Məhkəmə qərarları › İş №e-2(006)-574/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-574/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-574/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 üçün aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən: 1. İddiaçı cavabdehə qarşı “aliment tələbi” tələbinə dair iddiadan imtina edir; İddiaçı cavabdehə qarşı irəli sürülən iddia tələbi, məhkəmə işi və barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi iddiaçının gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu iddiaçıya izah edildi və iddiaçı bu barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə barışıq sazişini bağlayır. 2. Cavabdehin öhdəlikləri: Cavabdeh iddiaçıya qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiadan imtina edir; Cavabdeh iddiaçıya qarşı irəli sürülən iddia tələbi, məhkəmə işi və barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı iddiaçıya dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi cavabdehin gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu cavabdehə izah edildi və cavabdeh bu barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə barışıq sazişini bağlayır. 3.Tərəflərin bu sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 4.Bu saziş hər bir tərəfə bir nüsxədə verilməklə və bir nüsxəsi məhkəmədə qalmaqla, 3 əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. 5. Tərəflər Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrində göstərilən qaydada barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı cavabdehə qarşı “aliment tələbi” tələbinə dair iddiadan imtina edir; İddiaçı cavabdehə qarşı irəli sürülən iddia tələbi, məhkəmə işi və barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi iddiaçının gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu iddiaçıya izah edildi və iddiaçı bu barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə barışıq sazişini bağlayır. 2.Cavabdehin öhdəlikləri: Cavabdeh iddiaçıya qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiadan imtina edir; Cavabdeh iddiaçıya qarşı irəli sürülən iddia tələbi, məhkəmə işi və barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı iddiaçıya dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinin tələbləri ilə tanışdır və barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsi cavabdehin gələcəkdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmə tərəfindən imtina edilməsi üçün əsas olduğu cavabdehə izah edildi və cavabdeh bu barışıq sazişində nəzərdə tutulan hüquq və öhdəlikləri qəbul edərək könüllü şəkildə barışıq sazişini bağlayır. 3.Tərəflərin bu sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 4.Bu saziş hər bir tərəfə bir nüsxədə verilməklə və bir nüsxəsi məhkəmədə qalmaqla, 3 əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. 5.Tərəflər Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrində göstərilən qaydada barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar