Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5212/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin hallar: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500.000 manat məbləğində mənəvi ziyanın və vəkil xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X16 xx.xx.1990-ci il tarixdə Şəki rayonun, Orta Zəyzid kəndində anadan olmuşdur. xx.xx.2008-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanmaqla Ədliyyə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, 2010-cu ilin aprel ayında tərxis olunmuş, 2010-cu ildə müddətdən artıq həqiqi hərbi xidmətə yolanmaq üçün müraciət etmiş və 6 aylıq kurs keçəndən sonra 2011-ci ilin avqust ayında İ X27 rayonunun Xındırıstan kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin, həmin rayonun Üçoğlan kəndi ərazisində yerləşən 4-cü taborunun 10-cu bölüyü, 3-cü tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Gizir rütbəsində xidmətə başlamış, 5-6 ay sonra həmin hərbi hissənin Ağdam rayonu Qaradağlı kəndi ərazisində yerləşən 1-ci taboru, 2-ci bölük, 1-ci tağım komandirinin müavini vəzifəsinə, 2016-cı ildə isə N nömrəli hərbi hissənin Ağdam rayonunun Zəngişalı kəndində yerləşən 2-ci taborunun 6-cı bölüyünün baş çavuşu vəzifəsinə təyin olunmuş və həmin müddətdən xidmətini davam etdirmişdir. Qeyd olunur ki, 07 may 2017-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmiş, Bəyanatda göstərilmişdir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı geniş miqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi quluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və digər faktları üzrə 03 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlamışdır. Bütün bu hadisələr şərti olaraq “Tərtər işi” adını almışdır. İddiaçı da sözügedən iş çərçivəsində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən çoxsaylı digər hərbi quluqçularla birlikdə qanunsuz olaraq saxlanılmış, fiziki və psixi zorakılığa məruz qalmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti “Tərtər işi” ilə əlaqədar 18 dekabr 2021-ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Məlumatda bildirilmişdir ki, “zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin başvermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 16 dekabr 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib”. İddiaçı da yenilənmiş icraat çərçivəsində prosesə cəlb edilmiş, izahatı alınmış, zərərçəkmiş şəxs qismində tanınmışdır. Baş vermiş hadisə ilə bağlı qeyd olunur ki, iddiaçı, “zərərçəkmiş şəxs” qismində tanınmış və məhkəmələrdə bildirmişdir ki, N nömrəli hərbi hissənin komandiri əvvəllər adını xatırlamadığı şəxs olmuş, 2017-ci ilin aprel ayının sonlarında həmin vəzifəyə Elşən Sanayev təyin olunmuş, 2-ci taborun komandiri İİ Qarabağ müharibəsində şəhid olan Vətən X1muş, 6-cı bölüyün komandiri isə Sultan Zeydulayev olmuşdur. 2-ci tabor əvvə lər Ağdam rayonunun Mahrızlı kəndində, sonradan Sarıcalı kəndində yerləşmiş, 6-cı bölük isə Ağdam rayonunun Çəmənli kəndində yerləşməklə bölüyün şəxsi heyəti 16, 17 və 18-ci döyüş mövqelərində xidmət aparmış, 6-cı bölükdə cəmi 3 tağım olmuş, həmin tağımlardan birinin komandiri baş leytenant Kamran Almədədov, birinin komandiri leytenant Vüqar Muradxanlı, digərinin komandiri isə leytenant Atabəy Rəhimov olmuşdur. Onların hər biri ilə münasibəti normal olmuş və heç birinin düşmən hərbiçiləri və yaxud xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələrinin olması barədə məlumatı və yaxud da, şübhəsi olmamışdır. O, həmin tağım komandirlərinin heç birinin deyil, birbaşa bölük komandiri Sultan Zeydulayevin tabeliyində olmuşdur. Mövcud qaydaya görə Atabəy Rəhimovun tağımı ehtiyatda olmuş, 16, 17, 18-ci postlarda isə bir həftə Vüqar Muradxanlının tağımı növbəti həftə isə Kamran Almədədovun rəhbərlik etdiyi tağım xidmət etmişdir. Zərurət olanda və yaxud gücləndirmə ilə bağlı Atabəy Rəhimovun tağımının hərbi quluqçularından biri döyüş mövqeyinə qalxmışdır. 2017-ci ilin may ayının əvvəllərində hansısa hərbi quluqçuların düşmən hərbi quluqçuları ilə əlaqələrinin aşkar olunması və bununla bağlı araşdırma aparılması barədə söhbətlər yayılmış, ancaq, həmin araşdırmanın harada, kim tərəfindən aparılması, konkret olaraq kimlərin düşmənlə əlaqəsinin aşkar olunması barədə məlumatı olmamışdır. Eləcə də, xidmət etdiyi N nömrəli hərbi hissənin hansısa hərbi quluqçusunun düşmənlə əlaqəsinin aşkar olunması barədə eşitməmiş, bölüyün baş çavuşu kimi onun əsas vəzifəsi döyüş mövqelərində xidmət aparan şəxsi heyətin təminatı ilə məşğul olmaqdan ibarət olmuş, 2017-ci ilin may ayının 3 və ya 4-də atışın gilizlərini N nömrəli hərbi hissəyə təhvil verib qayıdaraq bu barədə bölük komandiri Sultan Zeydulayevə məruzə etmək istəsə də, sonuncu bölükdə olmadığından bu barədə tağım komandiri Kamran Almədədova məruzə etmiş, bölük komandirinin harada olduğunu soruşanda isə Kamran Almədədov onun Korpus komandirinin çağırdığını demişdir. Elə həmin gün 2-ci taborun Rauf Orucov adlı, kapitan rütbəli qərargah rəisi bölüyə gəlmiş Kamranla və onunla normal qaydada ümumi söhbətlər etmiş, daha sonra, günorta saatlarında isə 2-ci taborun komandiri, mərhum Əfqan Əbdürəhmanov UAZ markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil ora gəlmişdir. Onunla birlikdə avtomobildə hərbi hissənin sifətində maskalar olan tanımadığı N nəfər kəşfiyyatçısı da gəlmiş, X32 X5 məruzə etmişlər. Bundan sonra kəşfiyyatçılar maşından düşmüşlər. Həmin vaxt Əfqan Əbdürəhmanov başı ilə Rauf Orucovu işarə edib göstərmiş və kəşfiyyatçılar Raufu tutub yerə yıxmışlar, əllərini hansısa iplə arxadan bağlamaqla başına torba və ya kisə keçirmişlər, UAZ-ın arxa oturacağına qoyub harasa aparmışlar. Həmin vaxt Əfqan onunla qalmış, Əfqan Əbdürəhmanov orada ona və Kamrana demişdir ki, X20 Orucov erməni silahlı qüvvələri ilə əməkdaşlıq edirmişlər, yəni düşmənə işləyirmişlər. Həmin gün hərbi hissənin idarə heyətindən xatırlamadığı şəxslər bölüyə yoxlamaya gəlmişlər. Onlar döyüş mövqelərini yoxlamağa getmişlər. Daha sonra 6-cı bölüyün şəxsi heyəti Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 4-cü taborun ərazisinə aparılmış, onların döyüş mövqelərinə isə hərbi hissənin kəşfiyyatçıları yerləşdirilmiş, sonradan bilmişdir ki, tağım komandiri Atabəy Rəhimovu xidmətdə olduğu döyüş mövqeyindən kimlərsə götürüb aparmışlar, xx.xx.2017-ci il tarixədək orada qalmış, həmin müddətdə orada onu və digərlərini heç kim söyməmiş, vurmamışdır. Orada qaldığı müddətdə hərbi hissə komandiri Elşən Sanayev, korpus komandiri Hikmət Həsənov və korpusun qərargah rəisi Mübariz Rzayev bir neçə dəfə yanlarına gəlib getmişlər. Onlar gələndə onunla söhbət edib düşmən hərbi qulluqçuları ilə kiminsə əlaqəsi olubsa könüllü etiraf etməyi təklif edib həmin şəxsə mümkün köməkliyin göstəriləcəyini deyirmişlər. Mübariz Rzayev bir dəfə gələndə tağım komandiri Atabəy Rəhimovun düşmənlə əməkdaşlıq etməsi sübut olunmuş və bunu təsdiq edən video olmuşdur. Deməsinə görə həmin videogörüntülərdə düşmən hərbiçisinin Azərbaycan bayrağı üzərində hansısa hərbiçini zorladığı, Atabəy Rəhimovun isə orada olmaqla və mobil telefonu ilə oynamaqla həmin hadisəyə biganəlik göstərdiyi əks olunmuşdur. Hətta, onun deməsinə görə qeyd olunan videogörüntülərdə baş verənlər Milli Qəhrəman Mübariz İbrahimovun şəklinin üzərində cərəyan etmiş, xx.xx.2017-ci il tarixdə səhər saatlarında tabor komandiri Əfqan Əbdürəhmanov onun N nömrəli hərbi hissəyə çağırıldığını demiş, həmin vaxt artıq düşmənlə əlaqəsi olması şübhə doğuranların həmin hərbi hissədə sorğulandıqlarını bilmiş, hətta sorğulananlara işgəncə verildiyini də eşitmiş, ancaq, konkret hansı üsullarla, kimlər tərəfindən, nə dərəcədə işgəncə verildiyini bilməmişdir. xx.xx.2017-ci il tarixdə UAZ markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı tibb maşınında hərbi hissənin kəşfiyyat bölüyünün xatırlamadığı N nəfər əməkdaşı ilə N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin köhnə yataqxanasına yollanmış, həmin yerin qarşısına çatanda çöldə dayanmış və hərbi formalı, sifətlərində maska olan 2 nəfər çölə çıxmaqla onları qarşılamışlar. Həyətə girəndə sol tərəfə gedənlər izahat verməyə, sağ tərəfə gedənlər isə işgəncə olunmağa aparılmışlar. Həmin 2 nəfər onu maşından düşürüb hərbi hissənin ərazisinə, sol tərəfə aparmışlar. Həmin vaxt bilmişdir ki, onu döyülməyə yox, izahat almağa aparmışlar. Sonra oradakı besetkada korpus komandiri Hikmət Həsənovun, korpusun hüquqşünası Fuad Ağayevin və digər tanımadığı hərbiçilərin əyləşib çay içdiklərini görmüş, Hikmət Həsənov və digər tanımadıqları hərbi geyimdə olmuşlar. Fuad Ağayev isə mülki geyimdə qısa şortikdə olmuş, o, dövlət qeydiyyat nişanını bilmədiyi “mersedes 4 göz” markalı, gümüşü rəngli şəxsi avtomobili də onların yaxınlığında olmuşdur. O, belə başa düşmüşdür ki, işgəncəyə aparılanları X28 Ağayevin yanına aparmışlar, sonra işgəncəyə aparılmışlar. İzahat üçün gətirilən hərbi qulluqçuları isə onların yanına deyil, birbaşa izahat verməyə aparılmışlar. Yəni, orada gedən bütün proseslərə, hərbi qulluqçulara işgəncə verilməsinə bilavasitə korpus komandiri Hikmət Həsənov şəxsən, korpusun hüquqşünası Fuad Ağayevin vasitəsi ilə rəhbərlik etmiş və bütün işgəncə proseslərini idarə edib nəzarət etmişdir. Əraziyə daxil olanda sağ və sol tərəflərdə binalar-kazarmalar yerləşmiş, Hikmət Həsənov və digərlərinin əyləşdikləri besetka əraziyə girəndə sağ tərəfdə olmaqla, onlardan arxada işgəncə verilən kazarmalar yerləşmişdir. Sol tərəfdəki bina isə N nömrəli hərbi hissənin köhnə qərargah binası olmuş və izahat orada alınmışdır. O, həmin əraziyə daxil olanda sağ tərəfdəki kazarmalar istiqamətdən qışqırtı, nalə səsləri eşidilmiş və orada kimlərisə möhkəm döyüb işgəncə vermişlər. Ətrafda isə tanımadığı çoxlu, sifətində maska olan hərbi qulluqçular olmuşdur. Həmin hərbi qulluqçular kəşfiyyatçılar olmuş, ancaq, hansı hərbi hissənin kəşfiyyatçıları olduqlarını bilməmiş, eləcə də həyətdə kiminsə döyülməsinin şahidi olmamış, hansısa işgəncəyə məruz qalan şəxsi görməmişdir. Beləliklə, onu sol tərəfdəki binaya aparmışlar və orada müstəntiq olduğunu və adının Vətən olduğunu dediyi şəxs ondan izahat almış, Sultan Zeydullayevin düşmənlə əlaqəsinin olması barədə məlumatının olub-olmamasını soruşmuş, bu barədə heç bir məlumatının olmadığını demiş, ümumi formada harada, nə vaxtdan xidmət etdiyi və s barədə izahatını almışdır. Bundan sonra oradan çıxıb xidmət etdiyi, N nömrəli hərbi hissənin 4-cü taboruna yollanmış, həmin gün onu heç kim vurmamış və söyməmişdir. O, həmin gün izahat verərkən izahat alınan binada dəhlizlə gedəndə oradakı otaqlardan birində sonradan Elmar Allahverdiyev adlı kəşfiyyatçı olduğunu bildiyi şəxsdən tanımadığı şəxs izahat almış və Elmarın trusikdə olmaqla bədəninin qan içində olduğunu görmüş, ondan izahat alan şəxsin “bu düzgün izahat vermir, boynuna almır, göndərin yenidən işgəncəyə” dediyini eşitmişdir. Onun xidmət etdiyi 6-cı bölükdə tağım komandiri olan leytenant Vüqar Muradxanlı və 6-cı bölükdə tağım komandirinin müavini olan gizir Anar Hüseynovun paltarları cırılmış vəziyyətdə üzləri divara, əllərini divara söykəməklə ayaq üstə dayandıqlarını görmüş, onlara möhkəm işgəncə verildiyi görünüşlərindən aydın olmuşdur. Yanlarından keçəndə Anar Hüseynovdan nə baş verdiyini sakitcə soruşanda “işgəncədən çıxmışam” demiş, həmin vaxt Anar qurşaqdan yuxarı lüt olmuş, Vüqarın isə hərbi geyimi cırıq-cırıq olmuşdur. xx.xx.2017-ci il tarixdə axşam saatlarında 4-cü tabora çatmış, Əfqan Əbdürəhmanova məruzə eləmiş və bölüyünə getmişdir. xx.xx.2017-ci il tarixdə saat 09 radələrində isə tabor komandiri Əfqan Əbdürəhmanov ona demişdir ki, N nömrəli hərbi hissəyə çağırılmış, başqa hərbi hissəyə təyin olunmaqla, yəni xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. Sonra 4-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müaviniad-familiyasını xatırlamadığı şəxslə, onun şəxsi maşını ilə N nömrəli hərbi hissənin Ağdam rayonunun Xındırıstan kəndindəki qərargahına getmiş, orada hərbi hissənin 1-ci taborun 1-ci bölüyünün komandiri olduğunu güman elədiyi baş leytenant İlqar Kərimovla rastlaşanda o, özünün də N nömrəli hərbi hissəyə gedəcəyini demişdir. Xatırlamadığı hərbi hissə növbətçisi kənarda gözləməyini tapşırmış, bir müddət sonra içində iki nəfər tanımadığı, maskalı kəşfiyyatçıların olduğu tibb maşını gəlmiş, onların maşına minməyini tapşırdıqda minmişlər. 2017-ci il may ayının 14-də saat 12 radələrində N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsindəki hərbi hissəsinin köhnə qərargahına gəlmişlər. Maşın çöldə dayanmış iki nəfər maskalı kəşfiyyatçı gəlib İlqar Kərimovla onu içəri aparmışlar. Həyətə girəndə onları sağ tərəfə apardıqlarına görə bilmiş, işgəncə verməyə aparırmışlar. Həmin vaxt Hikmət Həsənov orada olmamış, Fuad Ağayev besetkada tək oturub çay içmişdir. Bu dəfə o, hərbi geyimdə olmuş, onları Fuad Ağayevin yanına aparmışlar, orada özünü təqdim etmişlər. O, Sultan Zeydullayevin rəhbərlik etdiyi bölüyün hərbi qulluqçusu olduğunu deyəndə Fuad Ağayev onun ünvanına nalayiq söyüşlər söymüş, qarşısındakı “Notebook” kompüterə baxıb, adını yazmış və bundan sonra korpusun təhqiqatçıları olduqlarını güman elədiyi, tanımadığı, fiziki əlamətlərini xatırlamadığı, rütbəsiz şəxsi çağırıb İlqar Kərimovla onun niyə çağırıldığını xəbər almışdır. Həmin şəxs İlqar Kərimovun xidmət etdiyi 1-ci taborun komandiri Cavid Ağayevə görə çağırıldığını demiş, onun adında isə heç nə olmadığını bildirmişdir. Fuad Ağayev onun özündən əvvəllər orada olub-olmadığını soruşanda demişdir ki, əvvəlki gün, yəni ayın 13də gəlib izahat verib getmişdir. Belə olduqda Fuad Ağayev təhqiqatçıya demişdir ki, “bunun adının qabağına yazın ki, buranı gördüyünə görə, məxfiliyin qorunması məqsədi ilə burada qalsın”. Ona da demişdir ki, “buranı görmüsənsə burada qalmalısan”. Bundan sonra iki nəfər maskalı, tanımadığı kəşfiyyatçı gəlib İlqar Kərimovla onu oradakı kazarmanın qarşısına aparmışlar. Həmin vaxt oradakı kazarmadan işgəncə, nalə səsləri eşidilmiş, kazarmanın qarşısında üstlərində nələri varsa çıxarıb təqdim etməyi tələb eləmişlər. Sənədlərini, 28 manat pulunu, sadə “NOKİA” markalı mobil telefonunu təqdim eləmiş, sellofana qoyub götürmüşlər. İlqar Kərimovun konkret hansı əşya və ya pul təqdim etdiyinə fikir verməmiş, bundan sonra hər ikisinin əllərini arxadan yapışkan lentlə skoçla bağlamışlar. Gözlərini isə baş geyimini aşağı endirib üzərindən skoçlamaqla bağlamışlar və kazarmanın içinə salmışlar. Dərhal da orada yumruq təpiklə bədənin müxtəlif nahiyələrindən vurmaqla döymüşlər. İlqar Kərimov ilə hər ikisini bu qaydada 5-6 dəqiqə döyəndən sonra onu həmin kazarmada dəhlizlə aparıb gözünün bağını azca yuxarı qaldırmışlar. Ətrafda çoxsaylı, bəziləri lüt, bəzilərinin paltarı cırılmış vəziyyətdə olan, döyüldüklərinə görə zarıyan şəxsləri görmüş, onu gətirən tanımadığı kəşfiyyatçı “ya hər şeyi boynuna alassan, ya da bu vəziyyətə düşəssən” sözlərini demiş, bu zaman o, heç nə eləmədiyini, heç bir günahının olmadığını bildirmişdir. Yenidən gözünü bağlamış və onu təpikləyərək aparıb kənarda döşəmədə otuzdurmuşdur. Gözü açılanda həmin kazarmanın içərisi yarıqaranlıq olmuş, döşəməyə isə matraslar salınmış, işgəncədən çıxanlar matrosların üstündə uzanıb zarımışlar. Döşəmə beton olmuş, orada kimlərsə döyülənlərin arasında gəzmiş və əlindəki plastik və ya dəmir materialdan olduğunu güman etdiyi dəyənəklə heç nə demədən hamını vurmuşlar. Təxminən 20 dəqiqə sonra onlardan bir nəfərinin onu nəzərdə tutub kimliyini soruşanda digərinin təzə gəldiyini dediyini eşitmiş və həmin vaxt sağ dizinə bir dəfə möhkəm zərbə dəymiş, zərbədən kəskin ağrı hiss etmişdir. Bundan sonra, həmin gün onu heç kim vurmamış, oradaca əli-gözü bağlı vəziyyətdə qalmışdır. Baş gizir Azər Qənbərovun, maxelər Vüsal Cahangirovun, Fuad Qasımovun, gizirlər Anar Hüseynovun, Nəzir Bilalovun və digər xatırlamadıqlarının da orada saxlanıldıqlarını bilmişdir. Onlar özləri onu tanıyıb yaxınlaşıb maraqlanmışlar, onu ora gətirib qoyanlar orada saxlanılanların düşmənlə əlaqələrinin sübut olunduğunu və bunu özlərinin də boyunlarına aldıqlarını dediklərinə görə əvvəlcə onları söyüb yanından qovmuşdur. xx.xx.2017-ci il günortayadək orada əli-gözü bağlı qalmış, ayın 15-də onu müstəntiqin çağırdığını demişlər və əli-gözü bağlı vəziyyətdə tanımadığı, həqiqətən də müstəntiq olub-olmadığını bilmədiyi şəxsin yanına aparmışlar, stulda oturtmuşlar. Həmin vaxt orada boynuna almasa, ailə üzvlərini bura gətirəcəklərini bildirmişlər, konkret olaraq ondan heç nə soruşulmamış, yalnız “boynuna almağı, ad verməyini” tələb etmişlər. Ondan bunları soruşanın kim və ya kimlər olmasını bilməmiş və görməmişdir. Onu otaqda tək qoyub harasa çıxmışlar, 5 dəqiqə sonra qayıtmışlar. Bölük komandiri Sultan Zeydullayevin və tağım komandiri Vüqar Muradxanlının guya izahatını ona oxumuşlar ki, guya onlar onu da erməniyə satmış, ermənilərə zorlatmışlar və bunu izahatlarında göstərmişlər. O isə bunun yalan olduğunu, belə şeylərin olmadığını demiş, bundan sonra yenə çölə çıxmışlar. Az sonra hansısa, görə bilmədiyi, tanımadığı, həkim olması deyilən şəxs orada əli ilə onun arxa keçəcək dəliyini, qeyri-təbii yolla cinsi əlaqədə olub-olmadığını müəyyən etmək məqsədi ilə yoxlamış və “bunda problem yoxdu” deyib çölə çıxmışdır. Bundan sonra içəri girənlərdən biri onun barəsində “bu çox şey bilir, sadəcə danışmır, iki nəfər maskalı gəlsin bura” sözlərini demişdir. Bundan sonra içəridə iki nəfərlə qalmış və əlini-gözünü açmışlar. Görmüşdür ki, otaqda iki nəfər hərbi formalı, rütbələri görünməyən, maskalı şəxslər olmuşdur. xx.xx.2017-ci il tarixdə, saat 12-radələrində ora gələndən ona su, yemək verilməmiş, ayaqyoluna getməmiş, əlini gözünü açanlar ermənilərə işlədiyini boynuna alıbalmayacağını soruşanda yalandan alacağını demişdir. Bundan sonra əlini və gözünü, həmçinin ayaqlarını skoçla bağlamışlar və başqa otağa aparmışlar. Orada iki-üç nəfər onu əlləri ayaqları ilə, rezinlə, plastik boru ilə bədəninin müxtəlif nahiyələrindən vurub, qısa fasilələr verməklə 3 saatadək döymüşlər. Bundan sonra onlardan biri “suyu gətirin, toku gətirin bura” demiş, onun bədənini və döşəməni su ilə islatmışlar. O, isə döyülməyinin təsirindən yerdə zarımışdır. Sonra onun hər iki ayağının və əllərinin barmaqlarına naqil bağlamışlar. Qığıltı səsindən bilmişdir ki, “MON 50” adlanan, məsafədən mina partlatmaq üçün olan qurğu ilə bədəninə elektrik cərəyanı vermişlər. Həmin qurğunun qığıltı səsindən sonra onu elektrik cərəyanı vurmuş, 3 dəfə bu qaydada bədəninə elektrik cərəyanı verilmiş, bundan sonra əli, ayağı və gözü bağlı vəziyyətdə arxası üstə sifətinə parça hissəsi qoyub üstündən su tökməklə suda boğmuşlar. Həmin vaxt ayaqlarını sifətinin sağsol tərəflərinə dirəyib başını yana çevirməyə imkan verməmiş, digəri isə ayağı ilə qarnından basmışdır. Bu qaydada 15-20 dəqiqə onu suda boğduqdan sonra kimsə gəlib onun gəlmə səbəbini işgəncə verənlərdən soruşmuşdur. Onlar isə ayın 13-də orada olub, baş verənləri gördüyünə görə saxlanıldığını demişlər. Bundan sonra orada onu heç kim vurmamış, söyməmiş, ancaq, əli, gözü də açılmamışdır. Beləliklə xx.xx.2017-ci il tarixdə saat 12 radələrindən axşamadək, xx.xx.2017-ci il tarixdə günorta saatlarından axşam saat 21 radələrinədək döyülmüş və ona ağır işgəncələr verilmiş, ona işgəncə verənlərin isə sifətlərində maska olduğuna görə, həmçinin özünün gözü bağlandığına görə heç birini tanımamışdır. 2017-ci il mayın 15-də saat 21 radələrində işgəncədən sonra saxlanıldığı yerə qaytarılmış və 15-20 gün orada əli, qolu, gözü bağlı vəziyyətdə orada saxlanılmışdır. Həmin müddətdə döyülməmiş, söyülməmiş, ancaq, əli və gözü bağlı olmaqla üstlərində silahlı şəxslər dayanmışdır. Ayaqyoluna və yeməkxanaya da onları silahlı şəxslər aparmışlar. Yeməyə isə köhnə, “otxod” yeməklər verilmişdir. 15-20 gün sonra, 2017-ci il mayın sonu, iyunun əvvəllərində tanımadığı digər işgəncəyə məruz qalanlarla birlikdə dustaq maşınında Bakı şəhərinə hauptvaxta gətirilmiş, Turqut adlı, leytenant rütbəli, tağım komandiri olmasını dediyi, konkret olaraq harada xidmət etdiyini, familiyasını bilmədiyi şəxslə bir kameraya salınmışdır. Həmin şəxsin deməsinə görə onu səhvən gətirmişlər və döyülməmişdir. Haupvaxta gətirildiyi gün dustaq maşınından düşürüləndə haupvaxtın həyətində ad-familiyasını bilmədiyi hauptvaxt rəisi “erməniyə işləyirsiniz?” deyə soruşanda o, “biz erməniyə zada işləmirik” demiş və həmin şəxs “sən borzusan” deyib dubinka (rezin dəyənək) ilə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vurmaqla 10-15 dəqiqə müddətində onu döymüşdür. Sonra onları binaya aparmışlar, rəisin otağı olduğunu bildiyi otağın qabağında, dəhlizdə saxlamışlar və gözünü açanda onu döyən şəxsi görmüş, onun əlində qara rəngli dubinka olmuş, sifəti çopurlu adam olmuşdur. Onu döyən şəxs həmin adam olmuş, səsini də tanımışdır. Həmin şəxsin göstərişi ilə üstləri yoxlanılmış və yenidən əlləri-gözləri bağlanılmışdır. Gözü açılanda da onunla gətirilənlərin heç birini tanımamışdır. Məhz bundan sonra onları kameralara salmışlar və o, Turqut adlı şəxsin saxlanıldığı kameraya salınmış, kamerada onlardan saat 06-da “qalx” komandasından saat 23-də “yat” komandasınadək ayaq üstə dayanmağı tələb olunmuşdur. Nəzarətçilər kiminsə ayaq üstə dayanmadığını gördükdə dubinka ilə vurub döyürmüşlər. Həmin nəzarətçiləri tanımamış, fiziki əlamətlərini xatırlamamış, hətta, bir dəfə onunla eyni kamerada saxlanılan Turqut adlı şəxsi həmin səbəbdən döymüşlər. Sonra 10 gün müddətində həmin hauptvaxtda saxlanılmış, 10 gün sonra tanımadığı şəxs gəlib izahatını almışdır. Belə ki, həmin şəxs izahatını alanda bilmişdir ki, 2-ci taborun qərargah rəisi Rauf Orucov izahat vermişdir ki, guya nə vaxtsa o onların bölüyünə gələndə bölükdə birlikdə kabab yemişlər və bundan sonra 6-cı bölüyün komandiri Sultan Zeydullayev onu aparıb ermənilərə zorlatmışdır. O, doğrudan da nə vaxtsa Raufun bölüyünə gəldiyini və birlikdə kabab yediyini, yeyəndən sonra Sultan Zeydullayevlə ikisinin Sultanın iş otağına gedib qayıtdıqlarını, hətta həmin müddətdə qəlyan yandırıldığını və həmin qəlyandan ilk olaraq Raufun çəkib tabora getdiyini demişdir. Yəni, qəlyan qalananadək Sultanın Raufu aparıb haradasa ermənilərə zorlatdığının mümkün olmadığını demiş, onlar Sultanın iş otağına gedib qısa müddət sonra qayıtmışlar. O, isə onlar qayıdanda Raufun əhvalında hansısa dəyişiklik, həyəcan hiss eləməmişdir. Ona görə də bütün bunların yalan olduğunu, bölüyündə kiminsə düşmənlə əlaqəsinin olması barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra izahatını alan şəxs Sultan Zeydullayevin də Rauf Orucovla oxşar məzmunlu izahat verdiyini demiş, ancaq, o, yenə də özünün obyektiv izahatını təsdiq etmişdir. Sonra onu yenidən hərbi təyinatlı avtobusla N nömrəli hərbi hissəyə qaytarmışlar. Artıq əli, gözü açılmış və xidmət yerinə qayıdacağı deyilmişdir. Avtobusda da üstündə artıq heç kim dayanmamışdır. Əvvəlcədən deyilmişdir ki, hər biri özünün xidmət etdiyi hərbi hissəyə gedəcəkdir, lakin yolda avtobusun tanımadığı sürücüsünə kimsə zəng edib onlar niyə görəsə N nömrəli hərbi hissəyə aparılmağını tapşırmışdır. Onu N nömrəli hərbi hissəyə qaytaranda digər N nəfər işgəncəyə məruz qalan şəxslə birlikdə qaytarmışlar. Həmin şəxslərdən Boris adlı şəxsi xatırlamamış, onun harada xidmət etdiyini bilməmiş, rütbəsi güman ki, mayor olmuşdur. Bildiyinə görə əməliyyat taborunun qərargah rəisi olmuş, deməsinə görə ona da məhkəmədə işgəncə vermişlər. N nömrəli hərbi hissədə İ ordu Korpusunun komandiri Hikmət Həsənovun, həmin korpusun qərargah rəisi Mübariz Rzayevin, hüquqşünas Fuad Ağayevin onları gözlədiklərini görmüş, dördü də N nömrəli hərbi hissənin həyətindəki besetkada çay içən Hikmət, Fuad və Mübarizin qarşısında düzülmüşdür. Artıq, ətrafdan işgəncə, nalə səsləri eşidilməmiş, özlərini təqdim eləmişlər. X29 görəndə demişdir ki, “elə bilmə ki, sən canını qurtarmısan, sən erməniyə işləyirsən, mən səni içəri basdıracam” sözlərini demiş, Boris isə “mən dövlət təhlükəsizliyindən bu yana gəzmişəm, heç bir təqsirim yoxdur, elə bir iş görməmişəm” sözlərini bildirmişdir. X23 sözlərindən əsəbiləşmiş və “bunların 4-nü də aparın salın qəfəsə, heç kimə yaxın qoymayın” demişdir. Bundan sonra dördünün də əlini və gözünü tanımadığı hərbi qulluqçular bağlamışlar və onları oradakı kazarmalardan birində olan, əvvəllər silah otağı olmuş, ”qəfəs” adlanan dəmir barmaqlıqlı yerə salmışlar. Təxminən 10 gün orada tanımadığı silahlı şəxslərin nəzarəti altında qalmışlar. Əli və gözü də bağlı olmuş, ancaq, artıq üstlərində duranlar gözlərini açmağa imkan vermiş, yuxarı vəzifəli şəxslərdən gələn olanda bağlamağını tapşırmışlar. Belə ki, bəzən Fuad Ağayev, bəzən də N nömrəli hərbi hissənin Rüstəm Güləmirov adlı hüquqşünası gəlib onlara nəzarət edib gedirmişlər. Orada saxlanıldığı müddətdə onu və yanımdakıları heç kim vurmamış, söyməmişdir. Sonra birdən-birə hamını buraxmışlar və hamıya təzə geyim vermişlər. Hamı rütbəsini, xidməti geyiminin atributlarını yerinə tikmiş, orada saxlanılmaqla işgəncə görənlərin xidmət etdikləri hərbi hissələrin komandirləri ora çağırılmışlar və düzülüş olmuşdur. Hikmət Həsənovun özünün nəzarəti ilə orada hamı xidmət yerinə göndərilmiş, onu N nömrəli hərbi hissəyə göndərmişlər, sərəncama götürülmüşdür. Sonra N nömrəli hərbi hissənin 3-cü taboruna, 9-cu bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuş, 3-cü tabor Yevlax rayonunun Aran qəsəbəsində, yəni işgəncəyə məruz qaldığı ünvanda yerləşmişdir. Təbii ki, həmin ərazidə xidmət etmək onun üçün mənəvi-psixi cəhətdən təkrar işgəncə, iztirab olmuşdur. Buna baxmayaraq, xidmətini davam etdirmişdir. İşgəncəyə məruz qalmağı barədə heç bir orqana şikayət etməmişdir. Belə ki, N nömrəli hərbi hissədə İ Ordu Korpusunun məxfi hissənin ad familiyasını bilmədiyi polkovnikleytenant rütbəli əməkdaşına baş verənlər barədə heç yerdə danışmayacağına dair iltizama imza etdirmişdir. Bundan başqa, yenidən işgəncəyə məruz qalacağından, tutulacağından qorxmuş, ancaq, şikayət etməməyi üçün onu kimsə konkret üsulla, sözlə hədələməmiş, pul və ya digər əmlak təklif etməmişdir. Həmçinin onu da göstərmişdir ki, N nömrəli hərbi hissədə o, gedəndə SAT əməkdaşları tərəfindən işgəncə verilmişdir. Onların bəzilərinin sifətlərini orada saxlanıldığı müddətdə görmüş, ad-familiyalarını və fiziki əlamətlərini dəqiq xatırlamasa da, onların bəzilərini şəxsən və ya fotoşəkillərini görərsə tanıya biləcəyini və məhz hansı əlamətlərinə görə tanıdığını deyə biləcəkdir. Hətta, işgəncə verən SAT əməkdaşlarından birinin özünün anası Şamama Abdullayevanın xalası oğlu X11 olduğunu sonradan bilmiş, xeyli sonra, güman ki, 2018-ci ildə o, hərbi prokurorluğun müstəntiqi tərəfindən Rauf Orucovla üzləşdirilmiş və həmin üzləşdirmə zamanı da göstərmişdir ki, X14 ermənilərə zorlatdırması qeyri-mümkün olmuşdur. Həmçinin həmin iş üzrə X2, X6, X17, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmü, həmin hökmdən verilmiş apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(103)-38/2024 saylı qərarı və həmin qərardan verilmiş kassasiya şikayətləri və protesti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1-1(102)-43/2024 saylı qərarı mövcuddur. Bundan başqa digər iş üzrə X7, X12, X13, X22 və X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli hökmü mövcuddur “Tərtər hadisələri”nin üzərindən 8 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı orada eşitdiyi ah-nalələri, bağırtı səslərini hələ də unuda bilmir, həmin səsləri gecə yatanda da eşidir, hər dəfə xatırladıqda stres keçirir. İddiaçı gördüklərindən və keçirdiyi hisslərdən hələ də özünə gələ bilmir. Onun özünün yaşadıqları ilə yanaşı, ordunun digər hərbi qulluqçularının ağır işgəncəyə məruz qalması, onların “sındırılmasını” görməsi iddiaçıya ağır mənəvi iztirablar yaşatmışdır. Bundan başqa, həmin dövrdə yaşadığı yerdə hər kəs iddiaçını “Vətən xaini” hesab etmişdir. Mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmışdır. Ağır işgəncələr nəticəsində bədəninin hər yeri zərər görmüşdür. Baş verənlərə görə iddiaçın əsəbləri pozulub, hətta ən kiçik hadisələrə belə kəskin reaksiya verir və daim stress və gərginlik icərisindədir. “Vətən xaini” adı ilə aparılıb əsassız sorğu-suala, qeyri-insani və ləyaqəti alçaldan rəftara, ağır işgəncələrə məruz qalması, ailə üzvləri ilə əlaqə yaratmasına imkan verilməməsi, “Vətən xaini” olaraq tanıdılması onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaradıb. İddiaçının dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özünə deyil, ailə üzvlərinə də mənəvi iztirab yaşadıb. Hadisə baş verən zaman ailə üzvlərinin onun barəsində günlərlə məlumatı olmayıb, yuxusuz gecələr yaşamışlar. Yaşadığı yerdə qonşular, qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılıb, bütün bu baş verənlər ona ağır mənəvi iztirablar yaşadıb. Bu hadisələr nəticəsində həyatını itirənlər də olmuş, həmin şəxslərin ailələri övladlarının “Dövlətə xəyanətdə” ittiham edildiyinə inandırıldıqları üçün övladlarının talehi ilə maraqlanmaqdan çəkinmişlər. İddiaçı ailəsi də bu hadisələrin baş verdiyi vaxt övladları ilə bağlı məlumat ala bilmədikləri üçün onlarla eyni sarsıntı keçimiş və ətrafdakıların əsassız mənəvi təsirlərinə məruz qalmışdır. Göründüyü kimi bu hadislərdən tək iddiaçı deyil, onun ailəsi və yaxın qohumları da mənəvi sarsıntı keçirmişdir. Həmçinin o, vətən müharibəsində fəal iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubley medallarla və müxtəlif fəxri fərmanlarla təltif edilmişdir. Bununla da iddiaçı təqsirləndirilən şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stres və dərin sarsıntı keçirmişdir. Odur ki, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərərin məbləğini 500.000 manat məbləğində qiymətləndirir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1-1(103)-7/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə müvafiq olaraq, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur, iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Qeyd edilmişdir ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)- 7/2024 saylı hökmü ilə müəyyən edilir ki, 13 may 2017-ci il tarixdən 30 may 2017-ci il tarixədək, cəmi 17 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi“vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuzazadlıqdan məhrum etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 07 may 2017-ci il tarixdən 25 iyun 2017-ci il tarixinədək (49 gün) müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, İddiaçı 17 gün müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması, yaxınlarının mənəvi-psixoloji hallar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə görə 500 000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının məruz qaldığı rəftara görə ona hər günü üçün 500 manat olmaqla 8500 manat məbləğin ödənilməsi ədalətli və ağlabatan hesab olunur. Odur ki, iddia qismən təmin edilməli, iddiaçının xeyrinə 8500 manat tutulmalıdır. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəlin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 8500 manat və hüquqi xidmət göstərilməsi üçün 500 manat ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 8500 manat və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manatın əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5212/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5212/2025
15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver