Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4199/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı aliment tutulması dəyişdirilərək, 150 (yüz əlli) manat aliment Cavabdeh Aydan qızının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025 tarixli 2(006)-1398/2025 saylı qətnaməsinə əsasən Cavabdeh ilə nikahları pozulub, xx.xx.2019 təvəllüdlü X3 anasında qalmış və o minimum əmək haqqının 0,68 misli qədər aliment ödəməlidir, Nəsimi Rayon Məhkəməsində hakim ona bildirmişdi ki aliment qətnamə qüvvəsini aldığından və ya qətnamə çıxan andan hesablanır yəni, xx.xx.2025 tarixdən, lakin sonra icraçı onu çağırandan sonra ona məlum olmuşdur ki aliment iddia qaldıran tarixdən hesablanır yani xx.xx.2024 tarixdən, o hansı tarixdən hesablanmasını bilmirdi çünki qətnamə ona nə poçtla nədə əl bə əl çatmamışdı, qətnamə mənə poçtla çatmadığı üçün icraçı onu çağırandan sonra o qətnaməni əlbəəl xx.xx.2025 tarixdə Nəsimi Rayon Məhkəməsindən əldə etmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsindən 250 azn alimentin verilməsini istəsədə, lakin Nəsimi Rayon Məhkəməsi minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğini əsassız şəkildə təyin etmişdir, Və halbu ki o işsizdi və qazanc yeri yoxdur. O, aliment ödəməkdən boyun qaçırmır, sadəcə ədalətli olmasını qeyd etmişdir, işsiz olduğunu və iddiaçının işlədiyini və yetərincə maaş aldığını bildirmişdir.
2. Məhkəmə verilən izahatlar: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi.Həmcinin aliment verməkdən boyun qaçırmadığını bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilsə də o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi ilə tanış olduğunu, iddianı qəbul etmədiyini və aliment miqadrının dəyişdirilmədən saxlanılmasını bildirərək məhkəmə iclasının onun iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
3.İş materialları: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1398/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 187 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 dekabr 2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin aryışından görünür ki, İddiaçı adına vergi ödəyicisi kimi ********** nömrəli VÖEN var, lakin vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmiş və bu qərara əsasən şəxsin vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021- ci il tarixindən xx.xx.2026- cı il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi Sosial müavinət və təqaüd haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, şəxsin sosial müavinət və təqaüd alması barədə məlumat mövcud deyil.
4. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X1 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; - 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. - 78.2-ci-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
4.Məhkəmənin mövqeyi:. Yuxarıda qeyd edilən qətnamənin qəbul edilməsi zamanı nikahın pozulması tələbi ilə yanaşı uşağın valideynlərindən kimin himayəsinə verilməsi və azyaşlının saxlanılması üçün tutulmalı olan aliment məbləğinə də münasibət bildirilmişdir. Hazırda isə, İddiaçı maddi imkanının olmadığını, işsiz olduğunu məhkəmənin diqqətinə çatdıraraq, təyin olunmuş aliment məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbinə öz etirazını bildirərək, ona ödənilən aliment məbləğinin uşağın xərclərini, gündəlik tələbatını ödəmək üçün kifayət olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1398/2025 saylı qətnaməsi ilə ödənilməli olan alimentin miqdarı müəyyən edildikdən sonra onun mövcud olan maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddia ərizəsində qeyd olunan hallar isə (iddiaçının işsiz olması və s.) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra baş verməmişdir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli, 2(006)-1398/2025 saylı mülki işə baxılan dövrdə də işsiz olmuş və bu səbəbdən maddi vəziyyətində dəyişiklik olmasını sübuta yetirməmişdir.Digər tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçı özü də xx.xx.2025-ci il tarixli qətnamənin qəbulundan sonra alimentin azaldılmasına təsir edən hər hansı halın baş vermədiyini və istinad etdiyi halların qətnamə qəbul edildiyi zaman da mövcud olduğunu qeyd etmişdir. Alimentin azaldılması tələbi isə yalnız o halda əsaslı hesab edilə bilər ki, bu hallar sonradan meydan gəlsin və bilavasitə tərəfin ödədiyi alimentin məbləğinə təsir göstərmək ehtimalı qaçınılmaz olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması vəzifəsindən boyun qaçırması və uşağın əvvəlki qaydada maddi tələbatının ödənilməsindən yayınması əsassızdır və yolverilməzdir. Məhkəmə bütün yuxarıda qeyd edilənlərə əsasən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, hazırki iddianın təmin edilməməsi, yəni azyaşlının saxlanılması üçün ödənilən alimentin miqdarının azaldılmasının mümkün olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Fərəcova