Məhkəmə qərarları › İş №e-2(006)-4258/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4258/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4258/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Moped” nəqliyyat vasitəsi “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği çıxılmaqla, 740 (yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi ödəmişdir. xx.xx.2022ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Abşeron DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarında Cavabdeh təqsirli bilindiyi öz əksini tapmışdır. Cavabdeh ödənilmiş 740 (yeddi yüz qırx) manat məbləğindən 311 manat hissəsini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmiş, lakin 429 manat hissəsi ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və arayışın surətlərindən görünür ki, Cavabdeh “Moped” nəqliyyat vasitəsi ilə “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşmuşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və İXM-nin 338.4.7-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, “Kia Rio” markalı, **- ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olmuşdur. xx.xx.2022-ci il tarixli 116149 saylı sığorta aktından görünür ki, sığorta şirkəti tərəfindən “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 740 manat məbləğində sığorta ödənişi hesablanmışdır. xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, sığorta şirkəti tərəfindən X1 740 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Moped” nəqliyyat vasitəsi “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bununla bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə X1 740 (yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi ödəmişdir.Cavabdeh sığorta şirkətinə 311 manat geri ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Hazırda iddiaçı qalan pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 386.1ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən faydalanan şəxs X1 740 (yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi verildiyindən, iddiaçının yol-nəqliyyat hadisəsində təqsirli olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Dəymiş zərərə görə verilmiş sığorta ödənişi Cavabdeh tərəfindən tam olaraq sığorta şirkətinə geri ödənilmədiyindən, iddiaçı cavabdehdən subroqasiya qaydasında pul tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Kia Rio” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar