Məhkəmə qərarları › İş №e-2(006)-597/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-597/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-597/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (X5 qanuni nümayəndəsi) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı (X5 qanuni nümayəndəsi) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada mənim xeyrimə mənəvizərərə görə 3.000.000 (üç milyon) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat haqqın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada: - iddiaçının xeyrinə mənəvi zərərə görə 3.000.000 (üç milyon) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat haqqın tutulub ona ödənilməsi barədə; - sağlamlığının bərpası üçün müayinə və müalicəyə çəkilmiş xərcin əvəzi kimi 20000 (iyirmi min) manat pulun, özünün sağlamlığına vurulmuş zərərə görə 500000 (beş yüz) min manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi; - xx.xx.2011-ci il təvəllüdlü övladı X7 vurulmuş mənəvi zərər görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada X5 xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulub onun qanuni nümayəndəsi kimi iddiaçıya ödənilməsi; - azyaşlı qızı X1 itirməsinə görə müayinə və müalicəsinə çəkimiş xərcin əvəzi olaraq 30000 manat pulun, qızının sağlamlığına vurulmuş zərərə görə 300000 (üç yüz min) manat pul cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, X20 Quluoğlu xidmətdə olarkən, 25 may 2017-ci il tarixində, hazırda cəmiyyətdə “Tərtər işi” adı ilə tanınan və istintaqı aparılan cinayət işi zamanı heç bir əsas olmadan tam qanunsuz şəkildə güya dövlətə xəyanət ittihamlarının araşdırılması adı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bərdə şəhərində yerləşən 1-ci korpus adı ilə bilinən N saylı hərbi hissəsinin komandiri, general-mayor Hikmət Həsənovun göstərişi ilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, Hikmət Həsənovun özü, onun hüquq işləri üzrə müşaviri Fuad Ağayev və N saylı hərbi hissənin kəşfiyyat bölüyünün hərbçiləri tərəfindən ona qarşı ağır işgəncələr verilmiş və bu işgəncələrin nəticəsində qətlə yetirilmişdir. Bu faktlar Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il və 13 mart 2019cu il tarixli hökmləri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslər X37, X23 və X8rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, 2017-ci ilin may ayının 07dən 08-nə keçən gecə N saylı hərbi hissənin əlahiddə tank bölüyünün 3-cü tağımının komandiri leytenant X9 və həmin bölüyün sabiq komandiri, həmin vaxt N saylı hərbi hissənin 2-ci tank bölüyünün komandiri vəzifəsində, leytenant rütbəsində xidmət edən X16 N saylı hərbi hissənin köhnə qərargah binasına gətizdirərk, onların fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilmələrinə dair göstəriş vetmişdir. Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Elçin Mirzəliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini, habelə düşmən hərbi qulluqçuları tərəfindən Mərhəmət Rəcəbliyə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini etiraf etməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Mirzəliyevə qarşı zorakı hərəkətlər etmiş, yeni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasını ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçanı gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları Elçin Mirzəliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Mirzəliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etməkdə davam etdiyindən, X2 otağa gətirmişlər. Mərhəmət Rəcəbli ona verilmiş işgəncələrin təsiri altında Elçin Mirzəliyevin ona qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini bildirmişdir. X25 Rəcəblinin dediklərini təkzib etdiyindən, eyni qaydada Elçin Mirzəliyevə qarşı fiziki zor tətbiq etmiş və işgəncə vermişlər. Bundan sonra xx.xx.2017-ci il tarixdə, səhər saatlarında düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçular gecələdikləri binadan qanunsuz sorğu-sual prosesinin keçirildiyi binaya aparılarkən, X45 Mirzəliyevi sıradan çıxarıb, “düşmənlə əməldaşlıq etdiyinə görə” qisas almaq məqsədilə, onu yerə yıxıb, təpiklə və əlində olan dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Bundan sonra da Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları həmin tarixdə köhnə qərargah binasının ikinci mərtəbəsindəki otaqlarda, habelə həmin gecə N saylı hərbi hissəyə aparıldıqdan sonra N və 10 may 2017-ci il tarixlərdə günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə yataqxana binasının otaqlarında düşmənlə əməkdaşlıq etdiyini etiraf etməsini tələb edərək, Elçin Mirzəliyevə qarşı müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək və işgəncə vermişlər. X34 məruz qaldığı işgəncələrin təsiri altında düşmənlə məxfi əməkdaşlıq etdiyini, habelə İsəbala Məmmədova qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini billdirmək məcburiyyətində qaldıqdan sonra zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmək əvəzinə, əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətməsini ehtimal etdikləri əməllərə görə ondan qisas almaq məqsədilə işgəncə verməyə davam edərək, Elçin Mirzəliyevə “başın təpə-ənsə nahiyəsinin sıyrığı, başın yumşaq toxumasına həmin nahiyədən qansızma, baş beyinin sol yarımkürəsində təpə payında kapsullaşmış beyindaxili hematoma, hər iki yuxarı ətrafın, döş qəfəsinin, qarının sol səthinin, sol baldırın dabana keçən, sağ baldırın nekrozlaşma ilə nəticələnmiş yaraları, sol ayağın üst səthinin kəsilmiş yarası, sol budun əzələ daxili henatoması, dodaqların selikli qişası, sol alin qabarı, burun beli, yanaq, qulaq seyvanları, gövdə və ətrafların çoxsaylı qançır, sıyrıq və səthi əzilmiş yaraları” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X26 xx.xx.2017-ci il tarixdə, saat 04:45-də 056 saylı hərbi hospitala aparılmış, saat 13 radələrində isə SilahlıQüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə, saat 11:55-də aldığı çoxsaylı xəsarətlər nəticəsində dövr edən qanın damarlardan çıxaraq, formalı elementlərinin parçalanma məhsullarının sorulmasından yaranmış orqanizmin ümumi intoksikasiyası, poliorqan çatmamazlığı səbəbindən hospitalda vəfat etmişdir. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli T126/2018 №-li rəyi ilə mərhum həyat yoldaşı X10 ölümünə səbəb olan ona yetirilmiş çoxsaylı xəsarətlər nəticəsində dövr edən qanın damarlardan çıxaraq onun formalı elementlərinin parçalanma məhsullarının sorulmasından yaranmış orqanizmin ümumi intokskasiyası. Poliorqan çatmazlığı olmuşdur”. Öz təsdiqini tapmışdır. Həyat yoldaşı X27 peşəkar hərbçi olmuş, uzun illərdir ki, Dövlətə, Prezidentə və xalqa sədaqətlə xidmət edirdi. Onlar Naftalan şəhərində mənzildə kirayədə qalırdı. Elçin Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin tank bölük komandiri vəzifəsində xidmət edirdi. 24 aprel 2017-ci ildə Bərdə şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdu və orada tank bölüyünün komandiri kimi xidmətini davam etdirirdi. Elçin 24 aprel 2017-ci ildə səhər saat 9-da yaşadığı evdən tam hazırlıqlı çıxaraq Bərdə şəhərinə yeni xidmət yerinə yollanmışdı və N saylı hərbi hissədə qalmağa başlamışdı. Elçin onun hər gün telefonla əlaqə saxlayırdı və Bərdə şəhərində kirayə ev tutub onları yanına aparacağını bildirirdi. Onunla sonuncu danışığı 07 may 2017-ci il tarixdə saat 17:00-da olmuşdur. Elçin ona zəng edərək, hal-əhval tutdu, azyaşlı övladının vəziyyətini soruşdu və xidmətdə olduğunu deyərək, onunla sağollaşmışdı. Bu tarixdən və saatdan sonra Elçinlə əlaqəsi kəsildi. O, həmin gün gecə saatlarında onun mobil telefonuna zəng etmişdir, lakin zənginə cavab vermədi, telefon məşğul çaldı. İkinci dəfə zəng edəndə isə telefon bağlı oldu. Sabahısı günü, yəni mayın 8-də, 9-da, 10-da ona zənglər etdi, lakin Elçinə zəng çatmadı. 10 may 2017-ci il tarixdə saat 15:00-da kirayədə qaldığı çoxmənzilli bina evinin balkonunda olarkən, 6 yaşlı qızı Aylin qonşuluqda yaşayan hərbçi qonşuya demişdir ki, atasın zəng çatmır, o da dedi ki, anasını çağırsın. O, balkona çıxmışdır və bildirmişdir ki, Elçin öldürülüb. Səbəbini soruşduqda, o, azyaşlı qızının yanında ona «oğraş yoldaşın Elçin İsabala adlı hərbçi ilə birlikdə erməniyə işlədiklərinə görə öldürülmüşdür». O, bundan dərin sarsıntı keçirmişdir, azyaşlı qızı Aylin isə qorxub ağlamışdı və özündən getmişdi. O, bir təhər özünü ələ alıb, qızı Aylini sakitləşdirmişdir və dərhal anasına zəng edib məlumat vermişdir və tez gəlməsini xahiş etmişdir. X42 Ağdaş rayonundan Naftalana gəlmişdir və onları X46 kəndinə ata evinə aparmışdır. O, həmçinin Elçinin anasına və dayısına da məlunat vermişdir və bundan sonra onlar yoldaşı Elçin axtarmağa başlamışdır. O, 10 mayda gecə saatlarında Elçinin dayısı ilə N saylı hərbi hissəyə getmiş və Elçini soruşmuşlar. Hərbçilər onları qarşılamışdılar və demişdilər ki, «Elçin vətən xainidir, erməniyə tank satıb, o, xaini niyə axtarır. Onun adını çəkməyin». Onlar geri qayıtmışlar və Elçinin dayısı soraqlaşdı və məlum oldu ki, X21 adlanan yerdə yerləşən N saylı hərbi hissədədir. Onlar N saylı hərbi hissəyə gedəndə onları qapıya yaxınlaşmağa qoymamışlar. Onlar orada olanda çoxlu hərbçinin başına torba keçirib gətirdiklərini görmüşlər. O, Elçinin adını çəkəndə, orda hərbçilər dedi ki, Elçin artıq ölübdür, burda yoxdur. Onlar geri qayıtmışlar və o, hər gün N saylı hərbi hissəyə gedib-gəlirmiş ki, Elçinin harda olması barədə məlumat alsın. Nəhayət 2017-ci il may ayının 25-də Ucar rayonu Şahlıq kəndinin İcra nümayəndəsi Elçinin dayısına zəng edib ki, «Elçin ölüb, sabah yəni 26 mayda gəlin Ucar rayonu Şahlıq kəndinin yolunun başından Elçinin meyitini təhvil alın». 26 may 2017-ci il tarixdə Elçinin dayısı və qohumları meyiti təhvil almağa gedəndə, meyiti gətirən başda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir (Hikmət Həsənovun) müavini polkovnik Babək Səmidli olmaqla əli silahlı hərbçilər deyiblər ki, «Elçin vətən xainidir, biz meyiti özümüz dəfn edəcəyik». X41 meyitini kəndin qəbirsanlığına gətirib, orada atasının qəbrinin yanında qazılmış qəbrdə basdırdılar. Lakin onlar tərəfdən heç kimi meyitə və qəbrə yaxın buraxmayıblar. Babək Səmidli və onunla gələn Ucar rayon Polis Şöbəsinin əməkdaşı kənd camaatına deyiblər ki, vətən xaini, gorbagor Elçinin yoldaşına deyin ki, «Elçin arvadını erməniyə 3000 manata satıb, qızını da 2000 manata satıb». Babək Səmidli həmçinin deyib ki, «bu oğraş vətən xaininin heç ehsan çayını da içməyin». Bundan sonra Elçinin yas mərasiminə yaxın qohumlarından başqa heç kim, heç bir kənd sakini gəlməmişdi. Bundan sonra o, bütün dövlət orqanlarını şikayətlər yazmışdır, əri Elçinin vətən xaini olmadığını, qürurlu bir zabit olduğunu bildirmişdir. Lakin ərizələrinə cavab verən olmurdu. O, nəhayət Bakı şəhərinə Respublika Hərbi Prokurorluğuna getmiş və orada onu qəbul edən hərbi prokurorun müavini Şəfayət İmranov ona bildirdi ki, «X35 xainidir, öz etdiyi əməllərinə görə qorxusundan ürəyi partlayıb, ölüb. Araşdırma gedir, sizə məlumat veriləcək». 15 mart 2018-ci ildə Respublika Hərbi prokurorluğundan ona göndərilən məktubda, həyat yoldaşı Elçin Mirzəliyevin bəraət alması barədə məktub gəldi. Həyat yoldaşı Elçin Mirzəliyevdən ona yadigar qalan qızıyla birgə yaşamağa məcbur olmuşlar. O, həyat yoldaşının vətən xaini adlandırılmasına heç cür inana bilmirdi, çünki Elçin Mirzəliyev igid bir Azəbaycan zabiti idi, çox qürurlu, vətəninə, millətinə və dövlətinə sadiq birisi idi. Bu səbəbdən də yoldaşının hansı səbəblə vəfat etməsini araşdırmaq üçün bu barədə araşdırma aparan şəxslərlə görüşüb ərinin nədən vətən xaini adlandırılmasını öyrənməyə çalışlrdı. Əgər Elçini döyərək öldürməsəydilər o, 44 günlük Vətən müharibəsində ön cəbhədə yaxından iştirak edərdi. Azərbaycan əsgəri şəhadəti, yəni şəhid olmağı sevir. Nə qədər ağır olsa da indiki durumda əgər həyat yoldaşı X35 müharibəsində şəhid olsaydı, onun arxada qalan qız azyaşlı qızına da müəyyən imtiyazlar verilə bilərdi. Müdafiə Nazirliyinin mənfur generallarının, polkovniklərinin, zabitlərinin və hərbi qulluqçularının təqsiri ucbatından azyaşlı qızı və o, bu imtiyazlardan məhrum olmuşlar. Sevinir ki, həyat yoldaşı Elçin vətən xaini olmamışdır. Belə ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(N8)-7/2019 saylı hökmünə əsasən X37 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 134-cü maddəsi ilətəqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3- cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X37 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa X23 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələriilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.4, 133.2.6- cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X23 qətiolaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X19 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-cimaddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X19 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(N8)- 7/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxslər X37 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X23 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X19 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Hal-hazıra kimi həyat yoldaşının öldürülməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailənin maddi və mənəvi ziyan dəymiş, ona və azyaşlı qızına vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının öldürülməsi ilə bağlı onun, azyaşlı qızının və digər ailə üzvlərimin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququm vardır. Baş vermiş bu cinayət əməlləri nəticəsində ona və azyaşlı övladlarına ağır mənəvi zərər vurulmuşdur və bu elə bir zərərdir ki, onun aradan qaldırılması, yəni X11 geri qayıtması mümkün deyil. Bu baxımdan mərhum həyat yoldaşının ölümü, 1 uşağa təkbaşına baxmağı, keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınıb ona ödənilməlidir. İddia tələbinin həcmini artırılmasına dair ərizədə qeyd edilən hallar: İddiaçı ilə bərabər övladı xx.xx.2011-ci il təvəllüdlü X17 da mənəvi zərər çəkmişdir. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi, 10 may 2017-ci il tarixdə saat 15:00-da kirayədə qaldıqları çoxmənzilli bina evinin balkonunda olarkən, o zaman 6 yaşı olan qızı Mirzəlizadə Aylin qonşuluqda yaşayan hərbçi qonşuya dedi ki, atasına zəng çatmır, o da dedi ki, ananı çağır. Balkona çıxdıqda o, bildirdi ki, Elçin öldürülüb. Niyəsini soruşduqda, o, azyaşlı qızının yanında “oğraş yoldaşın Elçin İsabala adlı hərbçi ilə birlikdə erməniyə işlədiklərinə görə öldürülmüşdür” demişdir. Bundan dərin sarsıntı keçirdi, azyaşlı qızı Aylin isə qorxub ağladı və özündən getdi. Cavabdeh Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində azyaşlı qızı Mirzəlizadə Aylin 6 yaşından atasız qalmışdır. Aylin ata himayəsindən, ata qayğısından, ata nəvazişindən, ata nəfəsindən, ata məhəbbətindən, ata müdafiəsindən məhrum olmuşdur. Buna görə də hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü övladı X7 Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri nəticəsində vurulmuş mənəvi zərər görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada X5 xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulub onun qanuni nümayəndəsi kimi iddiaçıya ödənilməlidir. Bundan başqa Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri ilə əri, qızı Aylinin isə atası Elçin Mirzəliyevə qarşı ağır işgəncələr verməsi və bu işgəncələrin nəticəsində qətlə yetirilməsi, həmçinin ona vətən xaini damğası vurmaqları səbəbindən o və azyaşlı övladı Aylin sağlamlıqlarını itirmişlər. Belə ki, qızı Mirzəlizadə Aylin atasının ölümündən sonra 7 yaşında ginekoloji xəstəliyə tutuldu və yeniyetməlik yaşına çatmamış aybaşı xəstəliyi əmələ gəldi. Onu Bakı şəhərində və Türkiyə Respublikasına xəstəxanalara aparmalı oldu. Qızı müayinə olundu və həkimlər müayinənin nəticəsi olaraq bildirdilər ki, qızı Aylin atasını itirməsi ilə ağır əsəb və stress keçirərək bu xəstəliyə tutulmuşdur. Həkimlər onu da bildirdilər ki, erkən yaşda aybaşı olması onun inkişafdan qalmasına səbəb ola bilər və liliput ola bilər. Buna görə də 2019-cu ildən bəri qızı Aylini müalicə etdirir və onun sağlamlığının bərpasına çalışır. 2019cu ildən bu günə qədər qızı Aylinin müayinə və müalicəsinə 30000 manat pul xərcləmişdir. X13 aparıb gətirməyi, müayinə, malicə etdirməyi, getmək gəlmək xərci, otel xərci, yemək və sair xərclər daxil 10000 (on min) ABŞ dolları pul xərcləmişdir. Hal-hazırda da qızı Aylinin müalicəsi davam edir və o, Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri nəticəsində sağlamlığını itirmişdir. Ona görə də hesab edir ki, azyaşlı qızı X1 itirməsinə görə müayinə və müalicəsinə çəkimiş xərcin əvəzi olaraq 30000 manat pul, qızının sağlamlığına vurulmuş zərərə görə 300000 (üç yüz min) manat pul cavabdehlərdən tutulub ona ödənilməlidir. Bundan başqa özü də, Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri nəticəsində əri Mirzəlizadə Elçinin ölümü səbəbindən sağlamlığını itirmişdir. Belə ki, ağır əsəb xəstəliyinə tutlmuş, qan təzyiqi xəstəliyinə, ürək xəstəliyinə, Şəkərli diabet xəstəliyinə tutulmuşdur, bunların nəticəsində Qaraciyərində serroza keçid dövrü başlanmışdır. Hal-hazırda həmin xəstəliklərdən müalicə alır. Sağlamlığının bərpasına 20000 manatdan çox pul xərcləmişdir. Buna görə də hesab edir ki, sağlamlığının bərpası üçün müayinə və müalicəyə çəkilmiş xərcin əvəzi kimi 20000 (iyirmi min) manat pulun, onun sağlamlığına vurulmuş zərərə görə cavabdehlərdən 500000 (beş yüz) min manat tutulub iddiaçıya ödənilməlidir. Cavabdehin etirazı: İddiaçı həyat yoldaşı X11 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən işgəncə verilərək öldürülməsini əsas göstərərək ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 3.000.000 manat, göstərilmiş hüquqi xidmətə görə vəkilə ödənilmiş məbləğin əvəzi olaraq 320 manat, ümumlikdə 3.000.320 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq- mühafizə orqanlarının işgəncəsi və qeyri-insani hərəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşının ölümünü əsas gətirirək mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1N7-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş maddi və mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2020-ci tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” qərarında qeyd edilən maddənin şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva etməsi qənaətinə gəlmişdir. Odur ki, məhkəmədən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Müdafiə Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Ucar rayon İHB-nin Əlikənd kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İ seriyalı 651498 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X28 arasında nikah xx.xx.2011-ci il tarixli 06 sayla bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Mirzəliyeva» soyadı vermişdir. Ucar Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 965922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. X4 və anası İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CMnin 274 və s., maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin istintaqı zamanı Müdafiə Nazirliyinin N nömrəli, hərbi hissəsinin sabiq hərbi qulluqçusu, mərhum əri X11 Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyı sübuta yetirilmədiyi üçün barəsində apanlan cinayət təqibinə bəraətverict əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci (cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarla xitam verilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının barəsində Azərbaycan Respublikası CMnın 274 və s. maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, məhrum əri X11 Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirtiliyi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla, yəni Azərbaycan Respublikası CPM-nin 39.2-ci (təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarla xitam verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N47 saylı xx.xx.2017-ci il tarixli əmrindən çıxarışının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ürək-damar çatışmazlığı, tənəffüs çatışmazlığı nəticəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2017-ci il tarixdə Ucar rayonu, Şahlıq kənd qəbiristanlığında dəfn olunub. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə göndərilməsi əmr edilişdir. Əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş vəfat etməsi haqqında məlumat, qaytarılmaz itkilərin adlı siyahısı və Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli AZ-İ 864629 nömrəli ölüm haqqında şəhadətnamə olmuşdur. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmündən görünür ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi xüsusatlar doğrudur. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(104)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmü cəza hissəsində dəyişdirilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 475 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(104)-3/2022 nömrəli qərarına əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. X14 Haqqında EM-772VK-4878/24 saylı xx.xx.2024-cü il tarixli müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 320 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.https://eqanun.az/framework/897 Mülki Məcəllə: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1N6. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1N6.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1N7. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1N7.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X18 X15”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1N7-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1N7 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmü qüvvədədir. Həmin hökmə əsasən, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Elçin Mirzəliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini, habelə düşmən hərbi qulluqçuları tərəfindən Mərhəmət Rəcəbliyə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini etiraf etməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Mirzəliyevə qarşı zorakı hərəkətlər etmiş, yeni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasını ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçanı gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları Elçin Mirzəliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Mirzəliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etməkdə davam etdiyindən, X2 otağa gətirmişlər. Mərhəmət Rəcəbli ona verilmiş işgəncələrin təsiri altında Elçin Mirzəliyevin ona qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini bildirmişdir. X25 Rəcəblinin dediklərini təkzib etdiyindən, eyni qaydada Elçin Mirzəliyevə qarşı fiziki zor tətbiq etmiş və işgəncə vermişlər. Bundan sonra xx.xx.2017-ci il tarixdə, səhər saatlarında düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçular gecələdikləri binadan qanunsuz sorğu-sual prosesinin keçirildiyi binaya aparılarkən, X45 Mirzəliyevi sıradan çıxarıb, “düşmənlə əməldaşlıq etdiyinə görə” qisas almaq məqsədilə, onu yerə yıxıb, təpiklə və əlində olan dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Bundan sonra da Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları həmin tarixdə köhnə qərargah binasının ikinci mərtəbəsindəki otaqlarda, habelə həmin gecə N saylı hərbi hissəyə aparıldıqdan sonra N və 10 may 2017-ci il tarixlərdə günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə yataqxana binasının otaqlarında düşmənlə əməkdaşlıq etdiyini etiraf etməsini tələb edərək, Elçin Mirzəliyevə qarşı müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək və işgəncə vermişlər. X34 məruz qaldığı işgəncələrin təsiri altında düşmənlə məxfi əməkdaşlıq etdiyini, habelə İsəbala Məmmədova qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini billdirmək məcburiyyətində qaldıqdan sonra zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmək əvəzinə, əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətməsini ehtimal etdikləri əməllərə görə ondan qisas almaq məqsədilə işgəncə verməyə davam edərək, Elçin Mirzəliyevə “başın təpə-ənsə nahiyəsinin sıyrığı, başın yumşaq toxumasına həmin nahiyədən qansızma, baş beyinin sol yarımkürəsində təpə payında kapsullaşmış beyindaxili hematoma, hər iki yuxarı ətrafın, döş qəfəsinin, qarının sol səthinin, sol baldırın dabana keçən, sağ baldırın nekrozlaşma ilə nəticələnmiş yaraları, sol ayağın üst səthinin kəsilmiş yarası, sol budun əzələ daxili henatoması, dodaqların selikli qişası, sol alin qabarı, burun beli, yanaq, qulaq seyvanları, gövdə və ətrafların çoxsaylı qançır, sıyrıq və səthi əzilmiş yaraları” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X26 xx.xx.2017-ci il tarixdə, saat 04:45-də 056 saylı hərbi hospitala aparılmış, saat 13 radələrində isə SilahlıQüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə, saat 11:55-də aldığı çoxsaylı xəsarətlər nəticəsində dövr edən qanın damarlardan çıxaraq, formalı elementlərinin parçalanma məhsullarının sorulmasından yaranmış orqanizmin ümumi intoksikasiyası, poliorqan çatmamazlığı səbəbindən hospitalda ölmüşdür. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının və və onun qızı X5 mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən (hökmdə öz əksini tapan) qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladının atasının ölməsi faktı ilə yanaşı, həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının və onun övladının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)- 7/2019 saylı hökmü qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 3.000.000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat, övladı X6 xeyrinə isə 10.000 (on min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının təqdim etdiyi müayinə-müalicə sənədləri özündə konkret məbləği əks etdirməsə də, həm azyaşlının mənafeyi, həm də məlum hadisələr nəticəsində ailə başçısını itirmiş iddiaçının səhhətində həmin sənədlərdə göstərilən problemlərin olmasının ağlabatanlılığı nəzərə alınmaqla, bununla əlaqədar müvafiq müalicələrə xərclərin çəkilməsi istisna edilmir. Bu baxımdan məhkəmə iddiaçıya və onun qızına münasibətdə hər birinə ayrı-ayrılıqda 1500 manat olmaqla, ümumilikdə 3000 manat maddi zərərin əvəzinin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin N fevral 20N-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyektin isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun həyat yoldaşına) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat, övladı X6 xeyrinə isə 10.000 (on min) manat, maddi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat, qızı X6 xeyrinə isə 1500 (bir min beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 320 manatın cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli, ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 50.000 (əlli min) manat, qızı X6 xeyrinə isə 10.000 (on min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat, qızı X6 xeyrinə isə 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına hüquqi xidmətlərin göstərilməsi üçün 320 (üç yüz iyirmi) manat İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar