Məhkəmə qərarları › İş №e-2(006)-4555/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(006)-4555/2021

14.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(006)-4555/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-dən 25.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 1047 manat olan İphone 7 32 Black markalı mobil telefon əldə edib. Borclu 21.02.2019-cu il tarixdən başlayaraq hər ayın 25-dən gec olmayaraq 95 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmişdir, aldığı malın qalıq pulunu ümumi dəyəri – 947 manat mağazaya ödəməmişdir. Odur ki, borcludan 947 manat məbləğində əsas borcun, 100 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1067 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1990-cı ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş Borclu Bakı şəhəri, D.Əliyeva 194-də yerləşən Kreditor xeyrinə 947 (doqquz yüz qırx yeddi) manat əsas borc, 100 (bir yüz) manat cərimə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu - cəmi 1067 (bir min altmış yeddi) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar