Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(006)-5903/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditorndən 19 mart 2020-ci il tarixli, MLK00831 saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 699,90 AZN (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxi olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin tələbinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 699,90 AZN və cərimə borcu üzrə 995,26 AZN təşkil edir. Hazırda borclulara qarşı kreditor tərəfindən güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edilir. Həmin məbləğin 10%-i isə 99.53 AZN edir. Odur ki, borcludan 19 mart 2020-ci il tarixli, MLK00831 saylı müqavilə üzrə 699,90 AZN qalıq borcu, 99,53 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 799,43 AZN borc və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 819,43 AZN məbləğində pul vəsaitinin alınaraq Kreditornə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Borclu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 120-də yerləşən Kreditor xeyrinə 19 mart 2020-ci il tarixli, MLK00831 saylı müqavilə üzrə 699,90 AZN (altı yüz doxsan doqquz manat, doxsan qəpik) qalıq borcu, 99,53 AZN (doxsan doqquz manat, əlli üç qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 799,43 AZN (yeddi yüz doxsan doqquz manat, qırx üç qəpik) borc və 20 AZN (iyirmi manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 819,43 AZN (səkkiz yüz on doqquz manat, qırx üç qəpik) məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-5903/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(006)-5903/2021
24.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver