Məhkəmə qərarları › İş №e-2(006)-4284/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4284/2022

20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4284/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı Hı̇ kmət qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Hı̇ kmət qızının Cavabdeh Yusı̇ f oğluna qarşı "alimentin təyin edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Hı̇ kmət qızı Cavabdeh Yusı̇ f oğluna qarşı "alimentin təyin edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər xx.xx.2004-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 10 iyul 2011-ci il təvəllüdlü X6, 16 oktyabr 2013-cü il təvəllüdlü X3 və 18 yanvar 2017- ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Belə ki, cavabdeh uzun müddətdir ki, nə iddiaçıya, nə də uşaqlara lazımi diqqət və qayğı göstərmir, həmçinin uşaqlara baxmaq üçün maddi köməklik etmir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Cavabdeh fərdi əməklə məşğul olur və hər ay ən azı 2000 manat qeyri-müntəzəm gəlirə malikdir. Əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında qediyyatda olmaqla yaşayır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin, ünvan 3rixli arayışına əsasən mediasiya prosesinin baş tutmadığı və iddiaçının 50 manat mediasiya xərcini ödədiyi təsdiq olunmuşdur. Göstərilənlərə əsasən tərəflərin birgə nikahdan olan 10 iyul 2011-ci il təvəllüdlü X4, 16 oktyabr 2013-cü il təvəllüdlü X1 və 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər uşağa görə hər ay 200 manat sabit pul məbləğində olmaqla alimentin, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Hı̇ kmət qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Yusı̇ f oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 576870 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Yusı̇ f oğlu ilə Abdullayeva Pərvanə Hı̇ kmət qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 426 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzazadə soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 724873 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh Yusı̇ f oğlu, anası İddiaçı Hı̇ kmət qızıdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 167192 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh Yusı̇ f oğlu, anası İddiaçı Hı̇ kmət qızıdır. İş materiallarında olan Sumqayıt “ASAN xismət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 890764 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh Yusı̇ f oğlu, anası İddiaçı Hı̇ kmət qızıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından üç övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış uşaqları analarının himayəsində qalırlar. Hal-hazırda iddiaçı uşaqların saxlanmaları üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 10 iyul 2011-ci il təvəllüdlü X6, 16 oktyabr 2013-cü il təvəllüdlü X3 və 18 yanvar 2017- ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Belə ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 29 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Yusı̇ f oğlundan 29 avqust 2022-ci il tarixdən başlayaraq, 10 iyul 2011-ci il təvəllüdlü X6, 16 oktyabr 2013-cü il təvəllüdlü X3 və 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Hı̇ kmət qızına verilməli, Cavabdeh Yusı̇ f oğlundan ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı Hı̇ kmət qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Yusı̇ f oğlundan 29 avqust 2022-ci il tarixdən başlayaraq, 10 iyul 2011-ci il təvəllüdlü X6, 16 oktyabr 2013-cü il təvəllüdlü X3 və 18 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Hı̇ kmət qızına verilsin. Cavabdeh Yusı̇ f oğlundan ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı Hı̇ kmət qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar