Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4392/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş 27 may 2011-ci il təvəllüdlü X1 üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah 13 may 2010-cu il tarixdə X5 tərəfindən bağlanmışdır. Tərəflərin birgə nikahından 27 may 2011-ci il tarixdə oğulları X6 doğulmuşdur. Qeyd olunan nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaq nikah pozulduqdan sonra anasının himayəsində saxlanılmışdır. Nikahın pozulması işinə baxılarkən iddiaçı aliment tələb etməmiş, uşağın özü tərəfindən saxlanılmasını qərara almışdır. Hazırda uşağın 12 yaşı vardır. Uşaq böyüdükcə onun maddi tələbatları artmışdır və hazırda iddiaçı bu yükü təkbaşına qaldıra bilmir. Cavabdehə uşağın saxlanılmasında köməklik göstərilməsini xahiş etsə də, hər hansı müsbət cavab almamışdır. Odur ki, iddiaçı alimentin məhkəmə qaydasında tutulması qərarına gəlmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və 500 (beş yüz) manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 29 avqust 2015-ci il tarixli, AZ-İİİ № 598445 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli, 2(006)-5055/2014 saylı qətnaməsinə əsasən X4 ilə Cavabdeh arasında 14 may 2010-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 265 nömrə ilə qeydə alınmış nikahın pozulması və 27 may 2011-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə saat 12:20-12:40-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir (Mediator:Həsənova Gülnar). Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir, iddiaçı və cavabdeh 14 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 27 may 2011-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Hazırda birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında yaşayır. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehdən uşağın saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş 27 may 2011-ci il təvəllüdlü X6 adlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasınının zəruriliyini və uşaq üçün yaşayış minimumunun miqdarını nəzərə alaraq hesab edir ki alimentin tutulmasına dair iddia təmin edilməli, aylıq aliment məbləğinin iddiaçının tələb etdiyi həddə deyil, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 25 sentyabr 2023cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı və dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4392/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4392/2023
03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver