Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5360/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770 (yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etmək hüququna malikdir. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx) manat məbləğində xidmət haqqının, cəmi 800,4 (səkkiz yüz manat, qırx qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh sərnişini olduğu “Hyundai Getz” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmişdir və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü ilə yanaşı Cavabdeh təqsirli bilinmiş və Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği cavabdehin üçüncü şəxslər qarşısında məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC ilə elektron məktub vasitəsi ilə razılaşdırıldıqdan sonra zərər məbləğindən 100,00 (bir yüz manat) manat azadolma məbləğiçıxılmaqla 1540 (bir min beş yüz qırx manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta hadisəsi nəticəsində ASC tərəfindən ödənilmişməbləğin yarısı, yəni 770 (yeddi yüz yetmiş) manat məbləğində pul sürücü X1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənildiyi üçün ASC qalıq 770 (yeddi yüz yetmiş) manat məbləğində pulu Cavabdeh tələb etmək hüququna malik olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylısığorta şəhadətnaməsinə əsasən "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh sürücü ilə bərabər baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin məbləği 1640 (min altı yüz qırx) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, baş vermiş yol-sığorta hadisəsinə görə ASC tərəfindən "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə ASC tərəfindən 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh sürücü ilə bərabər baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, baş vermiş yolsığorta hadisəsinə görə ASC tərəfindən "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin məbləği 1640 (min altı yüz qırx) manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə ASC tərəfindən 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh sərnişini olduğu “Hyundai Getz” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsi törətmişdir və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü ilə yanaşı Cavabdeh təqsirli bilinmiş və Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği cavabdehin üçüncü şəxslər qarşısında məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC ilə elektron məktub vasitəsi ilə razılaşdırıldıqdan sonra zərər məbləğindən 100,00 (bir yüz manat) manat azadolma məbləğiçıxılmaqla 1540 (bir min beş yüz qırx manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta hadisəsi nəticəsində ASC tərəfindən ödənilmişməbləğin yarısı, yəni 770 (yeddi yüz yetmiş) manat məbləğində pul sürücü X1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənildiyi üçün ASC qalıq 770 (yeddi yüz yetmiş) manat məbləğində pulu Cavabdeh tələb etmək hüququna malik olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylısığorta şəhadətnaməsinə əsasən "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh sürücü ilə bərabər baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin məbləği 1640 (min altı yüz qırx) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, baş vermiş yol-sığorta hadisəsinə görə ASC tərəfindən "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** TK *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə ASC tərəfindən 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1540 (min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 770 (yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi, bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx) manat məbləğində xidmət haqqı, cəmi 800,4 (səkkiz yüz manat, qırx qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 770 (yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx) manat məbləğində xidmət haqqı, cəmi 800,4 (səkkiz yüz manat, qırx qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verdildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-5360/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5360/2022
30.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver