Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-564/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X16 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X16 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə 4*.*** (qırx min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 21* manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılır ki, dünyada ona ən əziz olan qohumlarından biri olan bacısını itirmişdir. Ata və anası uzun illər öncə vəfat etmişlər. Yaşca ondan böyük olan bacısı ona həm ana, həm də ata olmuşdur. X17 ilə ailə həyatı qurmuş, yeznəsi Nəsiət Xəlilov 1998-ci ildə vəfat etmişdir. 1999-cu ildən etibarən bacısı Rəxşəndə ünvan 1 ünvanında yaşamaqla Sumqayıt şəhər, Təmizlik Departamentində işləmişdir. 19.*7.2*21-ci il tarixdə saat 19 radələrində bacısı ona zəng edərək Sumqayıt şəhər, 1*-cu mikrorayon ərazisində yolun kənarında dayandığı zaman onu maşın vurduğunu və tez xəstəxanaya gəlməsini xahiş etmişdir. O, təxminən 2 saat ərzində Sumqayıt Təcili tibbi yardım xəstəxanasına getmişdir. 1* avqust 2*21-ci il tarixdə o evdə olarkən həyat yoldaşı Gülnarə ona zəng edərək Rəxşəndənin vəziyyətinin ağır olduğunu bildirmişdi. O, dərhal Sumqayıt TTYX-na gətmiş və bacısının reanimasiya şöbəsində vəfat etdiyini bildirmişdir. Sonra bacısını aparıb Lənkəran şəhərində dəfn etmişdirlər. Onun bacısı həkim səhlənkarlığının qurbanı olmuşdur. Bu kimi həkim məsuliyyətsizliyi haqqında Azərbaycanda kifayət qədər faktlar var. Bu işdə həkimdən çox həkimin işlədiyi qurumun rəhbərliyinin səhlənkarlığı öndədir. Onlar işlərini düzgün qursalar onun bacısı və bacısı kimilər belə bədbəxt hadisələrin qurbanı olmazlar. Bacısının ölümü onu əməli-başlı sarsmış, həmin an keçirdiyi mənəvi sarsıntı və iztirabları yalnız onun kimi doğma bacısını faciəvi itirən şəxs bilər. Bacısı həkim səhlənkarlığının növbəti qurbanlarından biri olmuşdu. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)-348/2*22 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs – X1* Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Onun bacısının ölümünə səbəb olması bu hökmlə tam sübuta yetirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)-348/2*22 saylı hökmünə əsasən X1* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul tutmaqla 1 (bir) il müddətdə islah işləricəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin 21 fevral 2*23-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X1* hadisəni törədərkən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim anestezioloq-reanimatoloqu işləmişdir. Göründüyü kimi onun bacısının vəfatına səbəb “Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası” publik hüququ şəxsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bacısının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Bacısı onun üçün çox əziz və dəyərli idi. Onun əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayan bir əzab verir. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz bacısının ölümü ürəklərinə dağ çəkir. Baş vermiş cinayət hadisəsi nəticəsində bacısının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini məndən başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 4*.*** (qırx min) manat məbləğində pul cavabdehlər – Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada alınaraq ona ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş həmçinin hər hansı üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayonu, Girdəni kənd icra nümayəndəliyi tərəfindən *7 iyul 2*21-ci il tarixdə verilmiş AZ-T seriyalı 173*67 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.198*-cı ildə Lənkəran şəhərində doğulmuşdur. Onun atası X6, anası X4r. İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2*23-cü il tarixli arayışdan görünür ki, X1 *2.11.1956-cı ildə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Onun atası X6, anası X11r. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən *9 sentyabr 2*21ci il tarixdə verilmiş AZ-İİ seriyalı 2*4*93 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 1* avqust 2*21-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə, X1* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə təqsirli bilinməsi və onun, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla *1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, X5 cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1*96.2). Həmin Məcəllənin 1*97-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hazırki işdə isə İddiaçı X5 işlədiyi və iddiaçının bacısının öldüyü xəstəxanaya qarşı iddia qaldıraraq mənəvi zərərə görə kompensasiya tələb etmişdir. İddiasını isə onunla əsaslandırmışdır ki, “Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası” publik hüququ şəxsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bacısının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Bacısı onun üçün çox əziz və dəyərli idi. Onun əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayan bir əzab verir. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz bacısının ölümü ürəklərinə dağ çəkir. Baş vermiş cinayət hadisəsi nəticəsində bacısının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki halda cavabdeh xəstəxanadan iddiaçının xeyrinə mənəvi zərərlə bağlı pul tutulacağı təqdirdə Xərtəxananın subroqasiya qaydasında həmin məbləği X3 tutmaq hüququ yaranacaq. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərkən gələcəkdə müvafiq xəstəxanaya qarşı mənəvi zərərlə bağlı tələbinin olacağına dair də hər hansı bir qeyd şərt göstərməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2**3-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Beləliklə məhkəmə sonda qeyd edir ki, iddiaçı dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmiş və Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmünün qanuni qüvvəyə mindikdən sonra ona vurulmuş zərərin nədən ibarət olduğu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mənəvi ziyanın əvəzinin ödənilməsinə dair iddia ərizəsi təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X16 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X16 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-564/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-564/2024
16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver