Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4996/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3280/2015 saylı, 07 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 15 iyun 2012-ci il təvəllüdlü X5 və 12 sentyabr 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan müəyyən problemləri üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən, aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3280/2015 saylı, 07 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 03 aprel 2010-cu il tarixli nikahları pozulmuş, birgə nikahlarından olan övladları cavabdehin yanında saxlanılmış, saxlanılması üçün iddiaçıdan 07 may 2015-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3280/2015 saylı, 07 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay ümumilikdə hər iki uşağa görə 1200 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini hazırda qəbul etdiyini, aliment məbləğinin təyin edilməsinə təsir edən halların dəyişəcəyi halda uşaqların maraqlarını nəzərə alaraq məhkəməyə alimentin məbləğinin artırılmasına dair iddia ilə müraciət edəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2015-ci il tarixli, 2(006)-3280/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 03.04.2010-cu il tarixli 309 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 may 2015-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.12.2015-ci il tarixli, 2(103)-8404/15 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2015-ci il tarixli, 2(006)-3280/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Franks İnternational middle East (BVİ) LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı aliment ödənişləri arayışda göstərilən məbləğdə məhkəmə qərarına əsasən icra olunmuşdur. 31.05.2021-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə “Franks İnternational middle East (BVİ) LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 19.03.2013-cü il tarixli əmək müqaviləsinə 31.05.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından iki uşağı anadan olmuşdur. Hazırda tərəflər arasındakı nikah pozulmuşdur, uşaqlar cavabdehin himayəsindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2015-ci il tarixli, 2(006)-3280/2015 saylı qətnaməsinə əsasən 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 may 2015-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda cavabdeh qazancının qeyrimüntəzəm olduğuna, işsiz qaldığına, bunla da maddi vəziyyətində müvafiq dəyişikliklərin baş verdiyinə istinad edərək, alimentin tutulması qaydasının dəyişdirilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edən yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcuddur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AMnin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması üçün aşağıdakı əsaslardan biri olmalıdır: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa; - valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyilsə, çətinlik törədirsə və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozursa. Mülki işin araşdırılması zamanı aliment verməyə borclu olan valideynin qazancının qeyrimüntəzəm olduğu və alimentin onun qazancından müəyyən hissə kimi tutulmasının çətinlik törətdiyi və digər tərəfin maraqlarını əhəmiyyətli dərəcədə pozduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, aliment iddiaçıdan sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2015-ci il tarixli, 2(006)-3280/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin tutulması qaydası və miqdarı dəyişdirilməli, İddiaçı 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 600 manat olmaqla, cəmi 1200 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2015-ci il tarixli, 2(006)-3280/2015 saylı qətnaməsi ilə 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə İddiaçı tərəfindən ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilsin. İddiaçı 15 iyun 2012-ci il təvəllüdlü X3 və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 600 manat olmaqla, cəmi 1200 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4996/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4996/2021
30.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver