Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3750/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Tofı̇ q oğlunun cavabdeh Qasımova Ramı̇ na Vladı̇ mı̇ rovnaya qarşı "aliment məbləğinin 50 faizinin birgə nikahdan doğulmuş uşağın bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tofı̇ q oğlu cavabdeh Qasımova Ramı̇ na Vladı̇ mı̇ rovnaya qarşı "aliment məbləğinin 50 faizinin birgə nikahdan doğulmuş uşağın bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək və tərəflərindən verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2685/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: “İddiaçı X1 üçün uşağın 18 yaşı tamam olana qədər X2 hər ay 4.500 manat məbləğində vəsaitin ödənilməsini öhdəsinə götürür. X4 əmək qabiliyyətini itirsə, o zaman uşağın saxlanma xərci Ailə Məcəlləsinə uyğun hesablanacaq”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023-cü il tarixli, 04/2023 saylı qərardadında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Tofı̇ q oğlunun cavabdeh Qasımova Ramı̇ na Vladı̇ mı̇ rovnaya qarşı "aliment məbləğinin 50 faizinin birgə nikahdan doğulmuş uşağın bank hesabına köçürülməsi" tələbinə dair iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda İddiaçı Tofı̇ q oğlu tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tofı̇ q oğlunun cavabdeh Qasımova Ramı̇ na Vladı̇ mı̇ rovnaya qarşı "aliment məbləğinin 50 faizinin birgə nikahdan doğulmuş uşağın bank hesabına köçürülməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı icra icraatı çərçivəsində ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Tofı̇ q oğlu tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3750/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3750/2023
21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver