Məhkəmə qərarları › İş №e-2(006)-3898/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3898/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3898/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozularaq, xx.xx.2004-cü il təvəlüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 onun yanında saxlanılması və uşaqlarının saxlanılması üçün hər ay Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 miqdarında alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Sonradan Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-9824/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 üçün ona aliment ödəməkdən azad olunmuşdur. Lakin X1 üçün alimentin ödənilməsi öhdəliyi hələ də Cavabdeh üzərində qalmaqdadır. 2016-cı ildən hazırki vaxtadək cavabdeh tərəfindən ona heç bir aliment və ya başqa ödəniş edilməmişdir. Bu illər ərzində alimentin alınması ilə bağlı bir neçə dəfə icra şöbəsinə müraciət etsə də müraciətləri nəticəsiz qalmışdır. Hazırda qızı X9 15 yaşı tamam olub və qızının bütün xərcləri və lazımi vəsaitləri onun tərəfindən qarşılanmaqdadır.

3. Göstərilənlərə əsasən iddianın təmin olunması, xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək aylıq 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

4. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək aylıq 220 manat sabit pul məbləğində alimentin və təhsil xərclərinin qarşılanması üçün aylıq 300 manat əlavənin cəmi aylıq 520 manat pul vəsaitinin hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında bağlanmış nikah pozularaq, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 iddiaçının yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Sonradan Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 9824/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2004cü il təvəllüdlü X3 üçün iddiaçı aliment ödəməkdən azad olunmuşdur. Buna səbəb isə onlar arasında gəlinmiş razılaşma olmuşdur. Lakin X1 üçün alimentin ödənilməsi öhdəliyi hələ də Cavabdeh üzərində qalmaqdadır. 2016-cı ildən hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçıya heç bir aliment və ya başqa ödəniş edilməmişdir. Bu illər ərzində alimentin alınması ilə bağlı iddiaçı bir neçə dəfə icra şöbəsinə müraciət etsə də müraciətləri nəticəsiz qalmışdır. X5 15 yaşı tamam olub və onun bütün xərcləri və lazımi vəsaitləri iddiaçı tərəfindən qarşılanmaqdadır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir.

7. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, rəsmi nikahından xx.xx.2008-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2004-cü il təvəlüdlü X2 üçün hər ay Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 miqdarında alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X1 və təhsil xərclərinin qarşılanmasında maddi çətinlik çəkir və alimentin məbləğinin dəyişdirilməsini tələb edir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X13 ilə Cavabdeh arasında xx.xx.2004-cü ildə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış, bağlanması barədə həmin tarixdə akt qeydləri kitabında 90№ ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmamış xx.xx.2004-cü il təvəllüdlü X17 və 17 iyul 2008-ci il təvəllüdlü X9 anaları iddiaçı X8 yanında qalmaları, xx.xx.2004-cü il təvəllüdlü X12 və 17 iyul 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 17 aprel 2012-ci ildən başlayaraq hər ay Cavabdeh qazancından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı X10 verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. İş materiallarında olan X6 əldə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də dizayner vəzifəsində çalışır, əmək haqqısı 500 manat təşkil edir.

12. İş materiallarında olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X14 Hüquqi Şəxs tərəfindən verilmiş Arayışın surətindən görünür ki, X15 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X14 Hüquqi Şəxsin “dekorativ tətbiqi incəsənət və xalq sənəti” ixtisasına əyani ödənişli əsaslarla qəbul olunmuş və hazırda İ kurs tələbəsidir.

13. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-9824/2016 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq, övladı xx.xx.2007-ci il təvəllüdlü X4 görə İddiaçı aliment ödəməkdən azad edilməsi qət edilmişdir.

14. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində verilmiş AZ-İİ № 299923 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17 iyul 2008-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X11r.

15. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/6-0134 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmiş, yazılı şəkildə iştirak etməkdən imtina etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

19. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur.

20. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

22. Eyni zamanda, diqqətə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). 23.«Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

25. Məhkəmə iddianın qismən təmin olunmalı olduğu qənaətinə gəlmişdir.

26. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir. Belə ki, mülki işin materiallarından və “Elektron İnformasiya” sistemindən çıxarışa əsasən cavabdehin rəsmi iş yeri müəyyən edilməmişdir. Bu isə həm əvvəlki məhkəmə qətnaməsinin, həmdə hazırda hissəvi tutulmalı olduğu təqdirdə bunun icrasının mümkünsüzlüyü ilə nəticələnəcəkdir. Bu səbəbdən məhkəmə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin tutulması qaydasını hissəvidən 220 manat sabit pul məbləğinə keçirilməsini əsaslı hesab edir.

27. İddia tələbi digər hissədə, yəni uşağın təhsil xərclərinin qarşılanması üçün 300 manat əlavə pulun cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Belə ki, cavabdehin X6 əmək haqqı məlumatlarından da göründüyü kimi rəsmi iş yeri yoxdur. İddiaçı tərəfindən də cavabdehin gəliri barədə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdehin əlavə xərcləri ödəmək qabiliyyətinin olmasına dair hər hansı sübut olmadığı üçün onun bu xərcləri ödəmək qabiliyyəti mümkünsüz sayılır.

28. Məhkəmə onuda qeyd edir ki, Ali Məhkəmənin 28 mart 2016-cı il tarixli Plenumun qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsi ilə Cavabdeh qazancından və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qaydası dəyişdirilməli və Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

30. Məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

32. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, (220x12=2640-1000=1640 1640x1%=16.4+30=46.40) mediasiya mərhələsində isə 50 manat dövlət rüsumu ödənildiyi üçün cavabdehdən 46,40 manat məbləğində dövlət rüsumu tutulmasına zərurət qalmamışdır.

33. Məhkəmə hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1940/2012 saylı qətnaməsi ilə Cavabdeh qazancından və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qaydası dəyişdirilsin və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar