Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5955/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ərizənin məhkəməyə təqdim edildiyi gündən uşaqları yetkinlik yaşına çatanadək hər ay Cavabdehqazancının və (və ya) başqa gəlirlərinin yarısı həddində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2010-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsində 725 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlanmış və AZ-İ№ 615927 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlarında üç övladları dünyaya gəlmişdir. Tərəflərin nikahları rəsmi pozulmamış, lakin cavabdeh övladlarının qayğıları ilə lazımi və yetəri qədər məşğul olmur. Buna görə də hal-hazırda uşaqların qayğıları ilə tək məşğul olmaq iddiaçı üçün artıq çətindir. Halbuki, uşaqların bütün qayğılarını, ehtiyaclarını qarşılamaq tək ananın deyil, həm də atanın vəzifəsidir. Eyni zamanda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onların maddi tələbatlarını ödəmək də tək qadın olaraq artıq iddiaçı üçün çətindir. Ona görə də iddiaçı hal-hazırda “aliment tələbi” ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu məsələnin mediasiya yolu ilə həll olunması üçün müvafiq mediatora müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediator tərəfindən bu barədə arayış verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, tərəflər arasında rəsmi nikah mövcuddur, bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X10" trestində “Qazmaçı köməkçisi, neft və qaz kəşfiyyatı və istismarı qurğuları” vəzifəsində işləməklə aylıq əmək haqqı 1280.74 manat təşkil edir. Eyni zamanda əlavə olaraq kuryer kimi çalışmaqla aylıq 250 manat qazancı mövcuddur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3.-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin cavabdehin qazancına münasibətdə bir il ərzində ödəmənin məcmusu 9184.44 (765.37x12=9184.44) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 111.84 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 111.84 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5955/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5955/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver