Məhkəmə qərarları › İş №e-2(006)-4215/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4215/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4215/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthonynin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçıdən Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli həddində sabit pul məbləğində aliment tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixində məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan 01 dekabr 2014-cü il təvəllüdlü X12 adlı oğlu dünyaya gəlmişdir. Cavabdehlə nikahları pozulduqdan sonra iddiaçı xx.xx.2023-cü il tarixində X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1656/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında 12 dekabr 2012-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)– 621/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthony anası Cavabdeh ilə qalması, xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthonynin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçıdən Cavabdeh xeyrinə hər ay 3500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) – 621/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində 3500 manat sabit pul məbləğində aliment tutulması qərarına gələrkən məhkəmə tərəflər arasında imzalanan xx.xx.2022-ci il tarixli aliment ödənilməsi barədə sazişə istinad etmişdir. Sözügedən xx.xx.2022-ci il tarixli sazişi Cavabdeh onu hədələmə və qorxutma (şantaj), şərəf və ləyaqətimi ləkələmə təhditi altında imzalamağa məcbur etmişdir. Saziş onun üçün olduqca ağır şərtlər ehtiva etmiş və Saziş üzrə nəzərdə tutulan ödənişlərin aylıq qazanc və gəliri ilə ödəməyi mümkünsüz olmuşdur. Odur ki, o, bu ödənişləri əvvəlki illərdə yığdığı pul vəsaitləri, iş vaxtından əlavə saatlarda işləməklə əldə etdiyi əlavə qazanc, çox hallarda isə borc alaraq ödəməli olmuşdur. Buna məcbur qalmışdır. Sazişin müddətinin bitməsinə az qalmış cavabdeh yenidən onu şantaj edərək daha da ağır şərtlərlə yeni saziş bağlamağa məcbur etməyə cəhd etdi. Əks təqdirdə işlədiyi şirkətə onun şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət məktublar göndərməklə onu təhdit və şantaj edirdi. Lakin o, bu dəfə artıq hədə-qorxu və şantajlara boyun əyməyəcəyini, belə vəziyyətin dözülməz olduğunu bəyan etmiş və cavabdehlə yeni Saziş (müqavilə) imzalamadır. Bundan qəzəblənən cavabdeh onun barəsində həqiqətə uyğun olmayan, onu nüfuzdan salan və alçaldan, şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət məktublar yazaraq onun iş yerinə, işlədiyi şirkətə göndərməyə başladı. Bu minvala onun yenidən onun istədiyi kimi bir saziş imzalamağa məcbur etmək istədi. Lakin bu dəfə o dediyi sazişi imzalamaqdan qəti imtina etmişdir. Onun şərəf və ləyaqətini, nüfuzunu alçaldan və onu rüsvay edən yalan məlumatlar yaydığına görə cavabdehi məhkəməyə vermişdir. Məhkəmə onun iddianı təmin edərək cavabdehin üzr istəməklə iş yerinə yazdığı məktublara görəv təkzib verməsi və vurdğuğu mənəvi zərəri ödəməsi barədə qətnamə çıxardı. Xeyli müddətdir ki, onkoloji xəstəliyə düçar olmuş, xəstəliyi ilə bağlı tibbi xidmət və mualicə xərcləri var, səhhətilə əlaqədar is saatları da azalır, əlavə saatlar işləmək fiziki imkanları xaricindədir. Aralarında imzalanmış və qüvvədən düşən saziş cavabdehin şantaj etməsinə görə təhdid altında imzalanmışdı. Əslində onun həmin sazişə görə ödənişlər etməyi aylıq qazancına görə qeyri-mümkün idi. Lakin o, övladına görə əlavə saatlar işləyir və borc hesabına ödənişlər edirdi ki, cavabdeh oğluna stress və travma yaşatmasın, onu da yalan məlumatlar yayaraq rüsvay etməsin, ləkələməsin. Hazırda onun vaxtilə şantaj nəticəsində təyin olunmuş aliment məbləğini ödəməyə maddi imkanım heç bir şəkildə yol vermir. Bu real deyil və qeyri-mümkündür. Yalnız qazncı və gəlirinə uyğun olan müvafiq aliment məbləğini ödəyə bilər, qeyri-mümkün olan şeyi edə bilməz. Aylıq qazancı 1047,50 funt sterlinq (GBR) təşkil edir. Uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkəti - "PD and MS Energy (Aberdeen) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında şirkətlərarası müqavilə əsasında struktur mühəndisi kimi müvafiq işləri icra edir. Böyük Britaniya şirkətləri olan, Sifarişçi şirkət “PD and MS Energy (Aberdeen) Limited” Şirkəti ilə Podratçı şirkət “Oil and X4 Consultants Ltd” Şirkəti arasında bağlanan peşəkar xidmətlərin təchizatı üzrə müqavilə əsasında Azərbaycanda neft və qaz çıxarma sənayesində strurktur mühəndisi kimi müvafiq peşəkar işləri icra edir. “JM TAYLOR” mühasiblər və biznes məsləhətçiləri şirkəti qeyd olunan şirkətlərin mühasibatlığını aparan (mühasibatlıq xidmətləri göstərən) şirkətdir. Onun xahişilə “JM TAYLOR” mühasibatlıq şirkəti onun illik və aylıq qazanc və gəlirləri barədə arayışı təqdim etmişdir. Həmin arayışa əsasən illik qazanc və gəliri 12570 funt sterlinq olmaqla aylar üzrə bölgüsü 1047,50 funt sterlinq təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırda manatın funt sterlinqə qarşı rəsmi məzənnəsi 2.2834 səviyyəsində müəyyən olunub. 1047,50 funt sterlinqin (GBR) rəsmi məzənnə ilə manat (AZN) ekvivalenti 2391,86 manat təşkil edir. 2391,86 manatın dördə biri 597,96 manata bərabərdir. Beləliklə, ondan qanunla tutulmalı olan alimnetin məbləği aylıq 597,96 manat olmalıdır. Yuvarlaq rəqəm kimi 600 manat götürülsə, o, hər ay 600 manat yaxud müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli həddində (400 x 1.5 =600) aliment təyin oluna bilər. Buna görə də Məhkəmədən ondan cavabdehin xeyrinə 600 manat, yaxud hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarmasını xahiş edir. 2025-cü il ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Cavadbeh onun çox çətinliklə ödədiyi olduqca yüksək miqdarda alimenti uşağın mənafeyinə zidd olaraq sərf edir, uşağın ehtiyacını nəzərə almadan öz şəxsi mülahizələrinə görə və şəxsi mənafeləri üçün sərf edir. Son ildə cavabdeh öz şəxsi məqsədləri üçün təkbaşına xarici ölkələrə çoxsaylı (beş dəfə) səfərlər etmiş və bütün xərclərini aliment məbləğindən ödəmişdir. Bu barədə o, irad və etirazını bildirəndə cavabdeh özünün qazanc və gəlirlərinin olmadığını bəyan edir. Cavabdeh uşağa verilen aliment hesabına özü üçün tətilə gedir, ama uşağı aparmaq isdəmir. Uşaq onun yanında olarkən hər dəfə ona deyir ki, anası başqa evdə qalır, O, nənəsi ilə qalır, hərdən anası gəlib onu görür. Cavabdeh uşağa lazımi diqqət və qayğı göstərmir, onu təkbaşına qoyub getməklə uzun müddət uşağın nəzarətsiz qalmasına yol verir. Bu hal uşağın həyatı və sağlamlığı üçün olduqca təhlükəlidir. İddiaçı birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 himayəsinə verilməsini, tərəflər arasında bağlanmış barışıq sazişinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilməsi, həmin tarixdən aliment öhdəliyindən azad edilməsi barədə məhkəmədə iddia qaldırmış, iddia təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının iş yerinə yazılan məktub və ərizələrdə İddiaçı barəsində çoxsaylı nalayiq söz və ifadələrdən, həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə etmişdir. İddiaçı cavabdeh tərəfindən təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldıldığını və mənəvi sarsıntı keçirdiyininə görə vurulmuş mənəvi zərərə görə pul tələbi irəli sürmüş, eyni zamanda iddiaçı onun barəsində şərəf və ləyaqətin alçaldılması ilə əlaqədar yayılmış məlumatlara görə cavabdehin ondan üzr istəməsini tələb etmişdir. Məhkəmə İddiaçıinin iddiasını təmin etmişdir. Cavabdeh rəssam olduğunu, sərgilər təşkil etdiyini, sərgilərdə iştirak etdiyini bəyan edir, lakin qazanc və gəlirlərinin olmadığını bildirir. Qanunla yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən və işinə görə bütün növ qazanclarından tutulur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və Vəkil2 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1656/2022 saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, X9 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah Evində (Səadət sarayında) bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında həmin tarixdə 3152 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, İddiaçı birgə nikahdan dünyaya gəlmiş X10 saxlanılması üçün hər təqvim ayının 24-dən gec olmayaraq 3500 manat sabit pul məbləğində vəsaiti ödəməyə və X10 anası Cavabdeh ilə qalmasına razılaşmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-621/2022 saylı qətnaməsinə əsasən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçıə qarşı "uşağın yaşayış yerinin müəyyən olunması və alimentin tutulması" tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthony anası Cavabdeh ilə qalması müəyyən edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthonynin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçıdən Cavabdeh xeyrinə hər ay 3500 manat sabit pul məbləğində aliment tutulması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçınin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-256/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(006)-621/2022 daylı qətnaməsi ilə İddiaçıdən tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 11.7 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4663/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilməsi, Cavabdeh üzərinə iddiaçı X3 yazılı şəkildə üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul iddiaçı X5 xeyrinə tutulması, iş üzrə ödənilmiş dövlət rüsumun 33 (otuz üç) manat hissəsi və hüquqi xidmət xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X6 verilməsi, məhkəmə xərclərinin qalan hissəsi iddiaçı X6 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1695/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(006)-4663/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/18/2025-00479 saylı, xx.xx.2025ci il tarixli arayışa əsasən, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olan 50 manat məbləğ X9 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən “PD and MS Energy (Aberdeen) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xx.xx.2023 - xx.xx.2025-ci illər üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən İddiaçı üzrə hesablanmış əmək haqqı və digər gəlirlərdən tutulmuş vergi məbləği 295 521,47 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən məkhəmədə iddia qaldırılması üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün X8 Cavabdeh xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-621/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthonynin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçıdən Cavabdeh xeyrinə hər ay 3500 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-256/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən həmin alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 11.7 misli həddində indeksasiya edilmişdir. Məhkəmə qərardadı ilə müəyyən edilmiş alimentin məbləği ilə bağlı hazırda mübahisə yaranmışdır. Göründüyü kimi iddiaçı daha əvvəl uşaq üçün təyin olunmuş 3500 manat alimentin məbləğinə razılığını ifadə etmiş, həmin məbləğdə alimentin təyin olunmasından 3 il keçdikdən sonra məbləğ indeksasiya edilərək, minimum əmək haqqının 11.7 misli həddində müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını xəstəliyi ilə əlaqədar əvvəlki iş rejimində işləyə bilməməsi, bu səbəbdən əmək haqqı məbləğinin azlıq təşkil etməsinə əsaslanmaqla tələb etmişdir. İddiaçı əmək haqqının 1047,50 funt sterlinq olmaqla, rəsmi məzənnə ilə manat (AZN) ekvivalentinə uyğun olaraq 2391,86 manat təşkil etdiyini bildirərək, uşağa görə 600 manat aliment ödəməyə qadir olduğunu bildirir. Lakin qeyd edilən hal iş materialları ilə təkzib olunur. Belə ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məlumatına əsasən “PD and MS Energy (Aberdeen) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xx.xx.2023 - xx.xx.2025-ci illər üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən İddiaçı üzrə hesablanmış əmək haqqı və digər gəlirlərdən tutulmuş vergi məbləğinin 295 521,47 manat təşkil etməsi müəyyən edilmişdir. Bu da iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğdə əmək haqqı almasına dair dəlilinin əsassız olması və kifayət qədər yüksək məbləğdə əmək haqqı almasına dəlalət edir. Məhkəmə qeyd edir ki, aliment təyin olunan vaxtdan hazırkı iddia qaldırılan dövrədək keçən müddət ərzində alimentin azaldılmasına əsas ola bilən halların baş verməsi müəyyən edilməmiş, əksinə hazırda iddiaçının müntəzəm olaraq yüksək əmək haqqı almaqla əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Görünən odur ki, hazırda tərəflər arasında münasibətlər olduqca gərgin olmaqla, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı bir neçə məhkəmə mübahisələri olmuşdur və bunların fonunda iddiaçı alimentin azaldılması iddiasını qaldırmaqla bir növ cavabdehi cəzalandırmaq niyyətindədir. Lakin qeyd edilməlidir ki, tərəflər arasında münasibətlərin pozulması halında uşaqla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Odur ki, uşağın əvvəlki yaşayış səviyyəsi nəzərə alınmaqla, müəyyən edilmiş alimentin məbləğinin azaldılması uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına əhəmiyyətli dərəcədə mane olmaqla, uşağın mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi xx.xx.2014-cü il təvəllüdlü X12 Keith Anthonyni maddi cəhətdən təmin etməyə borcludur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar