Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4778/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 260 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 290 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Rio” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********* nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 23-də Cavabdeh idarə etdiyi “Kia Rio” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Əlixanov küçəsində, X2 idarə etdiyi “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Binəqədi DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-in xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2603 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobilə 260 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 260 manat məbləği zərərçəkmiş şəxs “Mercedes Benz E320” markalı, **- XR-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X3 ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, cavabdеh Cavabdeh 260 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 290 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin (Bank: ASC Xalq Bankı, Baş filialı; Kodu: 501026; VÖEN: **********; Müxbir hesabı: AZ24NABZ********************; S.W.İ.F.T. Bik: HAJCAZ22XXX; Adı: XALQ SİĞORTA ASC; VÖEN: **********; Hesab №-si: AZ05HAJCHCRAZN**********7058) hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçının nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, mülki iş üzrə əlavə və vəsatətlərinin olmadığını bildirib, baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan AB seriyalı 479800 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. Mülki işin materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı, 465739 №-li etibarnamədən görünür ki, X8 mülkiyyətində olan “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və s.” səlahiyyətlərini vermişdir. Mülki işin materiallarında olan AB seriyalı 569679 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. Mülki işin materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün X5 olması müəyyən edilmiş, “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü isə hadisə yerindən yayınmışdır. Mülki işin materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində Binəqədi rayonu Əlixanov küçəsində “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2603 saylı qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 155 (yüz əlli beş) manat, görülən işlərə görə 105 (yüz beş) manat olmaqla, cəmi 260 manat zərər dəymişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-cil tarixli müqaviləsi üzrə icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin PXA82114 saylı sığorta aktından müəyyən edilir ki, “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı müəyyən edilmiş zərərin məbləği 260,00 (iki yüz altmış) manatdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün plastik kart (nömrə: 10000 15590, 16 rəqəmli xüsusi nömrə: 419841******2368, İBAN nömrəsi: AZ78HAJC********************) X3 təhvil verilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi rayonu Əlixanov küçəsində xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Kia Rio” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh (avtomobilin sahibi X7r), zərəçəkmiş şəxs isə “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r (avtomobili hadisə vaxtı – X5 idarə etmişdir). Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 9998km********** nömrəli sənəd üzrə 260 (iki yüz altmış) manat pul AZ78HAJC********************, (0001,10000 Local) hesab nömrəsinə (Ödənişin təyinatı: PXA82114) 260 (iki yüz altmış) manat sığorta ödənişi edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Binəqədi RPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi rayonu Əlixanov küçəsində geriyə hərəkət edərkən arxada dayanan **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. O həmin vaxtı həyəcanlı olduğundan və tələsdiyi üçün hadisə yerindən getmişdir. Hadisə vaxtı içkili olmadığını, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanı ödəyəcəyini qeyd etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, Cavabdeh subroqasiya qaydasında dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək sığortalanmış “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmiş, həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 260 (iki yüz altmış) manat sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 260 (iki yüz altmış) manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən və sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 260 (iki yüz altmış) manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş 260 (iki yüz altmış) manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və hadisə yerindən yayındığından, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək sığortalanmış “Kia Rio” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh “Mercedes Benz E320” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə ödənilmiş 260 (iki yüz altmış) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin (Bank: ASC Xalq Bankı, Baş filialı; Kodu: 501026; VÖEN: **********; Müxbir hesabı: AZ24NABZ********************; S.W.İ.F.T. Bik: HAJCAZ22XXX; Adı: XALQ SİĞORTA ASC; VÖEN: **********; Hesab №-si: AZ05HAJCHCRAZN**********7058) hesabına köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin (Bank: ASC Xalq Bankı, Baş filialı; Kodu: 501026; VÖEN: **********; Müxbir hesabı: AZ24NABZ********************; S.W.İ.F.T. Bik: HAJCAZ22XXX; Adı: XALQ SİĞORTA ASC; VÖEN: **********; Hesab №-si: AZ05HAJCHCRAZN**********7058) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4778/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4778/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver