Məhkəmə qərarları › İş №e-2(006)-4524/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4524/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4524/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X9 iştirakı ilə İddiaçı cavabdeh X5rşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5rşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 30 iyun 2017-ci il tarixdə anadan olmuş Seyyedi X1 üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində 193 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o və cavabdeh 05 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 30 iyun 2017-ci ildə anadan olmuş X3 adlı bir uşaqları vardır. Cavabdeh uşağın maddi təminatı üçün heç bir xərci ödəmir. Uşağı maddi cəhətdən təmin etmək valideyn kimi onun vəzifəsidir. Cavabdeh könüllü olaraq bu vəzifəsini yerinə yetirmədiyindən, uşaqlarının saxlanması üçün ondan məhkəmə qaydasında aliment tutulması zəruridir. Artıq 24 iyun 2016-cı ildə onların nikahları 1 saylı Bakı “Asan” xidmət mərkəzində pozulmuş və uzun müddətdir ki, ayrı yaşayırlar. Hal-hazırda cavabdehin rəsmi qaydada hardasa işləməsinə dair məlumatı yoxdur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanuna görə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə hesab edir ki, cavabdehdən uşağının yaşaması üçün aylıq olaraq 193 manat aliment tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında alimentin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdə tutulmasına razı olduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, o cümlədən cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08 iyul 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 265270 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı arasında nikah 24 iyun 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin iyun ayının 24-cü günündə 71 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(006)-2267/2018 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh İddiaçı Bakı Oksigen Xəstəxanasında 30 iyun 2016-cı il tarixdə dünyaya gətirdiyi oğlan cinsindən olan uşağın atasının X8masının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27 may 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 080679 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 iyun 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11 X13, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 30 iyun 2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında nikah pozulmuş və hazırda azyaşlı anası İddiaçı himayəsindədir. İddiaçı birgə nikahdan olan uşaqlarının saxlanması üçün cavabdeh tərəfindən ona hər hansı bir dəstək göstərilmədiyini qeyd edərək, azyaşlı övladının saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə alimentin ödənilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdə alimenti ödəməyə razılığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının haqlı tələbi təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 30 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq X7 İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 30 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq X7 İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar