Məhkəmə qərarları › İş №e-2(006)-437/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-437/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-437/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) – Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) – Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əşyalarının qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cehiz və ya pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən (iddia ərizəsində) cehiz əşyalarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi və bu mümkün olmadıqda həmin əmlakların dəyərinin iddiaçıya ödənilməsi barədə; Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 20 saylı evin 41 saylı mənzil üçün birgə nikah dövründə ödədilən 100.000 manatın ½ hissəsini, yəni 50.000 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsinə dair; Birgə nikah dövründə əldə edilən qab yuyan maşının dəyərinin 2500 manatın ½ hissəsini, yəni 1250 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-5161/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cehiz əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-5161/2022 saylı mülki iş üzrə iddiadan «Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 20 saylı evin 41 saylı mənzil üçün birgə nikah dövründə ödədilən 100.000 manatın ½ hissəsini, yəni 50.000 manat məbləğində pulun və birgə nikah dövründə əldə edilən qab yuyan maşının dəyərinin 2500 manatın ½ hissəsini, yəni 1250 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsinə dair» tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Sonradan – xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə iddiaçı arasında cehiz əşyalarının qaytarlması ilə balı razılıq əldə eidlmiş, xx.xx.2023-cü il tarixli akta əsasən cehiz əşyaları iddiaçı tərəfindən təhvil alınmışdır. Bu səbəbdən hazırkı iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) – Vəkil1 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) – Vəkil2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar