Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3797/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Baqıyev Yusı̇ f Seyfullah oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Malı̇ yyə Nazı̇ rlı̇ yi, Azərbaycan Respublı̇ kası Baş Prokurorluğu və Cavabdeh1nə qarşı "mənəvi zərərin ödənilməsi və əşyaların qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Baqıyev Yusı̇ f Seyfullah oğlu cavabdeh Azərbaycan Respublı̇ kası Malı̇ yyə Nazı̇ rlı̇ yinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 23 fevral 2022-ci il tarixində ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropivçlər küçəsində yerləşən mənzilində heç bir əsas olmadan, heç bir cinayət işi üzrə sənəd və qərar göstərilmədən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməliyyatçıları tərəfindən axtarış aparılmışdır. Ancaq həmin axtırışın asanlmasına dair heç bir sənəd əona təqdim edilməmişdir. Həmin axtarış zamanı övladların aid kompüteri, onun və həyat yoldaşının adına olan bank kartlarını, ev alqısatqısına aid alqı-satqı müqavilələrini, satış olunmuş evlərin və mənzillərin bank arayışlarını, lizenziya sənədlərini və bunlardan başqa yaxın qohumu olan türk vətəndaşı Güneyt Kutluerə məxsus, dizaynerlik fəaliyyətinə aid flaş kartı qanusuz olaraq götürülmüşdür. Artıq həmin vaxtdan təxminən il yarım vaxt keçməsinə baxmayaraq hər dəfə həmin əşyaların qaytarılmasını xahiş elsə də, heç bir nəticə verməmiş və hələ də göstərdiyi əşyalar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qalmaqdadır. Həmin əşyalar hal-hazırda Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin böyük müstəntiqi cənab Emin Cahangirovun icraatında olan ********* saylı cinayət işində saxlanılır. Həmin cinayət işi üzrə onun heç bir əlaqəsi yoxdur və o işə heç bir aidiyyəti olmamışdır. Hətta 23 fevral 2022-ci il tarixdə axtarış aparıldığı cövrdə ümumiyyətlə belə bir cinayət işi mövcud deyildi. Bundan əlavə Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən əsassız və sübutsuz olaraq onun ölkədən getmək hüququ məhdudlaşdırılmış və əmlaklarım üzərinə həbslər qoyulmuşdur. Həmin məhdudiyyətin götürülməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 6(001 )-53/2023 saylı qərarı ilə (sədrlik edən hakim Mahirə Kərimova) şikayəti təmin olunmamışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə) şikayəti təmin olunaraq Cavabdeh1 İstintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı İddiaçı tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş, Cavabdeh1 istintaq idarəsinin müstəntiqinin İddiaçı ölkədən çıxışına müvəqqəti məhdudiyyətin qoyulmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə, Binəqədi Rayon Məhkəməsinin 6(001)- 73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı (sədrlik edən hakim Aygün Qurbanova) ilə şikayətinin təmin olunmuş, Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilərək göstərilən əşyaların ona geri qaytarılmasına dair qərar qəbul olunmuşdur. Həmin qərardan apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsilə, X6 və X5 ibarət tərkibdə) protest təmin edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə onun və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin olunaraq onun və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü İİ tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunaraq onun və ailə üzvlərinin adına olan əmlaklar üzərindən həbs götürülmüşdür. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Ancaq həmin qərarların icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq icra olunmamış qalmaqdadır. Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət etməyinə baxmayaraq qərarları bilərəkdən icra etməkdən boyun qaçırırlar. Göründüyü kimi, istintaq orqanının qanunsuz məhdudiyyətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Bundan əlavə, qanunsuz saxlanılan əşyalar iddiaçıya geri qaytarılmalıdır. İstintaq orqanının təqsiri üzündən keçən müddət ərzində iddiaçı mənəvi sarsıntılar keçirmişdir. İddiaçıya vurulmuş mənəvi zərər isə qeyri-əmlak xarakterli olduğundan bunu keçən aylar ərzində pul ilə ifadə etməklə 50.000 manat dəyərində qiymətləndirirlərİşin mübahisəsiz halıdır ki, iddiaçı təxminən 18 ay müddətində qanunsuz olaraq təzyiqlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun şəxsi nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçıya qarşı belə münasibət ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir və bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatandır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Baqıyev Yusif oğlunun xeyrinə 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 (iki yüz qırx) manat məbləğində pulun tutulması, iddiaçının övladlarına aid kompüterin, onun və həyat yoldaşının adına olan bank kartlarınının, ev alqı-satqısına aid alqı-satqısı müqavilərinin, satış olunmuş evlərin və mənzillərin bank arayışlarının, lizenziya sənədlərinin və bunlardan başqa yaxın qohumu olan türk vətəndaşı Güneyt Kutluerə məxsus dizaynerlik fəaliyyətinə aid flaş kartın cavabdehlər Azərbayan Respublikası Baş Prokurorluğundan və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən alınaraq X3 qaytarılması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Baqıyev Yusif oğlunun xeyrinə 50.000 manat məbləğində mənəvi zərərin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək Azərbaycan Respublı̇ kası Baş Prokurorluğu və Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, 23 fevral 2022-ci il tarixində iddiaçının ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropivçlər küçəsində yerləşən mənzilində heç bir əsas olmadan, heç bir cinayət işi üzrə sənəd və qərar göstərilmədən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən axtarış aparılmışdır. Ancaq həmin axtırışın aparılmasına dair heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. Həmin axtarış zamanı onun övladlarına aid komputer, iddiaçı və həyat yoldaşının adına olan bank kartlarını, ev alqı-satqısına aid alqısatqı müqavilələrini, satış olunmuş evlərin və mənzillərin bank arayışlarını, lizenziya sənədlərini və bunlardan başqa yaxın qohumu olan türk vətəndaşı Güneyt Kutluerə məxsus, dizaynerlik fəaliyyətinə aid flaş kartı qanusuz olaraq götürülmüşdür. Həmin əşyalar 2 ilə yaxın bir müddət saxlandıqdan sonra iddiaçıya qaytarılmışdır. Həmin əşyalar qaytarılana qədərki müddətdə Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük müstəntiqi cənab Emin Cahangirovun icraatında olan ********* saylı cinayət işində saxlanılmışdır ki, həmin cinayət işi üzrə iddiaçının heç bir əlaqəsi olmamışdır. Hətta 23 fevral 2022-ci il tarixdə axtarış aparıldığı dövrdə ümumiyyətlə belə bir cinayət işi mövcud deyildi. Bundan əlavə Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əsassız və sübutsuz olaraq iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmış və əmlakları üzərinə həbslər qoyulmuşdur. Həmin məhdudiyyətin götürülməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş, lakin təmin olunmamışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayəti təmin olunaraq 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının ölkədən çıxışına müvəqqəti məhdudiyyətin qoyulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə göstərilən əşyaların iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə iddiaçı və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)- 629/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin olunaraq iddiaçı və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə apellyasiya şikayətləri təmin olunaraq iddiaçı və ailə üzvlərinin adına olan əmlaklar üzərindən həbs götürülmüşdür. Adıçəkilən qərarlar nəticəsində əmlaklar üzərində, iddiaçının ailə üzvlərinin ölkədən çıxışına qoyulan qadağa götürülsə də və götürlmüş əşyalar qaytarılsa da, iddiaçının ölkədən çıxışına qoyulan qadağa hələ də götürülməmişdir. Qeyd etdiyi qanunsuz hərəkətlər nəticəsində iddiaçının konstitusiyon hüuquqları kobudcasına pozulmuş və bu hərəkətlər nəticəsində iddiaçı ağır mənəvi ziyan çəkmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.
7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 18 ay müddətində istintaq orqanının qanunsuz məhdudiyyətlərə məruz qalmış, nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Cavabdeh1 İddiaçı barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 6(001)-73/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı qərarları icra etməməkdə ifadə olunan hərəkətsizliyi qanunsuz və əsassız hesab edilmişdir. Hazırda iddiaçı ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 6(103)-83/2023 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Cavabdeh1 İstintaq idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının İddiaçı tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi, Cavabdeh1 İstintaq idarəsinin müstəntiqinin İddiaçı ölkədən çıxışına müvəqqəti məhdudiyyətin qoyulmasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-73/2023 saylı qərarı ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış götürmə hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı məxsus mənzildən götürülmüş 2 ədəd “İphone 13” markalı mobil telefon, övladlarına məxsus “ACER” və “MacBook Air” markalı 2 ədəd komputer, “X16 Recorder” yazılmış bir ədəd aparat, onun və həyat yoldaşının adına olan bank kartları, ev alqı-satqısına aid alqısatqı müqavilələri, satış olunmuş evlərinin və mənzillərinin bank arayışları, lizenziya sənədlərinin geri qaytarılması qərara alınmışdır.
12. Mülki işin materiallarında olan 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayətlərinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 5(001)-629/2023 nömrəli qərarı İddiaçı özünün və ailə üzvlərinin adına olan əmlaklarn üzərinə həbs qoyulmasına aid hissədə ləğv edilməsi, Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.148 ha torpaq sahəsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 2F-nin bir hissəsi (3cü mərtəbədən 125.7 və 143.7 kv.metr), ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 2şeron rayonu, Yoncalıq ərazisi 117 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.0215 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 6 fərdi yaşayış evi, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.03 ha torpaq sahəsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.0212 ha torpaq sahəsi, Şəki şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0031 ha torpaq sahəsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı ərazisində yerləşən 0.04 ha torpaq sahəsi, “Mercedes Benz G63 minik” markalı, 10-00-799 dövlət qeydiyyat nişanlı avtomobil və “Dodge Durango minik”markalı, 10-00-899 dövlət qeydiyyat nişanlı avtomobilin üzərlərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
13. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-109/2023 saylı qərarına əsasən şikayətin təmin olunması, Cavabdeh1 İddiaçı barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 6(001)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları icra etməməkdə ifadə olunan hərəkətsizliyi qanunsuz və əsassız hesab edilsin və şikayətçi İddiaçı ölkədən çıxışına müvəqqəti məhdudiyyətin qoyulması və əmlaklar üzərinə həbs qoyulması barədə qadağanın götürülməsi təmin edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə İddiaçı istintaq orqanının qanunsuz məhdudiyyətlərə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
15. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
16. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
19. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
20. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin müvafiq sıyahısna əsasən hansı hallarda ziyan tələb etmək hüquqlarının olması müəyyən edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması;[3] 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması;[4] 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
23. Yuxarıda qeyd edilən maddi hüquq normasından göründüyü kimi İddiaçı barəsində cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilən istintaq hərəkətləri aparılmış (götürmə hərəkətləri, əmlakları üzərinə həbsin qoyulması, ölkə hüdudlarından çıxışına qadağa) və bu da müvafiq məhkəmələr tərəfindən qanunsuz hesab edilməklə öz təsdiqini tapmışdır.
24. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
26. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
28. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
29. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
30. İşin mübahisəsiz halıdır ki, iddiaçı 18 ay müddətində qanunsuz olaraq müxtəlif təzyiqlərə məruz qalmışdır. O, həmin müddət ərzində mənəvi sarsıntı keçirmiş, onun şəxsi nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 1000 (bir min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının qanunsuz olaraq təzyiqlərə məruz qalması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
33. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, «X12» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsimə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
34. Belə olan halda, qeyd edilən 240 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən könüllü qaydada ödənildiyindən və cavabdeh isə dövlət orqanı olduğundan (“X12” AR Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları rüsumdan azaddır) iddia tələbi bu hissədə rədd edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov