Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-50/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı "uşağın ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı "uşağın ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 26 noyabr 2010-cu il tarixdə birgə nikaha daxil olublar. Birgə nikahdan 14 noyabr 2011-ci il təvəllüdlü X3 anadan olub. Birgə nikahdan anadan olan 14 noyabr 2011-ci il təvəllüdlü X1 məhkəmə qaydası ilə atanın yanında qalması müəyyən edilsə də, o, uzun illərdir anası ilə yaşayır. Məhkəmə qətnaməsində uşağın atanın yanında qalması göstərildiyi və aliment tutulmadığı üçün Cavabdeh övladının xərcləri üçün heç bir maddi yardım göstərmir. İddiaçı uşağı azyaşlıdır, 11 yaşı var. Uşağın qidalanması, zəruri ehtiyacları, həkim müayinələri üçün aliment ödənilməsinə ehtiyac var. Uşağın ananın himayəsində qalması, aliment tələbi ilə bağlı 11 may 2023-cü il tarixdə mediasiyaya müraciət olunub və mediasiya arayışı alınıb. İddiaçı bildirir ki, uşaq yetkinlik yaşına çatmayıb və onun daim qayğıya, sevgiyə ehtiyacı var. Uşağın bütün şəxsi ehtiyacları ilə daima ana maraqlanıb. Hazırda uşağın 11 yaşı var və iddiaçı uşağa birbaşa nəzarət edir. Buna görə də uşağın şəxsi mənafeyi, sağlamlığı üçün hazırda ananın yanında qalması məqsədəuyğundur. İddiaçı bildirir ki, uşağı azyaşlıdır, 11 yaşı var, onun qidalanması, həkim xərcləri və digər ehtiyaclarını iddiaçı qarşılaya bilmir. İddiaçının oğlu məktəbə gedir və onun ehtiyaclarının qarşılanmağı (məktəb ləvazimatlarının alınması, əlavə kurslara göndərməklə bağlı xərclər və s.) ilə bağlı alimentin ayrılmasına ehtiyac var. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 14 noyabr 2011-ci il təvəllüdlü X1 ananın yanında qalması, birgə nikahdan olan 14 noyabr 2011-ci il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün 400 manat alimentin mediasiya təklifi göndərilən tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 55 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 manat pulun, ümumilikdə 105 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Əvvəlki məhkəmə iclasında izahatı alınan xx.xx.2011-ci il təvəllüdlü X3 bildirmişdir ki, hazırda anasının yanında yaşayır və onunla yaşamaq istəyir. Öz fikridir, başqa təsir olmayıb. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. 6.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞB/18-2023-00607 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 16:00-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak edərək, 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 18162440 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov Ömər xx.xx.2011ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Həsənov Ömər, anası Həsənova Ülkərdir. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 07 mart 2017-ci il tarixdə verilən AZ-İ seriyalı, 262159 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Şahmuradova” soyadı verilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyanın xx.xx.2024-cü il tarixli, 5- 19/2-1586/2024 nömrəli rəyinə əsasən komissiya tərəfləri dinləyib, iş materiallarını araşdıraraq xx.xx.2024-cü il tarixdə keçirilmiş Komissiyanın iclasının qərarını, yetkinlik yaşına çatmayan X1 şəxsi fikrini nəzərə alaraq, Cavabdeh övladı ilə görüşüb ünsiyyətdə olmaq hüququnun qorunub saxlanılması şərtilə, xx.xx.2011-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün ünvan 1 ünvanına baxış keçirilmiş, İddiaçı yaşadığı evi kirayə götürdüyü, baxış keçirilən yaşayış yerinin 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzil olduğu, həmin mənzildə övladı X3 ilə birlikdə yaşaması, həmin mənzildə X1 yaşaması üçün əlverişli şəraitin olduğu müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 26 noyabr 2010-cu il tarixdə nikah bağlanmış, həmin nikahdan 14 noyabr 2011-ci il təvəllüdlü X3 anadan olmuş, sonradan tərəflərin nikahları Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında pozulmuş, birgə nikahdan olan Ömər atasının yanında saxlanılmışdır. Hazırda iddiaçı birgə nikahdan olan uşağın uzun illərdir ki, onun yanında yaşamasını əsas gətirərək, məhkəmə qaydasında uşağın onun himayəsində saxlanılmasını, uşağın saxlanılması üçün aliment tutulmasını və həmçinin, məhkəmə xərclərinin cavabehdən tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə ilk növbədə iddia tələbinin uşağın anasının yanında qalması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinin tələblərinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də saziş bu uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 16.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Rəspublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (bənd 7.1); valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz (bənd 7.2); uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (bənd 7.4); valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (bənd 7.5); məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur (bənd 7.6). 17.Məhkəmə hesab edir ki, birgə nikahdan olan uşağın ananın yanında saxlanılması hissəsində tələb əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 18.Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikahın pozulmasına dair mübahisəni həll edən məhkəmə birgə nikahdan olan uşağın boşanmadan sonra atasının, yəni hazırki iş üzrə cavabdehin himayəsinə verilməsinə dair müvafiq qətnamə qəbul etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uşaq artıq bir neçə ildir ki, anasının yanında yaşayır. Həmçinin, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 məhkəmə iclasında anasının yanında qalmaq istədiyini, bunun öz fikri olduğunu və kənar təsirin olmadığını bildirmişdir. 19.Məhkəmə həmçinin qeyd edir ki, birgə nikahdan olan Ömərin artıq 13 yaşı tamam olmuş, o, artıq xeyli müddətdir ki, iddiaçının yanında yaşayır, orada təhsilini davam etdirir. Belə olan vəziyyətdə uşağın iradəsinə zidd olaraq artıq vərdiş etdiyi şəraitdən ayrılaraq atasının himayəsində saxlanılması onun üstün mənafeyinə uyğun sayıla bilməz. Həmçinin, müvafiq komissiya rəyi əsasında da uşağın iddiaçının yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. 20.Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 21.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 22.Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 23.Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 25.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 26.Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 27.Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeydşərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 28.«Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 29.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. 30.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 31.Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdən (mediasiya ilə bağlı təklifin göndərildiyi vaxtdan) başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində (220:345≈0.64) sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 32.Məhkəmə alimentin tutulması vaxtının mediasiya ilə bağlı təklifin göndərildiyi vaxtdan hesablanması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə aliment tələbi və uşağın ananın himayəsində qalması ilə bağlı qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi üçün cavabdehə bununla bağlı təklif göndərmişdir. 33.“Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. 34.Göründüyü kimi cavabdehə artıq xx.xx.2023-cü il tarixdə iddiaçının alimentin ödənilməsi tələbi ilə bağlı niyyəti məlum olmuşdur. 35.Məhkəmə həm mülki prosessual qanunvericiliyin, həm də “Mediasiya haqqında” qanunun tələblərini nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prossedur olmuş və prossedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir. Bu fakt da onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan hallar, yəni aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır. 36.Daha sonra məhkəmə tələbin məhkəmə xərclərinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməklə təmin edilməlidir. 37.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 38.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilən məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 40.Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılmalı, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin iddiaçı tərəfindən ödənilən 55 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 105 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Həmin Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 45.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılsın. Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilən 55 (əlli beş) manat məbləğində mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 105 (bir yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-50/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-50/2025
13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver