Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4222/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbi»nə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli, PBA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1nə məxsus olan “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2022-ci il tarixində Cavabdeh2 tərəfindən idarə edilərkən “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərar tərtib olunmuş, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 360 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 360 AZN məbləğində sığorta ödənişinin, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN məbləğində xidmət haqqının, cəmi 390,40 AZN məbləğində pulun tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AD № 251571 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh1nə məxsusdur. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində sığorta müqaviləsi bağlanmış və “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobus 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı, 917198 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 006985 saylı yol vərəqəsinə əsasən Cavabdeh1nə məxsus “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobusun idarə edilməsi Cavabdeh2 etibar edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair aktın surətindən görünür ki, “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 360 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh2 Cavabdeh1nə məxsus olmuş və sığortalanmış “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən X2 məxsus “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində X2 məxsus “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 360 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 360 manat sığorta aktına əsasən icbari zərər ödənişi köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2, Cavabdeh1nə ünvanlanmış xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubunda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 360 AZN sığorta ödənişi məbləğində pul vəsaitinin ondan tələb etmək hüququna malikdir. Bu səbəbdən də göstərilən məbləği 5 gün müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi xahiş olunmuş və onlar ödəmədiyi təqdirdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq məhkəməyə 360 AZN məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icra başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi üzərinə düşəcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh1 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobusu yol hərəkəti qaydalarını pozaraq, X2 məxsus olan “Renault Megan” markalı, 99UX942 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X2 dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 360 məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “Daewoo BH117” markalı, 10TG168 dövlət qeydiyyat nişanlı avtobusu qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair yol vərəqəsi (etibarnamə) əsasında idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1nə məxsus olmasına baxmayaraq, yol vərəqəsi (etibarnamə) əsasında Cavabdeh2 tərəfindən idarə edilmiş, həmçinin, onun xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə yalnız Cavabdeh2 məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 360 AZN (üç yüz altmış manat) məbləğində pul və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi Cavabdeh1nə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 360 AZN (üç yüz altmış manat) məbləğində pul və 30,40 AZN (otuz manat, qırx qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh1nə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-4222/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4222/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver