Məhkəmə qərarları › İş №e-2(006)-4347/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4347/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4347/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı̇ Cavabdehnə qarşı (üçüncü şəxs qismində X11 cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş (açar söz: mənəvi zərər) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı̇ Cavabdehnə qarşı (üçüncü şəxs qismində X11 cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərtinin tətbiq edilməsi, X4 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi hökm edilmişdir. Hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxslər X12 və X3 heç bir şikayət və tələbinin olmadığını, məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 390.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X12 Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 47 ünvanında yerləşən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə istehsalat məsələləri üzrə baş koordinator vəzifəsində işləyərkən, 08 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində cəmiyyətə məxsus qeyd edilən ünvandakı “X15” sexində həmin gün növbə rəisi olan X5 ilkin xammalın kəsildiyi “Kəsmə xətti” adlanan sahənin altında olan və xammal kəsildiyi zaman yaranan yumşaq məhlulun, yəni şlamın töküldüyü quyuları təmizləmək barədə tapşırıq verməklə kifayətlənib, MMC-nin baş direktoru tərəfindən təsdiq edilmiş cəmiyyətin İstehsal məsələləri üzrə baş koordinatorunun məsuliyyət və vəzifə təlimatının “müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etməli, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməli və onların pozulmasına yol verməməli”, “İstehsal sahəsində təmizlik işlərinin aparılmasına dair prosedur”un 3-cü bəndinin “Kəsmə sahəsinin quyularında təmizlik zamanı yalnız xəkəndaz, vedrə və kürəkdən istifadə olunur”, habelə “Elektrik əl maşınları. Əlavə 1. İstehsal sahəsində maşının istifadəsi üçün təhlükəsizlik qaydaları” 12.1.013-91 DST-nın 2.6-cı bəndinin “yaş və su damcılarından müdafiə olunmamış elektrik maşınlarından, suyun damcıların və nəmliyinin təsirinə məruz qala bilən şəraitdə, eləcə də yağış yaxud qar yağanda açıq meydançalarda həmin maşınları istismar etmək qadağandır” və 4.7-ci bəndinin “nəmdən qorunmayan maşınlar su və ya digər mayelərin damcılarına və ya sıçramasına məruz qalmamalıdır” tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq, öz işinə cinayətkarcasına etinasız yanaşıb və açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarına riayət edilməsinə nəzarət etməli şəxs olmasına baxmayaraq belə nəzarəti həyata keçirmədən cəmiyyətin ərazisini tərk edib yaşadığı evə getməklə işçi qrupu tərəfindən kəsmə xəttinin alt hissəsində olan 1-ci şlam quyusunda aparılan təmizlik işlərinin aparılmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, işçi qrupunun tərkibində olan fəhlə X9 təmizlik işlərini xəkəndaz, vedrə və kürəkdən istifadə etməklə görməli olduğu halda sonuncunun nəmli və sulu şəraitdə olan quyunun daxilində elektrik əlmaşınından istifadə etməklə görməsinə nəzarət etməmiş, nəticədə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmaqla həmin qaydalara riayət etməməsi fəhlə Ruslan Kərimovun ehtiyatsızlıqdan elektrik cərəyanı vurması təsirindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sağ yanaq, sağ almacıq, döş qəfəsinin ön səthinin, sağ qoltuqaltı, bel, kürək, sol qoltuqaltı, sol bazunun yuxarı 1/3-nin, sağ bazunun aşağı və orta 1/3-lərinin və hər iki sağrı nahiyələrinin yanıq sahələri (elektrik nişanələri)” xəsarətlərini alaraq elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması səbəbindən ölməsinə səbəb olmuşdur. Həmin hökmlə müəyyən edilmişdir ki, X10 Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 47 ünvanında yerləşən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə növbə rəisi vəzifəsində işləyərkən, 08 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində gecə növbəsinə işə çıxaraq Cəmiyyətin baş koordinatoru X6 “Kəsmə xətti”-nin alt hissəsində olan şlam quyularını təmizləmək barədə tapşırıq aldıqdan sonra öz növbəsində kəsmə operatoru Zaur Mansurova, tökmə operatoru Cavid Məmmədova və fəhlə Ruslan Kərimova həmin işin görülməsini tapşırıb həmin Cəmiyyətin direktoru tərəfindən təsdiq edilmiş növbə rəisinin məsuliyyət və vəzifə təlimatının “işçilər tərəfindən texnoloji istehsal və əmək intizamnın pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etməli, müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena norma və qaydalarına riayət etməli, bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra etməli, onların pozulmasına yol verməməli”, “İstehsal sahəsində təmizlik işlərinin aparılmasına dair prosedur”un 3-cü bəndinin “Kəsmə sahəsinin quyularında təmizlik zamanı yalnız xəkəndaz, vedrə və kürəkdən istifadə olunur”, habelə “Elektrik əl maşınları. Əlavə 1. İstehsal sahəsində maşının istifadəsi üçün təhlükəsizlik qaydaları” 12.1.013-91 DST-nın 2.6-cı bəndinin “yaş və su damcılarından müdafiə olunmamış elektrik maşınlarından, suyun damcıların və nəmliyinin təsirinə məruz qala bilən şəraitdə, eləcə də yağış yaxud qar yağanda açıq meydanşalarda həmin maşınları istismar etmək qadağandır” və 4.7-ci bəndinin “nəmdən qotunmayan maşınlar su və ya digər mayelərin damcılarına və ya sıçramasına məruz qalmamalıdır” tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq, işçi qrupunu təhlükəsizlik texnikası qaydaları ilə rəsmi şəkildə tanış etmədən onları müəyyən olunmuş iş sahəsinə yönləndirdikdən sonra öz işinə cinayətkarcasına etinasız yanaşıb və açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək xidməti otağına getməklə işçi qrupu tərəfindən kəsmə xəttinin alt hissəsində olan 1-ci şlam quyusunda aparılan təmizlik işlərinin aparılmasına, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, işçi qrupunun tərkibində olan fəhlə X9təmizlik işlərini xəkəndaz, vedrə və kürəkdən istifadə etməklə görməli olmasına baxmayaraq nəmli və sulu şəraitdə olan quyunun daxilində elektrik əl maşınından istifadə etməklə görməsinə nəzarət etməmiş, nəticədə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmaqla həmin qaydalara riayət etməməsi fəhlə Ruslan Kərimovun ehtiyatsızlıqdan elektrik cərəyanı vurması təsirindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sağ yanaq, sağ almacıq, döş qəfəsinin ön səthinin, sağ qoltuqaltı, bel, kürək, sol qoltuqaltı, sol bazunun yuxarı 1/3-nin, sağ bazunun aşağı və orta 1/3-lərinin və hər iki sağrı nahiyələrinin yanıq sahələri (elektrik nişanələri)” xəsarətlərinialaraq elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanmasısəbəbindən ölməsinə səbəb olmuşdur. 1. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Hadisə nəticəsində həyatını itirmiş X13 İddiaçı övladı olmuşdur. Vəfat etmiş şəxsi xarakterizə edən hallar: xx.xx.1997-ci il təvəllüdlü X13 ailənin kiçik oğlu olmaqla subay olmuşdur. O, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayırdı. X13 xx.xx.2021-ci il tarixdə aldığı yanıq xəsarətlərindən dolayı 20 saylı TTYS-da vəfat etmişdir. X1 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. İddiaçı kiçik övladı olan Ruslanın ölməsi, hər bir valideynin yaşamaq istəmədiyi dəhşətli acıdır. Ən kiçik övlad ailənin “son beşiyi” hesab olunur. Bu övlad ailədə həm qayğının, həm də ümumiyyətlə ailəvi sevginin mərkəzində dayanır. Valideynlər yaşlandıqca, ailənin kiçik övladına daha çox bağlanır, onu gələcəyinin dayağı, qocalıqda arxası və mənəvi təsəlli kimi görürlər. 1997-ci il təvəllüdlü Ruslan gənc yaşında, həyatının başlanğıcında, arzularının və planlarının ən məhsuldar çağında bu dünyanı tərk etmişdir. O, hələ ailə qurmamış, valideynlərinə nəvə sevinci yaşatmamış, həyata dair planlarını reallaşdırmamışdı. Onun həyatı — qəfil, gözlənilməz və insan səhlənkarlığı nəticəsində — vaxtsız qopmuşdur. Bu hadisə ata İddiaçı üçün təkcə övlad itkisi deyil, həm də mənəvi baxımdan öz gələcəyinin, dayaq bildiyi bir varlığın, həyatının mənasının puç olması deməkdir. Onun övladı iş başında, dövlətin əmək qanunvericiliyinə və təhlükəsizlik qaydalarına riayət olunmalı olan bir məkanda – vətəndaş olaraq öz zəhməti ilə həyat quran bir yerdə, tamamilə qarşısı alına biləcək bir təhlükə nəticəsində həyatını itirmişdir. Ata üçün bu fakt olduqca ağır və dözülməz mənəvi yüktür. Zəhmətkeş, çalışqan və gələcək arzularla yaşayan bir gənc olmuşdur. Ruslan öz ailəsinin ümidi və atası üçün qürur mənbəyi olmuşdur. Onun çox gənc yaşda vəfat etməsi ilə İddiaçı yalnız bir övladı deyil, həm də gələcəyə dair bütün arzuları, ümidləri və mənəvi dayağı itmişdir. 6. İddiaçı iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. b) iddiaya etiraz: Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 08 dekabr 2021-ci il tarixində Cavabdeh MMC-yə məxsus istehsalat sahəsində müəssisənin işçisi X13 bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Qeyd olunan faktla bağlı cinayət işi başlanmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə müəssisənin işçiləri X12 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Mərhumun dəfn xərci də daxil olmaqla hüquqi varisinə təxminən 39550 (otuz doqquz min beş yüz əlli manat) manat məbləğində pul vəsaitinin ödənilmişdir. Lakin hazırda həmin məbləğin faktiki ödənilməsini təsdiq edən hər hansı yazılı sübut mövcud deyildir. İddiaçı özü bu məbləğin 17000-18000 manat olmasını telefon danışığı zamanı etiraf etmişdir. Cinayət işinin istintaqı zamanı zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və onlara qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Bu barədə qeyd Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmündə öz əksini tapmışdır. Hal-hazırda iddianı qismən qəbul edirlər və 10.000 (on min) manat məbləğində vəsaiti ödəməyə hazırdılar. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı̇ nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edənCavabdeh nümayəndəsi izahat verərək iddianı qismən qəbul etdiklərini və 10.000 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

2. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

Məhkəmə iş üzrə araşdırılan və müəyyən edilən hallara əsasən hesab edir ki, iddiaçının mərhum oğlunun baş vermiş hadisə nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdehlər Cavabdeh işçisi tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Belə ki, baş vermiş hadisə ilə bağlı cavabdehin əməkdaşlarının təqsirliliyinin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü) müəyyən edilməsi hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir). Deməli, hazırkı işdə zərərçəkənin mərhum oğlunun ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçının oğlunun hadisə nəticəsində vəfat etməsinin İddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Cavabdeh mərhumun dəfn xərci də daxil olmaqla hüquqi varisinə təxminən 39550 (otuz doqquz min beş yüz əlli manat) manat məbləğində pul vəsaitinin ödənildiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və onlara qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 həqiqətən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxslər X12 və X3 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin iş materiallarından da göründüyü kimi həmin ərizə İddiaçı tərəfindən deyil X2 tərəfindən ünvanlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehlərdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə 99.000 manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz. Məhkəmə bildirir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunvericilik konkret məbləğləri müəyyən etməmişdir. Mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə diqqətəlayiq halları nəzərə alınmalıdır. Bu zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, hadisə 2021-ci ildə baş vermiş, yəni iddiaçının mərhum oğlunun həlak olmasından uzun müddət keçməmişdir. Belə olan halda, məhkəmə elə nəticəyə gəlir ki, baş vermiş hadisə nəticəsində iddiaçının mərhum oğlunun həlak olması ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehdən iddiaçının xeyrinə 25.000 manat məbləğində pul vəsaitinin tutulması ədalətli və ağlabatandır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi kompensasiyanın ödənilməsi hissəsində əsaslı hesab edilməklə qismən təmin edilməli, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə (25.000 manat) mütənasib olaraq ödənilməli olan 98.5 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də, bununla bağlı hər hansı sübut (qəbz, müqavilə) məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat və 122.4 (bir yüz iyirmi iki manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı̇ xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar