Məhkəmə qərarları › İş №e-2(006)-4176/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4176/2025

19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4176/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Beyləqan rayonunda doğulmuşdur. İddiaçı ali hərbi təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmətdə olmuşdur. N7-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmətdə olmuşdur. Hazırda mayor hərbi rütbəsində zabit kimi hərbi xidmətini davam etdirir. Xidməti ilə əlaqədar bir sıra medallarla, o cümlədən Vətən Müharibəsində iştirakına görə medallarla təltif edilmişdir. 07 may N7-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsizəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddimaraqları naminə hərbisirr təşkiledən məlumatlarıəldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosialşəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Lakin bu işə qədər Respublika Hərbi Prokurorluğu tərəfindən müvafiq cinayət işiaçılaraq istintaq aparılmış və iş baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/N9 saylı, xx.xx.N9-cu il tarixli hökmüilə müəyyən edilmişdir ki, X9 N nömrəli hərbi hissə komandirinin hüquqi işlər üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmətdə olarkən rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güzlü fizikiağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünün öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə zərərçəkmiş şəxsə qarşı xüsusiamansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusiamansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa xür pozulmasına və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusiamansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur. Belə ki, Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən 2-ci taborunun 4-cü bölüyünün pulemyot manqasının tuşlayıcısı, əsgər X3 30 aprel N7-ci il tarixdə, saat 23.30 radələrində döyüş növbətçiliyində olarkən, xidmət yerində aşkar olunmaması və bir müddət sonra düşmən mövqeləri ilə arada yerləşən, qadağan olunmuş neytral ərazi istiqamətindən gəlməsi, buna görə də onun düşmənin, yəni qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması barədə hərbi hissə komandanlığı tərəfindən aidiyyəti üzrə yuxarı komandanlığa məruzə edilmişdir. Bu barədə 01 may N7-ci il tarixdə məlumat alan N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X9, həmin faktla bağlı ilkin olaraq N nömrəli hərbi hissədə, N may N7-ci il tarixdən Tərtər hərbi prokurorluğunda araşdırma aparıldığını, 03 may N7-ci il tarixdə isə toplanmış material əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X2 dövlətə xəyanət etməsi faktı üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə cinayət işinin başlanılaraq istintaq aparıldığını və həmin cinayət işinin istintaqı zamanı digər hərbi qulluqçuların dövlətə xəyanət etmələri barədə məlumatların da araşdırıldığını bildiyi halda, Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N4-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhiqatın aparılması Qaydaları”nın, xx.xx.N4-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərintələblərinə əsasən, xidməti vəzifələrinin icrasına aid olmamasına, eləcə də prosessual şəxs olmadığından cinayət təqibi aparmaq, istintaq və prosessual hərəkətləri yerinə yetirmək, təhqiqat və ya istintaq altında olan şəxsləriçağırıb törədilməsiehtimal olunan cinayət hadisələri ilə bağlısorğusual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, digər şəxsi marağa görə, yəni yuxarı komandanlığın təsəvvüründə özünü vətənpərvər, işgüzar, qarşısına qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır cinayət hadisələrinin açıkmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə mükafatlandırılmağa nail olmaq məqsədilə, rəis və vəzifəli şəxs kimi qulluq səlahiyyətini aşaraq və öz qulluq mövqeyindən sui-istifadə edərək, səlahiyyətli dövlət orqanlarının qanuni istintaq-əməliyyat fəaliyyətinə paralel olaraq, bilavasitə özü, göstərilən faktın aşakr edildiyi bölmənin hərbi qulluqçularını, habelə N nömrəli hərbi hissənin, eləcə də N nömrəli hərbi hissənin tabeliyində olan digər hərbi hissələrin düşmənlə məxfi əməkdaşlığa cəlb edilməkdə və dövlətə xəyanət etməkdə şübhəli bilinən hərbi qulluqçularını, o cümlədən hərbi qulluqçuların düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əmıkdaşları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qoyulmaqla, sonradan barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə məxfi əməkdaşlığa cəlb edilmələri faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, arxa keçəcək dəliyi nahiyələrində həmin dəlik vasitəsi ilə uşaqbazlıq edilməsi nəticəsində yaranmağa xarakterik olub-olmamasının müəyyən edilməsi məqsədilə, həmin hərbi hissələrin şəxsi heyətinin hərbi hospitalların həkimləri və tibb ekspertləri tərəfindən müayinə olunmalarını təşkil edərək, həmin nahiyələdə müvafiq morfoloji dəyişiklik və ya xəsarət aşkar ediləcək hərbi qulluqçuları sorğu-sual edərək, qanunsuz araşdırma aparmaq qərarına gəlmişdir. Adları qeyd edilən və qeyri vəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən biri də hazırkı iş üzrə iddiaçı olmuşdur. Belə ki, Fuad Ağayev və qeyriləri 9 may N7-ci il tarixdə saat 16.00 radələrində dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı əlləri arxadan kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlanmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə yataqxana binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N nömrəli hərbi hissənin hal-hazırda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş hərbi qulluqçuları Zülfiqar Qarayevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hasnı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zorakı hərəkətlər etmiş, yəni arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə yataqxana binasının ikinci mərtəbəsindəki otaqda, İddiaçı bədəninin müxtəlif nahiyələrinə şillə, yumruq və təpiklə, habelə plastik boru ilə çoxsaylı zərbələr vurmuşlar. İddiaçı düşmənlə əməkdaşlıq etdiyini təkzib etdiyindən, 10 may N7-ci il tarixdə də eyni qaydada onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq, ona qarşı xüsusi zor tətbiq etmiş, xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə uzun müddət elektrik cərəyanı vermiş, onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, habelə ayaqlarına stul bağlayıb, əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulma həddinə çatdıqda ağzının üstündən əski parçasını götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, səhhəti pisləşənədək ona işgəncə vermiş, ona sağlamlığa yüngül zərərvurmaya aid olan “hər iki ayaq pəncəsinin arxa və yan səthlərinin termiki yaraları, sol ayaq pəncəsinin arxa səthində çapıq toxuma, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmişsıyrılmış yaraları, qançırları və əzələləraası hematoma” xəsarətləri yetirmişlər. Silahlı Qüvvələrin Baş X1 Bölməsindən verilmiş Köçürmə Epikriznidən görünür ki, iddiaçıaldığı xəsarətlər nəticəsində xx.xx.N7-ci il tarixdə Baş Kliniki Hospitala köçürülmüş və xx.xx.N7ci il tarixə qədər burada saxlanmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş Çıxarış Epikrizindən görünür ki, iddiaçı xx.xx.N7-ci il tarixdən xx.xx.N7-ci il tarixinədək N nömrəli hərbi hissədə saxlanmışdır. Daha sonra iddiaçı yenidən Tərtər Hərbi Məhkəməsinin istinad edilmiş hökmü ilə işgəncə yeri kimi müəyyən edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qaytarılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N7-ci il tarixli 180 nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.N7-ci il tarixdə həmin hərbi hissənin siyahısından və qazan təminatından çıxarılmışdır. Beləliklə, iddiaçı xx.xx.N7-ci il tarixdən xx.xx.N7-ci il tarixə qədər, cəmi 43 gün ərzində iradəsinə zidd olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalmış, azadlığı qanunsuz və əsassız olaraq məhdudlaşdırılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı Azərbaycan Ordusunun zabiti olaraq nümunəvi xidmət etməsinə baxmayaraq ona bu damğanın vurulması yaşadığı rayon sakinlərinin, qonşularının onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxması, buna görə bir müddət evdən çıxa bilməməməsi ilə nəticələnmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvizərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvizərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 300.000 (üç yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılmasını və qeyri-insani hərəkətlərə məruz qalmasını əsas göstərərək ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1-1(098)-7/N9 saylı, xx.xx.N9-cu il tarilxi hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə iddiaçının 43 gün müddətində ağır işgəncəyə məruz qaldığını, işgəncələrə misal olaraq döyülmə, günəşin altında və ac-susuz saxlama, söyülmə, gözübağlı saxlama və s. aid olduğunu bildirmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N9-cu il tarixli, 1(098)-7/N9 saylı Hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, həmin Hökmlə iddiaçıya xx.xx.N7-ci il tarixdən etibarən N nömrəli hərbi hissədə qanunsuz olaraq azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalması, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 saylı Hökmünə əsasən isə xx.xx.N7-ci il tarixli əmrlə N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması, beləliklə də hər iki hökm üzrə iddiaçıya xx.xx.N7-ci il tarixdən xx.xx.N7-ci il tarixədək – 43 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. Hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.İş materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin xx.xx.N9-cu il tarixli, 1(098)-7/N9 saylı Hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. 10.Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ...Fuad Ağayev və qeyriləri 9 may N7-ci il tarixdə saat 16.00 radələrində dövlətə xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı əlləri arxadan kəndirlə, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlanmış vəziyyətdə N nömrəli hərbi hissənin köhnə yataqxana binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N nömrəli hərbi hissənin hal-hazırda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş hərbi qulluqçuları Zülfiqar Qarayevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hasnı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zorakı hərəkətlər etmiş, yəni arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə yataqxana binasının ikinci mərtəbəsindəki otaqda, İddiaçı bədəninin müxtəlif nahiyələrinə şillə, yumruq və təpiklə, habelə plastik boru ilə çoxsaylı zərbələr vurmuşlar. İddiaçı düşmənlə əməkdaşlıq etdiyini təkzib etdiyindən, 10 may N7-ci il tarixdə də eyni qaydada onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq, ona qarşı xüsusi zor tətbiq etmiş, xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə uzun müddət elektrik cərəyanı vermiş, onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, habelə ayaqlarına stul bağlayıb, əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulma həddinə çatdıqda ağzının üstündən əski parçasını götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, səhhəti pisləşənədək ona işgəncə vermiş, ona sağlamlığa yüngül zərərvurmaya aid olan “hər iki ayaq pəncəsinin arxa və yan səthlərinin termiki yaraları, sol ayaq pəncəsinin arxa səthində çapıq toxuma, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmiş-sıyrılmış yaraları, qançırları və əzələləraası hematoma” xəsarətləri yetirmişlər. 11.İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1- 1(093)-14/2024 saylı Hökmünün təsviri-əsaslandırıcı hissəsinə əsasən Vİ cildin 28-30-cu səhifələrindən görünür ki, hərbi hissə komandirinin N iyun N7-ci il tarixli, 180 nömrəli əmri ilə N nömrəli hərbi hissədən mayor İddiaçı ezamiyyətdən qayıtdıqlarına görə N nömrəli hərbi hissənin qazan təminatından çıxarılmışdır. 12.İş materiallarında olan sənədlərə əsasən X6 “Vətən müharibəsi iştirakçısı” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Xocavəndin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, Qarabağ Veteranı medalı və Qarabağ uğrunda medalı, “Azərbaycan Ordusunun 100 illiyi” Yubiley medalı və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. 13.İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilən M/V seriyalı, 103729 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranı olduğu üçün AR Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 15.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 16.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 17.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 18.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 19.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 20.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 21.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 22.Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/N9 nömrəli, xx.xx.N9cu il tarixli hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və ona xx.xx.N7ci il tarixdən etibarən işgəncə verilməsi, daha sonra Bakı Hərbi Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1-1(093)-14/2024 saylı hökmünə əsasən isə xx.xx.N7-ci il tarixdə ona işgəncə verilən N nömrəli hərbi hissədən çıxarılması faktı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. 23.Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 300.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 24.Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı müddət ərzində keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 21.500 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. 25.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, işin diqqətəlayiq hallarını, işgəncənin ağırlığını nəzərə alaraq iddiaçının məruz qaldığı rəftara görə ona ağlabatan olaraq 21.500 manat məbləğin ödənilməsi ədalətli və ağlabatan hesab olunur. 26.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 21.500 (iyirmi bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 29.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 21.500 (iyirmi bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar