Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-539/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (ləğv prosesindədir) Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 190,40 manat məbləğin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “Hyundai Getz minik” markalı, **-MY- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan X-Trail minik” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı dəymiş zərərin hesablanmasına dair akta uyğun olaraq “Nissan X-Trail minik” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 160 (bir yüz altmış) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. AR DİN Bakı DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərarına əsasən, hadisə ilə əlaqədar “Hyundai Getz minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yarandığını qeyd etmişdir. Cavabdeh müraciəti əsasında, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-4807/2023 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 99/08-347/2023 nömrəli Pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Getz minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Nissan X-Trail minik” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. AR DİN Bakı DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün şirkət tərəfindən 160 (bir yüz altmış) məbləğində sığorta ödənişi ödənilmişdir. Şirkət sözügedən zərərin aradan qaldırılması üçün 160 (bir yüz altmış) məbləğində sığorta ödənişini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Odur ki, cavabdehdən 5 gün müddətində 160 (bir yüz altmış) manat məbləği şirkətin bank hesabına ödəməyi xahiş olunmuş, əks təqdirdə Şirkət tərəfindən cavabdeh haqqında müvafiq məhkəmə orqanına 160 (bir yüz altmış) məbləğin ödənilməsi tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsinin cavabdehin üzərinə düşəcəyi ilə bağlı Cavabdeh məlumat verilmişdir. Sığorta ödənişi ilə bağlı xx.xx.2022-ci il tarixli, 27072/2021 nömrəli aktın surətindən görünür ki, **-HN-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsinə avtonəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 160 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli, 27467 nömrəli Ödəniş tapşırığının surətindən görünür ki, sığorta hadisəsinə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti X2 160 manat sığorta ödənişi etmişdir. xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktın surətindən müəyyən olunur ki, **-HN-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsinin arxa bamper və arxa bamper qarasının təmir edilməsi üçün rəngsaz xərcləri üçün 130 manat, armaturçu xərcləri üçün 30 manat, ümumilikdə 160 manat hesablanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:20 radələrində Cavabdeh Zakir oğlu idarə etdiyi “Hyundai Getz minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmiş, hadisəni törədərkən ayıq vəziyyətdə olmuş, hadisədən sonra hadisə yerindən qaçmışdır. Hadisə zamanı X1 idarə etdiyi **-HN-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsinin arxa sol hissəsinə zərər dəymişdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı olan inzibati xəta haqqında ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh Zakir oğlu idarə etdiyi “Hyundai Getz minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə protokol tərtib edilmişdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Hacı X4 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Məhkəmənin mövqeyi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, cavabdeh görə Cavabdeh 160 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 160 (yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, ümumilikdə 190,40 (yüz doxsan manat qırx qəpik) manat tutularaq Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-539/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-539/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver