Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4891/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «uşağın üç yaşı tamam olanadək ananın xeyrinə aliment ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın üç yaşı tamam olanadək ananın xeyrinə aliment ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək aylıq 50 manat həcmində aliment məbləğinin, o cümlədən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya rüsumunun və 50 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək aylıq 200 manat həcmində aliment məbləğinin, o cümlədən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya rüsumunun və 50 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində cavabdehlə nikaha daxil olmuşdur. Tərəflərin nikahı 1 saylı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən AZ–İ seriya 932913 nömrə ilə qeydə alınmışdır. Həmin nikahdan tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci ilə təvəllüdlü X3 adlı iki övladı dünyaya gəlmişdir. Tərəflərin nikası Nəsimi rayon məhkəməsinin e-2(006)- 3508/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə hər iki azyaşlının ananlarının himayəsində qalması, o cümlədən, onların saxlanması üçün hər ay stabil məbləğdə cəmi 400 manat olmaqla cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşağın 3 yaşına çatanadək məhz ona aliment məbləğinin ödənilməsini xahiş edir. İş materiallarından da göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş X3 2020-ci il təvəllüdlü olmaqla hələ 3 yaşı tamam olmamışdır və hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Ailə Məcəlləsinin ona vermiş olduğu hüququndan istifadə etmək istəyir. Odur ki, onun məhkəməyə müraciət etməkdə tələbi xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ananın xeyrinə aliment məbləğinin cavabdehdən tutulması tələbi ilə əlaqədardır. Tərəflər Mediasiya haqqında qanunun tələbinə uyğun olaraq mediasiya prosesindən keçmişlər. Bununla əlaqədar olaraq 6 saylı Mediasiya Təşkilatının mediatoru Şəms Əyyubova tərəfindən 12 oktyabr 2022-ci il tarixli MŞB/6-6220 saylı“İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Həmçinin mediasiya xərcini təşkil edən 50 manat ödəniş də ödənilmişdir. İmtina arayışından məlum olduğu üzərə qarşı tərəf mediasiyada iştirak etmək istəməmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İV seriyalı ******* saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3508/2020 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 mart 2014-cü tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci ilə təvəllüdlü X1 anaları İddiaçı yanında qalması, Cavabdeh 29 iyun 2022-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci ilə təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; İddiaçının ailə və maddi vəziyyətini, habelə tərəflərin digər diqqətəlayiq maraqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək cavabdehdən aliment tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 3 yaşına çatanadək uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin 3 yaşına çatanadək uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək cavabdehdən tutulacaq alimentin 50 manat məbləğində müəyyən edilməsi cavabdehin əmlak vəziyyətinə adekvatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment, ödənilmiş 50 manat mediasiya rüsumu və 50 manat məhkəmə rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment, ödənilmiş 50 manat mediasiya rüsumu və 50 manat məhkəmə rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4891/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4891/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver