Məhkəmə qərarları › İş №e-2(006)-3931/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3931/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3931/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia verilən tarixdən əvvəlki 3 illik dövrə olan yaşayış minimumu həddində aliment və iddia verilən tarixdən yaşayış minimumu həddində alimentin Cavabdeh tutularaq ona verilməsi, həmçinin himayəsində olan 05 aprel 2002-ci ildə doğulmuş X4, 19 oktyabr 2004-cü ildə doğulmuş X6 və 23 mart 2012-ci ildə doğulmuş X2 üçün, hər ay 220 manat olmaqla, yəni hər ay cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, Cavabdeh ilə nikahları dövlət qeydiyyatına 17 iyun 2001-ci ildə alınmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 732 № ilə qeyd edilmişdir. Birgə nikahdan 05 aprel 2002-ci ildə X8, 19 oktyabr 2004-cü ildə X10 və 23 mart 2012-ci ildə X7 doğulmuşdur. Cavabdeh ona və övladlarına qarşı diqqətsizdir, ailə qayğısı çəkmir, uşaqların saxlanmasına maddi yardım göstərmir. Ailənin qorunması, maddi təminatlarının ağır olduğu barədə iradlarına baxmayaraq öz qazancını istədyi kimi xərcləyir. Cavabdeh ali təhsillidir, ixtisasca mühəndisdir. Lakin, heç bir yerdə işləmək istəmir. Fiziki cəhətdən sağlamdır. Qeyd etmişdir ki, bu cürə davranışı o, 2018-ci ildən göstərməyə başlamışdır. Cavabdehlə ailə quran vaxtlarda isə birlikdə xoşbəxt yaşamışlar. Cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzildə 2011ci ilin iyul ayına kimi birgə yaşamışlar. Sonra həmin 4 otaqlı mənzili sataraq əldə etdikləri pula hal-hazırda yaşadıları ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.m. olan 3 otaqlı 74 nömrəli mənzili təmir edərək oraya köçmüşlər. Lakin, qayınanası xx.xx.2020-ci ildə vəfat edəndən sonra ailə daxilində münasibətlər daha da gərginləşmişdir. Əri heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. Onun işləməsinin də əleyhinə olduğuna görə, bütün ailələri qaynatasının pensiyası hesabına yaşamışlar. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyyata almamışlar. Övladlarını isə təzəlikcə ərinin qeydiyyatda olduğu ünvana qeydiyyata saldırmışdır. Əri onlara baxmasa da, üç oğlan övladları vardır və ondan ayrılmaq istəmir. Lakin, uşaqların baxılmasına da köməklik etmir. Ona və üç uşağına anası baxmışdır. Cavabdeh evə gələndə də, onların ac və ya tox olduqları ilə maraqlanmamışdır. Cavabdeh 13 ildir yaşadıqları mənzildən onları ümumiyyətlə çölə atmaq istəyir. Bu barədə dəfələrlə onu və uşaqları hədələmişdir. Əri demişdir ki, evi satmaq və biznes qurmaq istəyir. Onların isə özlərinin də qeydiyyatda olduğu qaynatasının bağ evinə köçmələrini təklif edir. Hal-hazırda yaşadıqları mənzil şəhərin mərkəzinə yaxındır. Uşaqlardan Mikayıl bu ərazidə məktəbə gedir. Oğlu Kənan isə 600-dən yuxarı bal toplamaqla Azərbaycan Fransız Universitetinin və ADNSU-nun Geofizika mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olmuşdur. Həmin universitet də evə yaxındır. Onlar demək olar ki, nəqliyyatdan istifadə etmirlər, hər yerə piyada gedirlər. Böyük oğlu Fərhad isə Rusiya Federasiyasının Tomsk şəhərində, Politexnik universitetində əyani əsaslarla ali təhsil alır. Maddi durumları çox ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində və təhsilində cavabdeh iştirak etmir. Halbuki, böyük oğlu Fərhad və ortancıl oğlu Kənan universitetə qəbul imtahanlarına hazırlaşarkən, cavabdeh onlan hazırlıqlara qoymaqdan imtina etmişdir. Belə olan halda o, kiçik oğlu Mikayılı dayənin yanında saxlayaraq Aptekdə gecə növbəsində əczaçı kimi çalışmışdır ki, övladları layiqli təhsil ala bilsinlər. Odur ki, cavabdehdən aliment tutularkən onun qazancının qeyri-müntəzəm olması, eyni zamanda ailənin yardıma ehtiyacının olması və son 3 ildə cababdehin onlarla yaşamaması nəzərə alınmalıdır. Belə ki, 3 il bundan öncə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməsi əvəzində o, hal-hazırda yaşadıqları mənzili onlara verməsi barədə öhdəlik götürmüşdür. Hal-hazırda həmin öhdəlik barədə saziş cavabdeh tərəfindən pozulduğu üçün cavabdehdən 3 ildən daha artıq müddətə aliment tələb edə bilər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etməklə, 3 illik dövr üçün aliment ödənilməsinə etiraz etdiyini bildirdi. Həmçinin 220 manat məbləğində alimenti yalnız yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 xx.xx.2001-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 846487 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər hazırda nikahdadırlar, onların birgə nikahlarından yalnız bir yetkinlik yaşına çatmayan uşaqları vardır-xx.xx.2012-ci il təvəllüdlü X7. Uşaq hazırda iddiaçının yanındadır və tərəflər arasında uşağın saxlanılması ilə bağlı razılıq mövcüd deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən saxlanılması üçün aliment tələb edilən övladlarından yalnız biri-xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmamış, buna görə də hazırki halda məhkəmə yalnız yetkinlik yaşına çatmayan uşağa aliment tutulması hissəsində alimentin tutulması məsələsinə baxa bilər. Məhkəmə cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmasını, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, cavabdehdən hər ay xx.xx.2012-ci il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulması onun mənafeyinə uyğundur. Məhkəmə iddia tələbinin “iddia verilən tarixdən əvvəlki 3 illik dövrə olan yaşayış minimumu həddində alimentin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək hər hansı tədbirlər gördüyü müəyən edilmədiyindən və buna dair hər hansı sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hissədə iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissdə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar