Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5374/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb edilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 135 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli MAS-2052 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(006)-578/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 6592.69 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portalından alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış BNA1313762saylı protokola görə 9 manat, BNA0942451 saylı protokola görə 18 manat, BNA1313763 saylı protokola görə 18 manat, BNA1313764 saylı protokola görə 18 manat, BNA1313765 saylı protokola görə 18 manat, BNA1313766 saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA0864852 saylı protokola görə 18 manat, ümumilikdə 135 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “X1” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. - İddiaçı MMC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2052 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 13300 manat olan əmlakı (2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220114 ban nömrəli, qara rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 17% dərəcəsi ilə hər ay 383,77 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-578/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 1600,73 manat gecikdirilmiş əsas, 1514,96 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu, 3377 manat dəymiş zərər, ümumilikdə 6592,69 manat məbləğində borc və 89,66 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh İnzibati Xəta haqqında Protokollara əsasən yaranmış borcunun 7 gün müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. - Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən: - BNA1313762 saylı protokola görə 9 manat, BNA0942451 saylı protokola görə 18 manat, BNA1313763 saylı protokola görə 18 manat, BNA1313764 saylı protokola görə 18 manat, BNA1313765 saylı protokola görə 18 manat, BNA1313766 saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA0864852 saylı protokola görə 18 manat, ümumilikdə 135 manat məbləğində cərimə, habelə iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, MAS-2052 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır. Lizinq verən (iddiaçı) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (lizinq obyektinin təhvil verilməsi və s.) yerinə yetirsə də, lizinq alan (cavabdeh) onun üzərinə qoyulmuş öhdəlikləri (lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsi və s.) yerinə yetirməmiş və bununla da müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Bununla da lizinq verənin (iddiaçının) cavabdehə qarşı tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, lizinq müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Nəticə etibarı ilə cavabdehin lizinq şirkətinə (iddiaçıya) borclu olduğunu müəyyən edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-578/2022 saylı qətnaməsi qəbul edilmişdir. Eyni zamanda, lizinq obyektinin cavabdehdə olduğu müddət ərzində “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücünün inzibati qaydada cərimələndiyi iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir. Lakin cavabdeh lizinq obyektinin istismarı zamanı törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar hesablanmış cərimələri ödəməmiş, bununla da cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi – lizinq şirkəti maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati cərimələr üzrə ümumilikdə ödəmiş olduğu 135 manat pul vəsaiti Cavabdeh tutularaq ididaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, inzibati xəta haqqında protokola görə ödənilmiş 135 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında qərarlara əsasən inzibati cərimələrə görə ödənilmiş 135 (yüz otuz beş) manat, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5374/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5374/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver