Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5438/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı əmrin qanunsuz hesab olunması və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı əmrin qanunsuz hesab olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsi – ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa edilməsi, işsiz qaldığı dövr (xx.xx.2025 tarixindən bu günədək) üçün orta aylıq əmək haqqının ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixindən etibarən Cavabdeh2 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti dövründə ona qarşı hər hansı intizam tənbeh tədbiri tətbiq edilməmiş, iş rejimi və daxili intizam qaydalarına əməl etmişdir. Buna baxmayaraq, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsasən birtərəfli şəkildə, əvvəlcədən xəbərdarlıq edilmədən və şəffaflıqdan uzaq şəkildə xitam verilib. Ona bildirildiyinə görə, bu xitam bildirişi xx.xx.2024-cü il tarixində “Əmək və məşğulluq” altsistemi vasitəsilə göndərilmişdir. Lakin o, bu barədə nə yazılı, nə də elektron formada məlumat almamışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı onunla əvvəlcədən danışılmayıb, izahatı alınmayıb, yeni iş yeri ilə təmin olunmamışdır. Bu isə əmək qanunvericiliyinin — xüsusən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin (əmək müqaviləsinin ləğvi zamanı işçinin maraqlarının qorunması) və 290-293-cü maddələrinin (əmək hüquqlarının bərpası mexanizmləri) pozulması deməkdir. xx.xx.2025-ci il tarixli yazılı müraciətimə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti” və “DOST” Mərkəzləri tərəfindən verilən cavabda qeyd olunmuşdur ki, sadəcə Regional Məşğulluq filialına müraciət etməyim tövsiyə edilir. Bu cavab onun hüquqlarının araşdırılmaması və məsuliyyətin digər struktur bölmələrə yönəldilməsi ilə nəticələnmişdir. Həmçinin, o, işsiz kimi qeydiyyata alınsa da, bu günədək işsizlik sığortası üzrə müavinəti ödənilməmişdir. Bu qanunsuz xitam nəticəsində o, həm maddi, həm də mənəvi zərərə məruz qalmış, ailəsinin sosial vəziyyəti pisləşmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X2 eyni tərəflər arasında eyni mahiyyətli iş olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3952/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2nə qarşı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin əsassız və qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsi olan ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa olunması, işsiz qaldığı dövr üçün orta aylıq əmək haqqının ödənilməsi, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 1500 (min beş yüz) manat kompensasiya verilməsi, məhkəmə xərcləri və digər hüquqi məsrəflərin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Əks halda bu, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı əmrin qanunsuz hesab olunması və işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı əmrin qanunsuz hesab olunması və işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5438/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5438/2025
05.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver