdim etdiyi arayışla müəyyən edilmişdir ki, onun orta aylıq gəliri 1150.83 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (yeni ailə qurmaqla həmin nikahdan uşağının olması) əvvəlki nikahından olan uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi və iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı həddə azaldılması uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçı isə yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını istəmişdir. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bundan əlavə, uşağın valideynlərdən birinin himayəsində olması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıdan ödənilməmiş 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia tələbi təmin edilməsin. İddiaçı 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3746/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3746/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver