Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4256/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.08.2011-ci il tarixli nikahın pozulmasına, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 cavabdehin himayəsində saxlanılmasına eyni zamanda 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2032-ci il təvəllüdlü X1 yetkinlik yaşına (18 yaşına) çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay hər bir uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentın tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh (bundan sonra cavabdeh) ilə 24.08.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ei il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri xeyli müddət normal olsa da, lakin sonradan aralarında olan ailə münasibətləri pozulmağa başlamışdır. İddiaçı ailənin qorunub saxlanılması istiqamətində çoxsaylı cəhdlər etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlə İddiaçının bir ailə olaraq birgə təsərrüfat aparmaları və yaşamaları mümkün deyildir. Buna görə də iddiaçı hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının cavabdehlə olan ailə münasibətlərinin bərpa edilməsi və birgə təsərrüfat aparmaları artıq mümkün deyildir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının cavabdehlə barışmaq fikri yoxdur və nikahın pozulması ilə bağlı fikri qətidir. Odur ki, iddia tələbinin təmin edilərək iddiaçının cavabdehlə aralarında olan rəsmi nikahın pozulması məqsədə müvafiqdir. Eyni zamanda bildirir ki, cavabdeh bir valideyn kimi övladlarının saxlanılmasında iştirak etməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulan zaman birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılmaları və uşaqların saxlanılması üçün alimentin miqdarının müəyyən edilərək cavabdehdən tutulması məsələsi də öz həllini tapmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 24.08.2011-ci il tarixli nikahın pozulmasına, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 cavabdehin himayəsində saxlanılmasına eyni zamanda 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına (18 yaşına) çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay hər bir uşağa 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda qeyd edilən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin xahiş edirəm hissəsində texniki səhv olaraq iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş uşaqların nikah pozulduqdan sonra cavabdehin himayəsində saxlanılmaları və iddiaçıdan hər ay hər bir uşağa 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Odur ki, İddia tələbini dəqiqləşdirərək — İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.08.2011-ci il tarixli nikahın pozulmasına, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanılmasına, eyni zamanda 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına (18 yaşına) çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşağa 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, nikahın pozulmasına razıdır, onlara 3 ay vaxt verilmədən aralarında olan nikah qeydinin pozulmasını xahiş edir. Uşaqlar iddiaçının yanındadır. Uşaqların iddiaçının yanında saxlanılmasına və hər ay hər uşağa görə 175 manat məbləğində alimentin ondan tutulmasına etmir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 24.08.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 698908 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 24.08.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1329 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əskərov, arvada Əsgərova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 30.12.2007-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 039388 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 15.10.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 25.05.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 899498 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 10.05.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər 24.08.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəyə əsasən onun nikahın pozulmasına, birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalmasının müəyyən edilməsinə və ondan uşaqlara görə cəmi 350 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyi müəyyən edilmişdir. İddiaçı nikahın pozulmasında israrlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin (bundan sonra - AM) 20.1 və 20.3-cü maddələrinin tələblərinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Bu halda nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. AM-nin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iddia tələbinin “nikahın pozulması” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğuna görə onların arasında bağlanmış nikah pozulmalıdır. AM-nin 22-ci maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşağının kiminlə qaldığını, uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Qeyd edilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşağın və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iddianın “uşaqların ananın yanında saxlanılması” hissəsi ilə əlaqədar uşaqların azyaşlı olduqları, ana qayğısına ehtiyaclarının olduğu və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması müəyyən edilməlidir. AM-nin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşağını saxlamağa borcludurlar. Uşağını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu uşaq üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın “aliment” hissəsi ilə əlaqədar hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqların ananın - iddiaçının himayəsinə verilməsi və uşaqların əvvəlki təminat səviyyələrinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alınaraq, Cavabdeh 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 26.05.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 24.08.2011-ci il tarixdə bağlanmış və Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1329 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməli, 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 24.08.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1329 nömrə ilə qeyd edilmiş nikah pozulsun. 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Cavabdeh 26.05.2021-ci il tarixdən hesablanmaqla, 15.10.2007-ci il təvəllüdlü X2 və 10.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə «alimentin tutulması» hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4256/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4256/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver