Məhkəmə qərarları › İş №e-2(006)-4234/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4234/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4234/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2017-ci il tarixli, AL113 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-1007/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddası qismən təmin edilərək, “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 2915,39 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası X6 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr bunlardır: EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 64 manat; MMX ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 9 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 16 manat; EQ ******* saylı protokola görə 80 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; İXP ******* saylı protokola görə 64 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; EQ ******* saylı protokola görə 45 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; Azərbaycan Respublikası X6nin cərimələrinə görə 855 manat və Bakı Nəqliyyat Agentliyinin cərimələrinə görə isə 1234 manat, ümumilikdə 2089 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Göstərilənlərə əsasən Cavabdeh DİN X7 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 855 manat və Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 1234 manat, ümumilikdə 2089 manat məbləğində pulun və ödənilmiş 41,29 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2017-ci il tarixli, AL113 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 14.800 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-1007/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2017-ci il tarixli, AL113 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2.177,75 manat əsas, 372,64 manat gecikdirilmiş mükafat, 85 manat dəbbə pulu, 280 manat dəymiş zərər, cəmi 2.195,39 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən avtomobilin Cavabdeh sahibliyində olduğu dövrdə ona yazılmış cərimələrə görə Baş X6 İdarəsinin hesabına 855 manat pul köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən Bakı Nəqliyyat Agentliyinin hesabına Cavabdeh cərimələrinə görə cəmi 1234 manat pul köçürülmüşdür. Əsaslandırıcı hissə: Beləliklə, işin materialları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2017-ci il tarixli, AL113 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti lizinq obyektini lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Həmin daxili lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə Cavabdeh “Daewoo Gentra” markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalara yol vermiş və bununla əlaqədar inzibati qaydada cərimələnmişdir. İddiaçı ASC tərəfindən inzibati xəta protokolları ilə əlaqədar ümümilikdə 2089 manat məbləğində pul ödənilmişdir. Hazırda İddiaçı ASC cavabdeh Qurbanov X3 əvəzində ödədiyi cərimə məbləğinin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi İddiaçı ASC Cavabdeh əvəzindən cərimə və inzibati xəta protokolları ilə əlaqədar ödədiyi 2089 manat pul məbləğinin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh DİN X6 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 855 (səkkiz yüz əlli beş) manat və BNA tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 1234 (bir min iki yüz otuz dörd) manat, ümumilikdə 2089 (iki min səksən doqquz) manat məbləğində pul və ödənilmiş 41,29 (qırx bir manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh DİN X6 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 855 (səkkiz yüz əlli beş) manat və BNA tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 1234 (bir min iki yüz otuz dörd) manat, ümumilikdə 2089 (iki min səksən doqquz) manat məbləğində pul və ödənilmiş 41,29 (qırx bir manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar