Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5119/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 vurulan mənəvi zərərə görə 300.000 manatın, İddiaçı2 vurulan mənəvi zərərə görə isə 300.000 mnanatın, həmçinin vəkil xərci olan 1000 manat pulun cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 ataları polkovnik leytanant X8 2017-ci ilin mart ayına kimi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. 2017-ci ilin martında 90 günlük məzuniyyətə buraxılmışdır. Ailəsi ilə birlikdə Qəbələ rayonunda olan zaman 04 may 2017-ci il tarixində saat təxminən 23.00 radələrində polislər evə gəlmiş və Saleh Qafarovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirmiş və orada ona qarşı sürülmüş saxta ittihamı etiraf etməsi üçün ağır işgəncələr verilmişdir və vəfat etmişdir. O, “Tərtər işi” kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq altında olmuş və verilmiş işgəncə nəticəsində dünyasını dəyişmişdir. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmə əsasən əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 5 may 2017-ci il tarixdə dəstənin digər üzvləri tərəfindən fiziki və psixizor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, Qəbələ rayon sakiniehtiyatda olan polkovnik-leytenant Qafarov Saleh Şərif oğlu barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə Saleh Qafarovun əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün Saleh Qafarovdan düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş yenidən həmin proses eyni qaydada bir neçə dəfə davam etdirilmiş, habelə onun arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyularaq əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesieyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlanmış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Saleh Qafarov məcbur olub düşmənlə əməkdaşlıq etməsini bildirdikdən sonra ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla Saleh Qafarovun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fizikizor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib şöd“ qəfəsinin sol yarısının 11-ci qabırğasının qapalı yerdəyişməyən sınığı, bədənin çoxsaylı qançırları, əzilmiş-sıyrılmış və 1-2-ci dərəcəli termiki yanıq ğas) bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, sağ əlin arxa səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın aşağı 1/3-nin içəri və bayır səthləri, hər iki baldırın yuxarı və orta 1/3 in arxa səthləri və sol budun bayır səthi) yaraları,arxa keçəcək dəliyiətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2-ci və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə sağlamlığına az ağır zərər vurmaqla mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 9 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Saleh Qafarovun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsiadam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, apardıqları qanunsuz sorğu-sual prosesi ilə əlaqədar nəzarətlərinə verilməklə onlardan xidməti asılı olmuş Saleh Qafarova mütəşəkkil dəstə tərkibində mütəmadi olaraq ləyaqətini alçaltmaq, döymək və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab verərək onunla amansız rəftar etmələri, ona düşmənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinietiraf etmədiyi təqdirdə daha ağır işgəncələrə məruz qalacağına dair hədə qorxu gəlmələri Saleh Qafarovu özünü öldürmə həddinə çatdırmış, nəticədə Saleh Qafarov xx.xx.2017-ci il tarixdə günorta saatlarında saxlanıldığı otaqda qısa müddətə tək qalmasından istifadə edib, otağın pəncərəsindən özünü ikinci mərtəbədən yerə atmaqla insan həyatı üçün təhlükəli olduğundan, sağlamlığa ağır zərər vurmaya aid ğas“ bud sümüyünün burmalararası və burmalaraltı pərçimlənmiş, sağ sirkə kasasının damının qapalı yerdəyişmiş sınıqları, sağ ayaq pəncəsinin kəskin hematoması fonunda həmin ayağın alt səthində əzilmiş-sıyrılmış yara” xəsarətləri almış, lakin Saleh Qafarova dərhal zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təşkil etmək əvəzinə o, qərargah binasının ikinci mərtəbəsinə qaldırılaraq yenidən sorğu-sual edilmiş və yalnız həmin gün saat 22:55-də 056 saylı hərbi hospitala aparılıb oradan isə Silahlı Qüvvələrin Baş klinik hospitalına təxliyə edilməklə müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə saat 14:35-də almış olduğu sağ bud sümüyünün və sağ sirkə kasasının sınıqları nəticəsində inkişaf etmiş ağciyərlərin piy emboliyası nəticəsində hospitalda ölmüşdür. X8 18 iyul 2003-cü il tarixində X5 ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2004cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən Saleh Qafarov 13 may 2017-ci il tarixində ölüb. X6 Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən 04 may 2018-ci il tarixdə Saleh Qafarov barəsində cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Faktiki olaraq Saleh Qafarov 1 (bir) il ərzində CM-nin 274 və digər maddələri üzrə təqsirləndirilən qismində olub. İddiaçılar ailə başçısının, yəni atalarının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni atalarının ölməsi faktı ilə yanaşı, həmçinin ataları barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçıların şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Hökmdə də qeyd edilib ki, Saleh Qafarovun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, apardıqları qanunsuz sorğusual prosesi ilə əlaqədar nəzarətlərinə verilməklə onlardan xidməti asılı olmuş Saleh Qafarova mütəşəkkil dəstə tərkibində mütəmadi olaraq ləyaqətini alçaltmaq, döymək və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab verərək onunla amansız rəftar etmələri, ona düşmənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinietiraf etmədiyi təqdirdə daha ağır işgəncələrə məruz qoymuşlar. Cavabdehin etirazı: İddia ərizəsindən aydın olur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 atalarının- X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən işgəncə verilərək öldürülməsini əsas göstərərək ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 600.000 manat, maddi ziyanın əvəzi olaraq 1000 manat, ümumlikdə 610.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindan alınaraq onlara ödənilməsi verilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 hüquq-mühafizə orqanlarının işgəncəsi və qeyri-insani harəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşının ölümünü əsas gətirərək mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia taləbi rədd edilməlidir. İlk növbədə qeyd edilir ki, iddia predmentinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq va məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Həmçinin iddia ərizəsində mərhum X6 barəsində ibtidai istintaq orqanları tərəfindən cinayət işinin başlanması, ona ittiham edilməsi, habelə ibtidai araşdırma dövründə təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətlərini sübuta yetirə biləcək sənədlər qeyd olunmamış ve əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci va 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq ve azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedan məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq məliyyəlaşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 NQ-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Odur ki, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkiliddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİ-AZ seriyalı, 052001 saylı, xx.xx.2003-cü il tarixdə verilmiş nikah bağlanması haqında şəhadətnamədən görünür ki, X8 və X7 arasında nikah xx.xx.2003-cü il tarixdə Larağan kənd İcra nümayəndəliyində 18№-li akt qeydi ilə qeydə alınmaqla bağlanmışdır. AZ-İ seriyalı, 510253 saylı, xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü, X9 adlı övladları dünyaya gəlmişdir. AZ-İ seriyalı, 935714 saylı, xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 adlı övladları dünyaya gəlmişdir. AZ-İ seriyalı, 886188 saylı, Qəbələ rayon Qeydiyyat şöbəsində 44№-li akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Hərbi prokurorluğun xx.xx.2018-ci il tarixli ********* sylı cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında” qərarından görünür ki, 703№-li hərbi hissənin 2-ci taborunun sabiq komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş mərhum X6 dqşmənlə əməkdaşlıq etməsi öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CM-in 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən mərhum X6 barəsində Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2778/2024 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 50.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq iddiaçı X2 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1103/2025 saylı qətnaməsi ilə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2778/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, EM-2275VK-49956/25 saylı hüquqi yardım haqqında müqavilədən görünür ki, İddiaçı1 tərəfindən “Qanunçuluq” vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, EM-2275VK-49961/25 saylı hüquqi yardım haqqında müqavilədən görünür ki, İddiaçı2 tərəfindən “Qanunçuluq” vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.https://e-qanun.az/framework/897 Mülki Məcəllə: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X4 X3”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qüvvədədir. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 05 may 2017-ci il tarixdə dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, Qəbələ rayon sakini ehtiyatda olan polkovnik-leytenant X8 barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə Saleh Qafarovun əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün Saleh Qafarovdan düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş yenidən həmin proses eyni qaydada bir neçə dəfə davam etdirilmiş, habelə onun arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyularaq əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlanmış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Saleh Qafarov məcbur olub düşmənlə əməkdaşlıq etməsini bildirdikdən sonra ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla Saleh Qafarovun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib “döş qəfəsinin sol yarısının 11-ci qabırğasının qapalı yerdəyişməyən sınığı, bədənin çoxsaylı qançırları, əzilmiş-sıyrılmış və 1- 2-ci dərəcəli termiki yanıq (sağ bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, sağ əlin arxa səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın aşağı 1/3-nin içəri və bayır səthləri, hər iki baldırın yuxarı və orta 1/3nin arxa səthləri və sol budun bayır səthi) yaraları, arxa keçəcək dəliyi ətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2-ci və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır xəsarət yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə sağlamlığına az ağır zərər vurmaqla mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 9 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Saleh Qafarovun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, apardıqları qanunsuz sorğu-sual prosesi ilə əlaqədar nəzarətlərinə verilməklə onlardan xidməti asılı olmuş Saleh Qafarova mütəşəkkil dəstə tərkibində mütəmadi olaraq ləyaqətini alçaltmaq, döymək və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab verərək onunla amansız rəftar etmələri, ona düşmənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf etmədiyi təqdirdə daha ağır işgəncələrə məruz qalacağına dair hədə qorxu gəlmələri Saleh Qafarovu özünü öldürmə həddinə çatdırmış, nəticədə Saleh Qafarov xx.xx.2017-ci il tarixdə günorta saatlarında saxlanıldığı otaqda qısa müddətə tək qalmasından istifadə edib, otağın pəncərəsindən özünü ikinci mərtəbədən yerə atmaqla insan həyatı üçün təhlükəli olduğundan, sağlamlığa ağır zərər vurmaya aid “sağ bud sümüyünün burmalararası və burmalaraltı pərçimlənmiş, sağ sirkə kasasının damının qapalı yerdəyişmiş sınıqları, sağ ayaq pəncəsinin kəskin hematoması fonunda həmin ayağın alt səthində əzilmiş-sıyrılmış yara” xəsarətləri almış, lakin Saleh Qafarova dərhal zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təşkil etmək əvəzinə o, qərargah binasının ikinci mərtəbəsinə qaldırılaraq yenidən sorğu-sual edilmiş və yalnız həmin gün saat 22:55-də 056 saylı hərbi hospitala aparılıb oradan isə Silahlı Qüvvələrin Baş klinik hospitalına təxliyə edilməklə müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə saat 14:35-də almış olduğu sağ bud sümüyünün və sağ sirkə kasasının sınıqları nəticəsində inkişaf etmiş ağ ciyərlərin piy emboliyası nəticəsində hospitalda ölmüşdür. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçıların atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalması faktı heç şübhəsiz ki, iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur və onların hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə, iddiaçıların mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddiaçıların hər birinə münasibətdə iddia edilən 300.000 manat manat məbləği ağlabatan hesab etmir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2778/2024 saylı qətnaməsindən görünür ki, X1 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən X1 xeyrinə 50.000 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin məzmunundan görünür ki, məhkəmə X1 iddiası üzrə yekun nəticəyə gələrkən onun ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsinə, bu səbəbdən mənəvi sarsıntı və iztirab keçirməsinə istinad etmişdir. Göründüyü kimi iddiaçı X1 iddiası üzrə işə baxan məhkəmələr 50.000 manat mənəvi ziyan məbləğini təmin edərkən, iddiaçının hazırki iş üzrə iddiaçılar olan övladlarının, yəni mərhumun övladlarının da mənafelərini nəzərə almışlar. Odur ki, hazırki iş üzrə məhkəmə qeyd edir ki, mərhumun övladları olan iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş mənəvi ziyan həcmi müəyyən edilərkən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2778/2024 saylı qətnaməsi ilə təmin edilmiş kompensasiya məbləğinin həcmi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların məruz qaldığı mənəvi ziyana görə kompensasiya ödənilməli olmasına dair və həmin kompensasiyanın məbləğinə dair məhkəmənin gəldiyi hazırki nəticə işin hallarına, iddiaçıların məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə cavabdehin etirazının vurulmuş mənəvi ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasının əsassızlığı ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6- cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normaların pozulmasına səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı1 10.000 manat və İddiaçı2 10.000 manat məbləğində pul ödənilməli, iddia ərizəsi qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçıların hər biri tərəfindən ödənilmiş 500 manat, ümumilikdə 1000 manatın cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli və ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı1 10.000 (on min) manat və İddiaçı2 10.000 (on min) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı1 tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı1 ödənilsin. İddiaçı2 tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5119/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5119/2025
05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver