Məhkəmə qərarları › İş №e-2(006)-4073/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4073/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4073/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə (yekun məhkəmə iclasına gəlməmişdir), İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş 23 yanvar 2023-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissə məbləğində aliment və oğlunun 3 yaşına çatanadək əlavə xərclər üçün hər ay 100 manat cəmi 679 (altı yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 (əlli) manat dövlət rüsumunun tutulub ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 12 iyun 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Rəsmi nikahından 23 yanvar 2023-ci il təvəllüdlü X4 adlı oğlu anadan olmuşdur. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyuğun gəlmir və bir yerdə yaşamırlar. Cavabdeh nikahın pozulması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh birgə nikahından olan oğlunun saxlanması üçün heç bir maddi yardım göstərmir. O, oğlunu çox çətinliklə böyüdür. Hazırki vəziyyəti ağırdır. Dəfələrlə cavabdehdən oğlunun saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır. Buna görədə cavabdehlə aralarnda yaranmış mübahisəni dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 2024-ci il tarixdə Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 03 iyul 2024-cü il tarixdə isə 8 saylı Mediasiya təşkilatında mediasiya sesiyası təyin olunmuşdur. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının tarixi, saatı yeri barədə ətraflı məlumat verilsədə, sonuncu ilkin mediasiya iclasında iştirak etməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh Babayev X3 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi Vergi Ödəyicilərinin Uçotu İdarəsi Vergi ödəyicilərinin Uçotu şöbəsində büdcədən kənar fond müfəttişi vəzifəsində işləyir, aldığı əmək haqqı 850 manat, 5 saylı Asan Xidmətdə büdcədən kənar fond müfəttişi vəzifəsində işləyir, aldığı əmək haqqı 500 manat təşkil edir. Buna görə də birgə nikahından anadan olmuş 23 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqının ¼ hissə məbləğində aliment və oğlunun 3 yaşına çatanadək hər ay 100 manat əlavə xərclər üçün aliment məhkəmə qaydasında cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh məhkəməyə teleqram göndərərək bildirmişdir ki, tərəflər arasında nikahın pozulmasına dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Həmin işə baxılarkən aliment məsələsi də həll olunacaqdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İİ seriyalı 389729 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah xx.xx.2020-ci il tarixdə 49 sayla bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Babayeva» soyadı verilmşdir. AZ-İV seriyalı 847246 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 15:00-15:40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf təyin edilmiş iştirak etməmişdir. İddiaç ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 08 fevral 2016-cı il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləyir. Cavabdeh son 1 il üzrə orta aylıq gəliri 1318,18 manat (bir min üç yüz on səkkiz manat, on səkkiz qəpik) təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2445/2024 nömrəli qətnaməsinə əsasən, Cavabdeh ilə X8 arasında xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsində 49 Saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X1 anası İddiaçı ilə qalması qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı aid gəlir məlumatlarına əsasən, Babayeva X5 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsində vergilər üzrə müfəttiş vəzifəsində işləyir, əmək haqqı 370 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 85.1.1. Nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflər rəsmi nikah münasibətlərində olmuşlar və birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-336/2024 nömrəli qərardadı ilə məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh 23 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müvəqqəti alimentin tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin onun gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X10rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (gəlirlərinin) ¼ hissəsi həddində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə iddiaçının cavabdehdən uşağın 3 yaşınadək 100 manat məbləğində alimentin tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici uşağın 3 yaşına çatanadək ananın saxlanması üçün pulun tutulması zamanı bu tələbin yönəldiyi şəxsin zəruri maddi vəsaitə malik olmasına dair kifayət qədər əsasların olmasını şərtləndirdiyindən məhkəmə iddia tələbinin anaya münasibətdə alimentin tutulması hissəsində təmin edilməsini məqsədəuyğun hesab etmir. Xüsusilə də nəzərə alınmalıdır ki, iddiaçı özü rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olur (Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsində vergilər üzrə müfəttiş vəzifəsində işləyir) və belə olan halda ananın saxlanması üçün pulu tutulması, ümumiyyətlə ağlabatan hesab edilə bilməz. Belə ki, qanunverici hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın aliment tələb etməsini təsadüfən müəyyən etməmişdir. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Göründüyü kimi hazırkı halda iddiaçının uşağa qulluqla bağlı sosial məzuniyyətdə olması və ya Ailə Məcəlləsinin 85-ci maddəsində sadalanan digər dispozisiya şərtlərinin ödənilməsi müəyyən edilmir. Ona görə də həmin hissədə iddianın təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli e-16(006)-336/2024 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 4143 manat (cavabdehin əmək haqqı 1381 manat x 1/4=345.25 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 61.43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-336/2024 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 61,43 (altmış bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar