Məhkəmə qərarları › İş №e-2(006)-4860/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4860/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4860/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı İmanova Tamillanın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı İmanova Tamilla Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan 29 oktyabr 2010-cu il təvəllüdlü X2 və 06 dekabr 2011-ci il təvəllüdlü Rəşidəli X1 üçün Cavabdeh bir uşaq üçün 3000 (üç min) manat olmaqla, hər ay 6000 (altı min) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmanova Tamilla ilə Cavabdeh 07 iyun 2009-cu il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 29 oktyabr 2010-cu il təvəllüdlü X7 və 06 dekabr 2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. Sonradan Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(001)-6857/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 29 oktyabr 2010-cu il təvəllüdlü X7 və 06 dekabr 2011-ci il təvəllüdlü X4 anaları İmanova Tamillanın yanında saxlanılmaları qət edilmiş, lakin uşaqların saxlanılmaları üçün hər hansı aliment məbləğinin tutulması müəyyən edilməmişdir. İmanova Tamilla nikahın pozulmasına dair xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı şəhadətnamə almışdır. Cavabdeh ödəniş qabiliyyətli və onun əmlak vəziyyəti qənaətbəxş olsa da, könüllü qaydada aliment öhdəliklərini icra etmir. Hal-hazırda iddiaçı uşaqların saxlanılmaları üçün bütün xərcləri özü çəkir və Cavabdeh hər hansı vəsait ala bilmir. İddiaçı İmanova Tamilla mediasiya sessiyasının keçirilməsinə dair müraciət etmiş, mediator tərəfindən 27 fevral 2024-cü il tarixdə ilkin mediasiya sessiyası təyin edilsə də, Cavabdeh həmin sessiyada iştirak etməmiş və bununla bağlı həmin tarixli MŞB/MT015/2023- 0055/02 nömrəli arayış verilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən 20 dekabr 2022-ci il tarixli, e-2(001)-6857/2022 nömrəli qətnamə çıxarılarkən nikah pozulmuş, uşaqlarının analarının yanında qət edilmişdir. Çünki, tərəflər arasında uşaqların saxlanılmaları üçün aliment ödənilməsi ilə bağlı şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya hər ay müəyyən edilmiş məbləğdə vəsait ödəməli olmasına baxmayaraq? Ailə Məcəlləsinin tələbləri ilə onun üzərinə qoyulan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən iddiaçı X24 Məcəlləsinin müddəaları ilə ona verilən hüququndan istifadə edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək qərarına gəlmişdir. Cavabdeh Rəşidəli X3 və bir neçə hüquqi şəxsin faktiki sahibidir, onun gəlirləri daimi dəyişir və alimentin faiz nisbəti ilə tutulması mümkün deyildir ki, iddiaçı X16 Rayon Məhkəməsinin qətnaməsinin çıxdığı tarixdən, yəni 20 dekabr 2022-ci il tarixindən hər uşaq üçün ayda 3000 (üç min) manat məbləğində alimentin tutulmasını tələb etmək niyyətindədir.

3. İddiaçı İmanova Tamilla iddia tələbinə texniki düzəliş edərək, tələbin həcmini azaltmış, belə ki, cavabdehdən hər ay hər uşaq üçün 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1000 (bir min) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı İmanova Tamillanın vəkilinümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə hazırlıq iclasında verilmiş izahat və sübutları nəzərə alaraq, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsinə dair (hər bir uşaq üçün ayda 500 manat məbləğində alimentin tutulması) çıxarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmiş və hər uşağa görə ayda 500 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək və iddia tələbini cavabdehin etirafı ilə birgə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-6857/2022 nömrəli qətnaməsindən görünür ki, İmanova Tamilla ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı Nikah Evində bağlanmış, 1243 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 29 oktyabr 2010-cu il təvəllüdlü X7 və 06 dekabr 2011-ci il təvəllüdlü X4 anaları İmanova Tamillanın yanında saxlanılmalarının müəyyən edilməsi qət edilmişdir.

7. Nikahın pozulması haqqında AZ-İ seriyalı 445723 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 nikahı xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 66 nömrə ilə qeyd edilmişdir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh adında xx.xx.2013-cü il tarixindən gömrük bəyannaməsi 501018 nömrəli hesabarayış əsasında “Kia Sorento” markalı, **-VN-*** və xx.xx.2015-ci il tarixindən gömrük bəyannaməsi 682926 nömrəli hesab-arayış əsasında “Toyota LC200” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Cavabdeh təsisçisi olduğu kommersiya hüquqi şəxsləri aşağıdakılardır: - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2013-cü il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2007-ci il tarixdən; - "xxxx" MTK (VÖEN: **********) – xx.xx.2015-ci il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2013-cü il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2018-ci il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2013-cü il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2008-ci il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2017-ci il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2019-cu il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2020-ci il tarixdən; - "xxxx" MMC (VÖEN: **********) – xx.xx.2008-ci il tarixdən.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 71, mənzil 33 ilkin olaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

11. Bakı 15 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/MT015/2023-0055/02 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci iddiaçının nümayəndəsi tərəfindən ödənilmişdir.

12. "xxxx" MMC-nin nəzdində tam orta məktəbin xx.xx.2024-cü il tarixli A/552 nömrəli arayışından görünür ki, X8 hazırda 7-ci sinifdə təhsil alır və onun illik təhsil haqqısı 5.525 manat təşkil edir.

13. "xxxx" MMC-nin nəzdində tam orta məktəbin xx.xx.2024-cü il tarixli A/553 nömrəli arayışından görünür ki, X7 hazırda 8-ci sinifdə təhsil alır və onun illik təhsil haqqısı 5.525 manat təşkil edir.

14. "xxxx" MMC-nin nəzdində tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh oğlu X6 və X5 görə 2023-2024-cü tədris ili üzrə aylara görə təhsil haqqını ödəmişdir və onun təhsil haqqı üçün borcu yoxdur.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1805/2024 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin üstündə 130 kv.m sahədən ibarət çardaq (mansard) sahəsinə, 2012-ci il buraxılışlı, “Kia Sorento” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı və 2014-cü il buraxılışlı, “Toyota LC200” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə, "xxxx" MMC (VÖEN: **********), "xxxx" MTK (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********) İmanova Tamillanın 1/2 hissədə, Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin aktiv vəziyyətdə olması, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılması, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən vergi ödəyicisi Cavabdeh təsisçisi olduğu hüquqi şəxs haqqında məlumat müəyyən edilmədi. xx.xx.2024-cü il tarixinə uçot baza məlumatlarına əsasən Cavabdeh fəaliyyətinin passiv olduğu müəyyən edilmişdir. Cavabdeh (VÖEN: **********) tərəfindən ən son 2020-ci il üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə gəlir məbləği 507,44 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğu bildirilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Cavabdeh təsisçisi olduğu kommersiya hüquqi şəxsləri aşağıdakılardır: - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MTK (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********).

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən Cavabdeh təsisçisi olduğu kommersiya hüquqi şəxsləri aşağıdakılardır: - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MTK (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********); - "xxxx" MMC (VÖEN: **********). Eyni zamanda, Cavabdeh fərdi sahibkar kimi ********** saylı VÖEN üzrə fəaliyyətinin xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024cü tarixindən xx.xx.2034-cü il tarixinədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********), "xxxx" MTK (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək vergi bəyannaməsi təqdim edilmədiyindən dövriyyə məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Uçot baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 590740,11 manat, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 164933,39 manat, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 43880,64 manat, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 0,0 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İmanova Tamilla ilə Cavabdeh 07 iyun 2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 29 oktyabr 2010-cu il təvəllüdlü X23 və 06 dekabr 2011-ci il təvəllüdlü X25 anadan olmuşdur.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışdır.

22. Bundan sonra iddiaçı cavabdeh tərəfindən uşaqların saxlanılması üçün aliment ödənilməsi ilə bağlı mübahisəni həll etmək məqsədilə müvafiq mediasiya təşkilatına müraciət etsə də, keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

23. Hazırda iddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 1.000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, cavabdeh də bu tələbi qəbul edərək, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 1.000 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəməyə razı olduğunu bildirir.

c) Məhkəmənin mövqeyi:

24. Məhkəmə hesab edir ki, iddiaçı uşaqlar üçün dövlət tərəfindən qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən artıq məbləğdə alimentin tutulmasını tələb etsə də, cavabdehin maddi və əmlak vəziyyəti ilə bağlı sübutları məhkəməyə təqdim etdiyindən və həmin sübutlar əsasında cavabdehin tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olması müəyyən edildiyindən, ən əsası, cavabdeh iddia tələbini etiraf etdiyindən və onun etirafı tərəflərin və yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğun olduğundan, heç kimin qanunla qorunan mənafelərini pozmadığından, cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilərək, uşaqların əvvəlki maddi təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə hazırkı iddia təmin edilməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 58.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

27. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

28. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Əsas şərtlərdən biri ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

31. Göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı İmanova Tamillaya verilməlidir.

32. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən məhkəmə xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Nəticə:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı İmanova Tamillaya verilsin. Məhkəmə xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı İmanova Tamillaya verilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar