Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5595/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 25.272 manat məbləğində sığorta pulu və sığorta ödənişinin gecikdirilməsinə görə 16.02.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz cərimənin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, 15.06.2016-cı il tarixdə X8 ilə Rusiya Federasiyasının Tver vilayəti, Vışnevolotsk rayon qeydiyyat şöbəsinə daxil olmuş və nikahları 48 saylı nikah qeydi ilə vətəndaşlıq vəziyyəti aktlarında dövlət qeydiyyatına alınmışdır. Bu nikahdan övladıları olmamışdır. X8 27.04.2018-ci il tarixdə X3 Florida ştatının Volusiya əyalətində “Daytone” çimərliyində suda boğularaq vəfat etmişdir. Belə ki, baş vermiş bu hadisə zamanı hər ikiləri su altında qalmışlar. Xilasedicilər tərəfindən ikisi də sudan çıxarılsa da, həkimlər əri Azərin həyatını xilas edə bilməmiş və o vəfat etmişdir. O isə 3 gün xəstəxanada reanimasiyada qalmış və həkimlərin müdaxiləsi nəticəsində çətinliklə də olsa onu xilas etmək mümkün olmuşdur. Burdan sonra Azər Aslanovun cənazəsi gətirilərək Azərbaycanda dəfn olunmuşdur. Hal-hazırda mərhum 14.01.1986-cı il təvəllüdlü X6 vərəsələri o, mərhumun atası X9, X2r. X6 ölümündən sonra onun işlədiyi müəssisə, yəni "xxxx" Şirkətinin Azərbaycan Respublika nümayəndiliyi ilə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC arasında bağlanmış həyat sığortası müqaviləsinə əsasən ödənilməli olan 75.816 manat sığorta ödənişi qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(009)- 635/2019 saylı qətnaməsinə əsasən isə mərhum Azər Aslanovun valideynləri atası Ağasən Aslanovun və anası Minakat Aslanovanın, həmçinin onun sözügedən 75.816 manat sığorta ödənişinə hər birinin 1/3 hissədə miras pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.08.2019-cıı il tarixli, 2(103)- 7936/2019 saylı qətnaməsinə əsasən birinci instansiya məhkəməsi qeyd olunan hissədə dəyişdiıilmədən qüvvədə saxlanılmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsinin 08.08.2019-cu il tarixli, 2019 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(102)-1181/2020 qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra apellyasiya instansiya məhkəməsinin qətnaməsi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru Nəzrin İbişovanın icraatına verilmişdir. İcra məmuru “tələbin könüllü icra edilməsi" barədə borclu "xxxx" Sığorta Şirkəti ASC-yə göndərmişdir. “Atəşgah Həyat" Sığorta Şirkəti ASC isə 75816 manat sığorta ödənişi ilə bağlı vərəsələrin hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması barədə, həmçinin vərəsələrin faydalanan şəxs qismində tanınması haqqında zərərlərin tənzimlənməsi üzrə informasiya bazasında qeydiyyat aparıldığını bildirmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli 2( 103)-7936/2019 saylı qətnaməsi əsasında "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-ni sığorta ödənişini etmək öhdəliyi qoyulmadığını bildirirərək ödənişi etməkdən imtina etmişdir. Halbuki cavabdehin imtinası əsassızdır. Nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miibahisələndirilən sığorta ödənişi 75816 manat pulun 1/3 hissəsi üzərində onun miras pay hüququnu tanındığına görə faydalanan şəxs kimi həmin məbləğ avtomatik ona ödənilməli idi. Bununla belə sonradan, yəni 16.02.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada mürariət edərək sığorta ödənişinin edilməsini tələb etmişdir. Bugünədək nə sığorta ödənişi ona ödənilməmiş, nə də ki, müraciətinə rəsni qaydada cavab verilməmişdir. Odur ki, hazırda bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək öz izahatında bildirmişdir ki, X8 27.04.2018-ci il tarixdə X3 Florida ştatının Volusiya əyalətində “Daytone” çimərliyində suda boğularaq vəfat etmişdir. X6 ölümündən sonra onun işlədiyi müəssisə, yəni "xxxx" Şirkətinin Azərbaycan Respublika nümayəndiliyi ilə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC arasında bağlanmış həyat sığortası müqaviləsinə əsasən ödənilməli olan 75.816 manat sığorta ödənişi qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(009)-635/2019 saylı qətnaməsinə əsasən isə mərhum Azər Aslanovun valideynləri atası Ağasən Aslanovun və anası Minakat Aslanovanın, həmçinin onun sözügedən 75.816 manat sığorta ödənişinə hər birinin 1/3 hissədə miras pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.08.2019-cıı il tarixli, 2(103)-7936/2019 saylı qətnaməsinə əsasən birinci instansiya məhkəməsi qeyd olunan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı, Sığorta Müqaviləsinin ayrılmaz hissəsi hesab edilən “X5” 14.4.2-ci maddəsinə əsasən, sığorta olunan sığorta müddətində öldüyü halda, sığorta şəhadətnaməsi, müəyyən edilmiş formada ərizə, sığorta olunan ölümü haqqında şəhadətnamənin təsdiq edilmiş surəti və digər sənədləri təqdim etməlidir. Yuxarəda qeyd olunan sənədlərin təqdim edilməsi zəruriliyi həm sığortalıya, həm də iddiaçının nümayəndəsinə bildirilməyinə baxmayaraq hüquq-mühafizə orqanlarının hadisənin şəraitini təsdiq edən qərarı və məhkəmə-tibb ekspertin rəyi bugünədək sığortaçita təqdim edilməmiş, nəticədə hadisə ilə bağlı müvafiq yekun qərar qəbul oluna bilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.03.2019cu il tarixli, 2(0Ü9)-635/2019 saylı qətnaməsindən görünür ki, mərhum Azər Aslanovun valideynləri atası Ağasən Aslanovun və anası Minakat Aslanovanın, həmçinin onun sözügedən 75.816 manat sığorta ödənişinə hər birinin 1/3 hissədə miras pay hüququ müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.08.2019-cıı il tarixli, 2(103)-7936/2019 saylı qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə dəyişdiıilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(102)-1181/2020 qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.08.2019-cı il tarixli, 2(103)-7936/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.4-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. 933.1-ci maddəsinə görə, sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir. 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi. “Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq ixtiyarına malikdir. 16.2-ci maddəsinə görə, sığorta müqaviləsinin şərtlərində sığorta ödənişi verilməsindən imtina üçün başqa əsaslar da göstərilə bilər, amma bu, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır. Sığorta ödənişi verilməsindən imtina barəsində qərar sığorta olunana yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X8 27.04.2018-ci il tarixdə X3 Florida ştatının Volusiya əyalətində “Daytone” çimərliyində suda boğularaq vəfat etmişdir. Belə ki, baş vermiş bu hadisə zamanı hər ikiləri su altında qalmışlar. Xilasedicilər tərəfindən ikisi də sudan çıxarılsa da, həkimlər əri Azərin həyatını xilas edə bilməmiş və o vəfat etmişdir. O isə 3 gün xəstəxanada reanimasiyada qalmış və həkimlərin müdaxiləsi nəticəsində çətinliklə də olsa onu xilas etmək mümkün olmuşdur. Burdan sonra Azər Aslanovun cənazəsi gətirilərək Azərbaycanda dəfn olunmuşdur. Hal-hazırda mərhum 14.01.1986-cı il təvəllüdlü X6 vərəsələri o, mərhumun atası X9, X2r. X6 ölümündən sonra onun işlədiyi müəssisə, yəni "xxxx" Şirkətinin Azərbaycan Respublika nümayəndiliyi ilə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC arasında bağlanmış həyat sığortası müqaviləsinə əsasən ödənilməli olan 75.816 manat sığorta ödənişi qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli, 2(009)-635/2019 saylı qətnaməsinə əsasən isə mərhum Azər Aslanovun valideynləri atası Ağasən Aslanovun və anası Minakat Aslanovanın, həmçinin onun sözügedən 75.816 manat sığorta ödənişinə hər birinin 1/3 hissədə miras pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.08.2019-cıı il tarixli, 2(103)-7936/2019 saylı qətnaməsinə əsasən birinci instansiya məhkəməsi qeyd olunan hissədə dəyişdiıilmədən qüvvədə saxlanılmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsinin 08.08.2019-cu il tarixli, 2019 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(102)-1181/2020 qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Lakin, "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-ni sığorta ödənişini etmək öhdəliyi qoyulmadığını bildirirərək ödənişi etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 25.272 manat məbləğində sığorta pulu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı “sığorta ödənişinin gecikdirilməsinə görə 16.02.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1 (bir) faiz cərimənin hesablanaraq ödənilməsi barədə” tələb üzrə sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə 25.272 (iyirmi beş min iki yüz yetmiş iki) manat məbləğində sığorta pulu və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5595/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5595/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver