Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4855/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(036)- 62/2025 saylı qərardadı ilə qərara alınmış 664 manat aliment məbləğini azaldaraq 400 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 8(036)-62/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh ərizəsi təmin edilərək İmişli Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsi ilə 06 iyun 2012-ci il təvəllüdlü X7 və 19 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunmuş və alimentin məbləği 300 manatdan 664 manata qaldırılmışdır. Göründüyü kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması nəzərə alınaraq aliment məbləği indeksasiya olunub birdən-birə 364 manat artırılsa da onun maddi vəziyyəti, sağlamlığı, ailə vəziyyəti (yenidən ailə həyatı qurmağı və himayəsində iki nəfər uşaqların olması) və diqqətəlayiq olan digər halları nəzərə alınmamışdır. Halbuki, həm ailə qanunvericiliyinə, həm Konstitusiya və Ali Məhkəmənin plenum qərarlarına əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd etdiyi kimi maddi vəziyyətində (əvvəllər işləyə bilirdi indi işləyə bilmir, yəni qazancı yoxdur), eyni zamanda ailə vəziyyətində (hazırda himayəsində iki nəfər uşağı var) və diqqətəlayiq olan digər hallarında (səhhətində xəstəliklər yaranmışdır) dəyişikliklər olmuşdur. Məlumat üçün bildirir ki, Cavabdeh ayrıldıqdan sonra X14 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 27 iyun 2017-ci ildə Mirhəsən adlı bir nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə Saatlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(055)-581/2021 saylı qətnaməsinə əsasən nikah qeydləri pozulmuş və birgə nikahlarından 27 iyun 2017-ci ildə doğulmuş X3 onun yanında qalması müəyyən edilmişdir. Bundan sonra 23 iyul 2021-ci ildə X8 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 29 avqust 2021-ci ildə X12 adlı uşaqları anadan olmuşdur. Hazırda oğlu Mirhəsən və qızı Məryəm onun yanında yaşayırlar və onların bütün ehtiyaclarını o ödəyir. O, “sağ tərəfli nefrektomiya” xəstəliyindən əziyyət çəkir. Onun bir böyrəyi çıxarılıb, sol böyrəyinə isə “Qlomerulonefrit” diaqnozu qoyulmuşdur ki, bu da böyrəyin yumaqcıq kapillyarlarının iltihabı ilə müşayiət olunan xəstəlikdir. Bu səbəbdən işləməkdə çətinlik çəkirə və hazırda da heç bir yerdə işləmir. Himayəsində olan uşaqlarının saxlanmaları üçün valideyinləri ona kömək edirlər. Möhtərəm hakim göründüyü kimi həm ailə vəziyyətində, həm maddi vəziyyətində, həm səhhətində və həmçinin də diqqətəlayiq olan digər hallarında dəyişiklik olmuşdur. Əvvəllər sağlam olduğu üçün bir çox işlərdə işləyib ailəmin ehtiyaclarını ödəməyə çalışırdım, lakin indi səhhətiylə bağlı bunu edə bilmir. Ona görə də hər ay 664 manat aliment məbləğini ödəməkdə çətinlik çəkir. Bunlara baxmayaraq valideyinlərimin köməkliyi ilə hər ay, iki nəfər uşaqlarım üçün ümumilikdə 400 manat aliment ödəyə bilər. Daha sonra Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onun rəsmi nikahı artıq 2016-cı ildə pozulub və iki azya.lı övladı onun himayəsindədi. O boşandıqdan sonra cavabdeh onu və uşaqları yaşayış yeri ilə də təmin etməmişdir və onun qeydiyyatda olduğu ünvan isə atasının evidir. Evdə atası ilə anası, qardaşı və onun ailəsi yaşayır. Atasının evi bir otaqdan ibarətdir. Onun iki uşaqla orada yaşamağı qeyri-mümkündür. Ona görə də məcbur olub 300 manata kirayə ev tututaraq uşalarla yaşayır. Özü şirniyyat evində işləyir və 400 manat əmək haqqı alır. Həmin puldan 300 manat kirayə haqqı verir və o puldan cəmi 100 manat pul qalır. O işə nəqliyyat istifadə dərək gedir və həmin qalan 100 manat da onun yol puluna gedir. Onun isə başqa gəlir yeri yoxdu. Uşaqların biri 7-ci, biri isə 8-ci sinifdə oxuyur. Uşaqlar da böyüdükcə ehtiyacları daha da çoxalır. İddiaçı alimntdən başqa ona heç bir köməklik etmir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Həmçinin alimentin artırılması ilə bağlı İmişli Rayon Məhkəməsinin qərarından da verilmiş apellyasiya şikayəti də onun xeyrinə çıxmışdır, belə ki şikayət təmin olunmamışdır. Ona görə də hesab edir ki, bu məsələ artıq bir dəfə baxılıb və onun şikayəti də təmin olunmayıb. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X9 məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - xx.xx.2016-cı il tarixli, AZ-İİİ 677372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasına İddiaçı, ana qrafasına Cavabdeh qeyd edilmişdir. - xx.xx.2016-cı il tarixli, AZ-İİİ 677354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasına İddiaçı, ana qrafasına Cavabdeh qeyd edilmişdir. - İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)- 1101/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı Cavabdeh yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş AZ-İV seriyalı 473758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası X11r. - Saatlı Rayon Məhkəməsinin 2(055)-581/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə cavabdeh X14 arasında xx.xx.2019-cu il tarixdə Saatlı rayonu Qeydiyyat şöbəsində bağlanmış 35 nömrəli nikah qeydinin pozulması, 27 iyun 2017-ci ildə doğulmuş X3 atası - İddiaçı yanında qalması qət edilmişdir. - 3 saylı Bakı “Asan Xidmət” X20 tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş AZ-İV seriyalı 931628 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası X5r. - İmişli Rayon Məhkəməsinin 8(036)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)- 1101/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/12/2025-00892 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin materiallarına fotoşəkillər və ambulator kitabçadan çıxarış əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. İmişli Rayon Məhkəməsinin 8(036)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı müəyyən edilmiş aliment məbləğinin azaldılmasını və xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə 400 manat, yəni hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasını istəyir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ailə və maddi vəziyyətində, habelə səhhətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra iki dəfə nikaha daxil olmuş, həmin nikahlardan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X12 adlı azyaşlı övladları dünyaya gəlmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X3 iddiaçının yanında qalması müəyyən edilmiş, hazırda həm yetkinlik yaşına çatmamış Mirhəsən, həm də Məryəm İddiaçı himayəsində yaşayırlar. Məhkəmə, iddiaçının himayəsində iki azyaşlı uşağın olması faktını, onların gündəlik saxlanma, qidalanma, təhsil və digər zəruri ehtiyaclarının iddiaçı tərəfindən təmin edildiyini nəzərə alır və bunu alimentin məbləğinin müəyyən edilməsində diqqətəlayiq hal kimi qiymətləndirir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və iddiaçının izahatlarından müəyyən olunur ki, iddiaçının əmək qabiliyyətinə mənfi təsir göstərən ciddi sağlamlıq problemləri var. Məhkəmə qeyd edir ki, alimentin sabit pul məbləği ilə müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı tərəflərin real maddi imkanları, ailə vəziyyəti, sağlamlıq durumu və aliment ödəyənin digər öhdəlikləri məhkəmə tərəfindən hərtərəfli və obyektiv şəkildə qiymətləndirilməlidir. Alimentin məbləği uşağın maraqlarına zidd olmamaqla yanaşı, aliment ödəyən şəxsin obyektiv olaraq yerinə yetirə biləcəyi həddə müəyyən edilməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin etirazlarında göstərdiyi arqumentlər — kirayə mənzildə yaşaması, gəlirinin məhdud olması və uşaqların artan ehtiyacları — məhkəmə tərəfindən nəzərə alınmışdır. Lakin məhkəmə hesab edir ki, alimentin azaldılması uşaqların təminat səviyyəsinin tamamilə aşağı salınmasına gətirib çıxarmır, əksinə, iddiaçının real maddi imkanlarına uyğun olaraq aliment öhdəliyinin davamlı icrasını təmin etməyə xidmət edir. Məhkəmə onu da nəzərə alır ki, alimentin həddindən artıq yüksək müəyyən edilməsi faktiki olaraq ödənilməməsi riskini yarada və uşaqların maraqlarına zidd nəticələr doğura bilər. Eyni zamanda cavabdehin alimentin artırılması ilə bağlı əvvəlki məhkəmə aktının apellyasiya instansiyasında dəyişdirilməməsinə dair istinadları hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb etmir, çünki hazırkı iddia alimentin indeksasiyasının düzgünlüyünün deyil, sonradan baş vermiş yeni hallar fonunda alimentin məbləğinin dəyişdirilməsinin qiymətləndirilməsinə yönəlmişdir. Bundan əlavə, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 06 iyun 2012-ci il təvəllüdlü X7 və 19 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi təmin edilsin. Tərəflərin birgə nikahından anadan olan 06 iyun 2012-ci il təvəllüdlü X7 və 19 iyun 2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.