Məhkəmə qərarları › İş №e-2(006)-4026/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4026/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4026/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Museyib oğlunun, Cavabdeh iştrakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər bir uşaq üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimentin, həmçinin uşaq 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, mediatora ödənilmiş 60 (altmış) manat rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat vəsaitin, vəkilə etibarnamənin verilməsi üçün ödənilmiş 17 (on yeddi) manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 5 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2019-cu il tarixdə, 3898 nömrə ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur. Uzun müddətdir ki, ailəlikcə tək yaşamırlar, cavabdehin atası Bakıxan Məmmədov, anası Fiyala Məmmədova, qardaşı Sadiq Məmmədov, həmçinin dayısı Fayaz Əliyev onlarla birlikdə yaşayır. Cavabdeh polis serjantı kimi DİN-də işləyir və boş vaxtlarında digər işlərlə də məşğul olaraq kifayət qədər pul qazanır. Lakin Cavabdeh Bakıxan oğlunun anası Fiyala Məmmədova oğlunun aldığı əmək haqqını, həmçinin digər işlərdən qazandığı pulları ondan alaraq öz mülahizələri üçün xərcləyir, nəzərə almır ki, Cavabdeh himayəsində 2 azyaşlı övladları və arvadı İddiaçı var. Belə olan halda birgə nigahdan anadan olmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 qidalanması, geyimi, xəstələnəndə həkimə aparılması, müalicə alması və s. kimi tələbatları, həmçinin iddiaçının da maddi təlabatı təmin edilmir. Bununla yanaşı qaynana Fiyala Məmmədova onların ailə münasibətlərində hər işə qarışaraq ailə daxili mübahisələrə səbəb olur. Göründüyü kimi, Cavabdeh Bakıxan oğlu arvadını və uşaqlarını saxlamaq, onların maddi tələbatını tələbatını qarşılamaq üçün heç bir tədbir görmədiyinə görə ailədə mübahisələr yaranmış, bunun nəticəsində isə xx.xx.2024-cü il tarixdə İddiaçı 2 azyaşlı övladı ilə birlikdə öz valideyinlərinin yanına getmiş, hazırda isə valideyinləri ilə birlikdə yaşayır. Uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar. İddiaçı İddiaçı Cavabdeh Whatsapp vasitəsi ilə uşaqların saxlanılması üçün ona maddi baxımdan köməklik göstərməsini xahiş etsə də, cavabdeh bu xahişi nəzərə almamışdır.Halbuki qanunvericiliyin tələblərinə əsasən cavabdeh uşaqların qayğısına qalmalıdır. Qanunvericiliyin tələblərinə əsasən 2024-cü ildə yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh Bakıxan oğlu mübahisənin məhkəmədənkənar həllində maraqlı olmamışdır. Halbuki, uşaqların saxlanılması, uşaqların nəinki minumum yaşayış səviyyəsi, hətta yüksək yaşayış səviyyəsini təmin etmək valideyinin birbaşa vəzifəsidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Museyib oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlə birgə yaşadıqları mənzili 01 may 2024-cü il tarixdə tərk etmiş və həmin vaxtdan etibarən cavabdeh uşaqların saxlanmasına kömək etmir. Odur ki, alimentin tutulmasının əvvəlinin məhz həmin tarixdən müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il tarixli X4 yetkinlik yaşına kimi saxlanması üçün hər ay hər uşağa 250 manat sabit pul məbləğində aliment verməyə razıdır. Lakin, X4 3 yaşına çatanadək saxlanması üçün pul ödəməyə razı deyildir. (Bu barədə ərizəsi məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir.) İş materialları: AZ-İİ seriyalı, 359562 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 5 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2019-cu il tarixdə, 3898 nömrə ilə X5 ilə Cavabdeh nikahları qeydə alınmışdır. AZ-İV seriyalı, 521816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları var. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İV seriyalı, 977273 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X7 adlı övladları var. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01001 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh tərəfindən iştirak edilməməsi səbəbindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh məxsus ******************** nömrəli hesabdan çıxarışlardan görünür ki, cavabdehin aylıq əmək haqqı məbləği 865,13 manat təşkil edir və əmək haqqından hər ay 203 manat borca görə tutulur. İddiaçı ilə Bakı şəhəri 19 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən vəkil Nümayəndə həvalə edilən tapşırıq əsasında iddiaçıya hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən hüquqi xidmət haqqı 300 manat müəyyən edilmişdir. MPAY üzərində edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 19 saylı Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 148727 saylı müqavilənin əlavəsindən görünür ki, "xxxx" MMC ümumi dəyəri 2803,49 manat təşkil edən İMEİ kodu **********47690 olan “iPhone 15 Pro” markalı telefonu ilkin ödənişlə, 6 ay müddətinə, hər ay 445 manat ödəniş etmək şərti ilə satmışdır. (Təqdim edilən sənəd üzrə alıcını müəyyən etmək mümkün deyildir.) Ödəniş qəbzlərindən və etibarnamədən görünür ki, iddiaçı etibarnamə verilməsinə görə 17.25 manat və mediasiya xidmətinə görə 60 manat xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat və xx.xx.2023-cü il təvəllüdlü övladının 3 yaşına çatanadək ananın saxlanması üçün 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək iddianın hər uşağın saxlanması üçün 250 manat məbləğində aliment tutulmasına dair hissəsini qəbul etmiş, lakin ananın saxlanması üçün əlavə 50 manat ödənilməsinə razı olmamışdır. Cavabdehin buna dair razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 250 manat olmaqla sabit pul məbləğində aliment tutulması hissəsində təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, iddia cavabdehdən uşaq 3 yaşına çatanadək ananın saxlanması üçün hər ay 200 manat məbləğində aliment tutulması hissəsində qismən təmin edilməli və bu məbləğ 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı onun 01 may 2024-cü il tarixdən cavabdehlə ayrı ünvanlarda yaşamasını nəzərə almaqla alimentin həmin tarixdən etibarən hesablanmasını xahiş etmişdir. Məhkəmə bu hissədə iddianı əsaslı hesab etmir o baxımdan ki, iddiaçı həqiqətən də 01 may 2024-cü il tarixdən etibarən cavabdehdən aliment tutulması üçün yetərli tədbirlər görməsini və cavabdehin bundan boyun qaçırmasını təsdiq edən kifayət qədər mötəbər sübutlarını təqdim etməmişdir.Məhkəməyə təqdim edilmiş sübut tərəflərin mesaj mətnlərinin ekran görüntüsüdür ki, məhkəmə həmin mesajların hansı tarixdə yazılmasını və ümumiyyətlə mesajın mətnindən iddiaçının məhz 01 may 2024-cü il tarixdən etibarən bu məqsədlə tədbirlər görməsini müəyyən etmir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq bir uşağın saxlanılması üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşınadək 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir, habelə aliment tələbi üzrə iddiaçıların dövlət rüsumu ödənilməsindən azad edilməsi nəzərə alınmaqla müvafiq məbləğdə (500x12=6000, 6000-1000=5000, 5000x1%=50, 30+50=80) dövlət rüsumuna görə pul cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq bir uşağın saxlanılması üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşına çatanadək Cavabdeh 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci, 60 (altmış) manat məbləğində mediasiya xərci və etibarnamənin verilməsi üçün ödənilmiş 17 (on yeddi) manat məbləğində dövlət rüsumuna görə, cəmi 377 (üz yüz yetmiş yeddi) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 80 (səksən) manat məbləğində pul dövlət rüsumuna görə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən qəbul bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar