Məhkəmə qərarları › İş №e-2(006)-3957/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3957/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3957/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi – X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 470 manat məbləğində sığorta ödənişinin, 30.40 məbləğində dövlət rüsumunun, cəmi 500,40 məbləğində pulun tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi küçəsində Cavabdeh2 MMC-yə məxsus, Cavabdeh1 idarə etdiyi “Ravon R3” markalı, dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də “əmlak sığortası” ilə sığortalanmış “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyət tərəfindən 30.000 manat məbləğində “əmlak sığortası” qaydası ilə sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh2 MMC-yə məxsus, Cavabdeh1 idarə etdiyi “Ravon R3” markalı, dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda mövcud deyildir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1121/21 saylı sığorta aktına və və qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 470 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 470 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/2888 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 470 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Cavabdeh2 MMC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 09 mart 2022-ci il tarixdə X5 və Cavabdeh2 MMC arasında MAS-1428 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və X5 xx.xx.2019-cu il tarixli MAS-1428 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və “Ravon R3” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Səmədovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Cavabdeh2 MMC tərəfindən X1 xahişi əsasında avtomobilin idarə olunmasına dair 24 noyabr 2021-ci il tarixli POA********** saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 14 dekabr 2021-ci il tarixdə bitmişdir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X6 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: ********** saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, X7 məxsus “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən 30000 manat məbləğində sığortalanmışdır. Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Osmanov X8 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli 1121/21 saylı Sığorta aktından və xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 470 manat məbləğində müəyyənləşdirilməklə həmin məbləğ iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibi X7 verilmişdir. xx.xx.2019-cu il tarixli MAS-1428 saylı Daxili lizinq müqaviləsindən və xx.xx.2020-ci il tarixli MAS-1428 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh2 MMC tərəfindən “Ravon R3” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsinə əsasən X4 lizinqə verilmiş, sonradan həmin avtomobil lizinq müqaviləsi əsasında öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X3 lizinqə verilmişdir. 24 noyabr 2021-ci il tarixli POA********** saylı etibarnamədən görünür ki, Cavabdeh2 MMC tərəfindən X3 avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi küçəsində Cavabdeh2 MMC-yə məxsus, Cavabdeh1 idarə etdiyi “Ravon R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi rayon Polis İdarəsi DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 470 manat məbləğində müəyyənləşdirilməklə həmin məbləğ iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibi X7 verilmişdir Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi “Ravon R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmaqla X3 lizinqə verilmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, “Ravon R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “BMW 328” markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh1 tələb edə bilər. İddia tələbinin Cavabdeh2 MMC-yə qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, “Ravon R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC tərəfindən qanuni əsasla, yəni lizinq hüququ ilə X3 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən həmin avtomobilin vurduğu zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə tələblərinə əsasən Cavabdeh2 MMC-dən tutula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 470 manat məbləğində sığorta ödənişi, 30.40 məbləğində dövlət rüsumu, cəmi 500,40 məbləğində pul tutulub iddiaçının hesabına ödənilməli, iddia tələbi Cavabdeh2 MMC-yə qarşı hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 470 manat məbləğində sığorta ödənişi, 30.40 məbləğində dövlət rüsumu, cəmi 500,40 məbləğində pul tutulub "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi Cavabdeh2 MMC-yə qarşı hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar