Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-608/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Nərimanov rayon İcra və Probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Nərimanov rayon İcra və Probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Bakı şəhəri Nərimanov rayonu X10 prospekti ev 64/68 ünvanda yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzrə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(005)-382/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3 və X7 qarşı «kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X1 xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli kredit müqaviləsi üzrə 44,918 manat əsas kredit borcu, 18,651 manat faiz, 440 manat cərimə olmaqla, ümumilikdə 64,009 manat; xx.xx.2013-cü il tarixli, 1520Y nömrəli kredit müqaviləsi üzrə 45,681 manat əsas kredit borcu, 18,778 manat faiz, 450 manat cərimə olmaqla, ümumilikdə 64,909 manat; xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqaviləsi üzrə 74,413 ABŞ dolları əsas kredit borcu, 30,593 ABŞ dolları faiz, 750 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 105,756 ABŞ dolları borc ödəniş gününə manatla hesablanmaqla tutulması və mübahisənin məhkəmə vasitəsilə həlli üçün tərəflərdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun geri qaytarılması, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair, Reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli və xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinə və xx.xx.2013-cü il tarixli, 1520Y nömrəli və xx.xx.2014cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 110,000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 210,000 manat müəyyən edilməsi, mənzil və qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsait hesabına cavabdehlərin banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdehlər X3 və X7 qaytarılması, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qərar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(103)-5807/2016 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən - cərimə borcunun və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, cavabdeh X1 xx.xx.2013-cü il tarixli, 1473Y saylı kredit müqaviləsi üzrə 3816 manat cərimə məbləği, xx.xx.2013-cü il tarixli, 1520Y saylı kredit müqaviləsi üzrə 3653 manat cərimə məbləği, xx.xx.2014-cü il tarixli, 1622Y saylı kredit müqaviləsi üzrə 4506 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə cərimə məbləği tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 145,000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 220,000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən bank tərəfindən kassasiya şikayəti verilsə də, şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(103)-5807/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə icraya yönəldilmişdir. İddiaçı aşağıdakılara əsasən hesab edir ki, ipotekaya xitam verilməli, iddiaçıya məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış iddiaçıya qaytarılmalıdır. Belə ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 53-292714/17-15-5 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq hər iki ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni müvafiq olaraq - 140,250 manat və 92,437.50 manat olmaqla ipoteka saxlayana – Cavabdeh ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 2 il müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, «İpoteka haqqında» Qanunun 43.8ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: 1. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2. İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtə görə, Cavabdeh ASC ipoteka predmetini əldə etməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən 70 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc etdirilmiş və Cavabdeh ASC-yə ipoteka predmetlərinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq, ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtə görə, Cavabdeh ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Qeyd edilmişdir ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş «ipoteka predmetinin əldə edilməsi» termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti əks etdirmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair niyyətini bildirsin. Qanunvericiliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, məhz «ipoteka predmetinin əldə edilməsi» anlayışı «İpoteka haqqında» qanunun 46.1-ci bəndində konkret olaraq qeyd olunmuşdur. Həmin bəndə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışı (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunana qədər və ya hərracın nəticələrinə dair protokol imzalanana qədər), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunana qədər) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanının əsas öhdəlik üzrə bütün tələblərini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Normanın tələbindən də göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılı razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində onunla hərrac təşkilatçısı arasında notarial qaydada təsdiqlənməklə alğı-satqı müqaviləsi bağlamalıdır. Belə ki, «əldə etmə» termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Göründüyü kimi, Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli Qərardadı ilə bu məsələyə tam aydınlıq gətirilmişdir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələrindən də bilindiyi kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində aktın notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində aidiyyəti üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin 139-1.1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müvafiq halda isə Cavabdeh ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyata aldırmamış, hətta hərrac təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. İddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmçinin həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanın öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizam yaratmaq məqsədi daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Beləliklə, Cavabdeh ASC-nin «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün əsas yaradır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 5-ci maddəsinə əsasən, hər hansı fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və ya təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd edilmişdir ki, mübahisə olunan hallar barəsində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə məhkəmə prosesləri keçirilmiş və sübutlar toplanaraq, xx.xx.2022-ci il tarixli 2(006)- 565/2022 saylı qətnamə ilə mənzilin ipoteka yüklülüyünə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisə olunan mənzil X3 deyil, İddiaçı məxsusdur. Buna görə də, iddia İddiaçı tərəfindən qaldırılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, məhkəməyə iddiaya yazılı şəkildə təqdim etdiyi etirazında və izahatında bildirdi ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İlkin olaraq onu bildirir ki, hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı təklifinə ipoteka saxlayan Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixli İH-0600779 nömrəli məktubla müsbət cavab verilmişdir. Cavab məktubunun məzmunundan aydın olur ki, Cavabdeh ASC ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin 92.437,50 manata alınmasına razılığını ifadə etmişdir. Eləcə də, etiraza əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, sözügedən cavab məktubu «FM Express» tərəfindən "xxxx" MMC-yə çatdırılmış və «Məmmədova» soyadlı şəxs həmin məktubu qəbul etmişdir. Bundan başqa, etiraz ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********* nömrəli və eyni tarixli ********* nömrəli ödəniş tapşırıqlarının, xx.xx.2019-cu il tarixli 72 nömrəli hesab fakturanın, xx.xx.2019-cu il tarixli 864211 nömrəli elektron qaimənin surətindən görünür ki, ipoteka saxlayan Cavabdeh ASC tərəfindən hərracın xidmət haqqı qismində 2.350,10 manat, eləcə də əlavə dəyər vergisi qismində 423,02 manat vəsait ödənilmişdir. Qeyd edilənlərə əsasən tam olaraq sübuta yetirilir ki, ipoteka saxlayan bank tərəfindən hərrac protokolunun imzalanması və ipoteka predmetinin əldə olunması üçün bütün zəruri tədbirlər (hərrac təşkilatının məktubuna müsbət cavab vermək, hərrac təşkilatının xidmət haqqını ödəmək və s.) görülmüşdür. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 nömrəli qərardadında qeyd olunur ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, «İpoteka haqqında» Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair «Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında» iddia qaldıra bilər. Ali Məhkəmənin həmin qərardadında qeyd olunmuş hüquqi mövqeyə uyğun olaraq, bankın ləğvedicisi ƏSF tərəfindən Bakı Kommersiya Məhkəməsində cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi, X8, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə) iddia qaldıraraq, məhkəmədən «Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(103)-5807/2016 saylı qətnaməsinə əsasən tutmanın yönəldiyi, İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən 70 nömrəli mənzilin ipoteka saxlayan LPO Cavabdeh ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-701/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Hərracın yekunlarına dair xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən həmin protokol imzalanaraq möhürlə təsdiq edilmiş və həmin tarixdə təhvil alınmışdır. Belə olan halda isə iddiaçının tələbi ilə bağlı mübahisə olmadığı, məhkəmənin baxaraq təsdiq etməli tələb olmadığı müəyyən olunur. Qeyd edir ki, həqiqətən də yuxarıda qeyd olunmuş mübahisəli ipoteka predmetinin ipoteka saxlayan Cavabdeh ASC tərəfindən əldə edilməsinə dair protokol bankın nümayəndəsi tərəfindən hələ 2019-cu ildə imzalansa da, hərrac təşkilatı tərəfindən yalnız səhlənkarlıq nəticəsində imzalanmamış və çıxarış alınması üçün banka təqdim edilməmişdir. Sonradan ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və xx.xx.2019-cu il tarixli protokol ipoteka saxlayana təqdim edilmişdir. Nəticə etibarilə, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən 70 saylı mənzilin ipoteka saxlayan Cavabdeh ASC tərəfindən əldə edilməsini təsdiq edən hərracın yekunlarına dair protokol mövcuddur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(005)382/2016 saylı qətnaməsi ilə cavabdeh X1 xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli kredit müqaviləsi üzrə 44.918 manat əsas kredit borcu, 18.651 manat faiz, 440 manat cərimə olmaqla, ümumilikdə 64.009 manat, xx.xx.2013-cü tarixli, 1520Y nömrəli kredit müqaviləsi üzrə 45.681 manat əsas kredit borcu, 18.778 manat faiz, 450 manat cərimə olmaqla, ümumilikdə 64.909 manat, xx.xx.2014-cü il tarixli, 1622 Y nömrəli kredit müqaviləsi üzrə 74.413 ABŞ dolları əsas kredit borcu, 30.593 ABŞ dolları faiz, 750 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 105.756 ABŞ dolları borcun ödəniş gününə manata olan məzənnə ilə manatla, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutulub iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc tələbinin xx.xx.2013-cü il tarixli, 1473Y nömrəli və xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinə və xx.xx.2013-cü il tarixli, 1520Y nömrəli və xx.xx.2014-cü il tarixli, 1622Y nömrəli kredit müqavilələr üzrə ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X12 prospekti 64/68 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 110.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti 64/68 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 210.000 manat müəyyən edilməsi, mənzil və qeyri-yaşayış sahəsinin satılması və ondan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərini satışından qalan məbləğin cavabdehlər X3 və İddiaçı qaytarılması, ipoteka predmetləri satıldıqdan bir ay sonra cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(103)-5807/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən - cərimə və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilmiş, cavabdeh X1 xx.xx.2013-cü il tarixli, 1473Y saylı kredit müqaviləsi üzrə 381 manat cərimə, xx.xx.2013cü il tarixli, 1520Y saylı kredit müqaviləsi üzrə 3.653 manat cərimə, xx.xx.2014-cü il tarixli, 1622Y saylı kredit müqaviləsi üzrə 4.506 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə cərimənin tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 nömrəli evin 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 145.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (zirzəmi) açıq hərracda ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi qət edilmişdir. - Respublika Xammal və X16 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 mart 2019-cu il tarixli 01/1046 saylı təklifin surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 53-292714/17-15-5 saylı, xx.xx.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu X3 məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, 64/68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) və Bakı şəhəri, Nərimanov rayonu, X10 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli İH-0600779 saylı məktubundan görünür ki, Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclardan satılmamış X5 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilin bank tərəfindən alınması barədə təkliflə bağlı bildirir ki, həmin əmlakın 92437,50 manata alınmasına razıdır. - xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə 17/02 saylı protokoldan göründüyü kimi, ipoteka saxlayan Cavabdeh ASC ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu X10 prospekti ev 64/68 ünvanda yerləşən 70 saylı mənzili 92.437,50 manata əldə etmək hüququnu bildirmişdir. - xx.xx.2019-cu il tarixli ********* saylı ödəniş tapşırığından və xx.xx.2019-cu il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə 2.350,1 manat (xidmət haqqı) və 423,02 manat (18 % ƏDV) ödənişlər edilmişdir. Ödənişlər üçün əsas "xxxx" MMC-nin 10 aprel 2019-cu il tarixdə verdiyi 72 saylı hesabfakturadır. - Respublika Xammal və X16 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli a/2847 saylı məktubunda qeyd olunmuşdur ki, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X10 prospektində yerləşən 64/68 saylı evin 70 saylı mənzilinin protokolu Cavabdeh ASC tərəfindən əldə edilməmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)565/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh LPO Cavabdeh ASC-yə (Nərimanov rayon İcra və Probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, X3 məxsus Bakı şəhəri Nərimanov rayonu X10 prospekti ev 64/68 ünvanda yerləşən 70 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin mənzil üzərində ipotekanın ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın X3 qaytarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 4639/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-565/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-701/2025 saylı qərardadından görünür ki, iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi, X8, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə) «protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Hərracın yekunlarına dair xx.xx.2019-cu il tarixli protokol cavabdeh "xxxx" MMC tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, həmin tarixdə təhvil alınmışdır. Belə olan halda iddiaçının tələbi ilə bağlı mübahisə, məhkəmənin baxaraq təsdiq etməli tələb yoxdur. - Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-701/2025 saylı qərardadından şikayət verilməmiş və xx.xx.2025-ci il tarixdə qərardad qanuni qüvvəsini almışdır. - 24.09.2024-cü il tarixli **********55 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq «Birja yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq hər iki ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni müvafiq olaraq - 140,250 manat və 92,437.50 manat olmaqla ipoteka saxlayana – Cavabdeh ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 2 il müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Qeyd edilməlidir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. - 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. İşin araşdırılmış halları ilə təsdiq olunmuşdur ki, hərrac təşkilatının ipoteka predmetinin əldə olunması ilə bağlı təklifinə ipoteka saxlayan Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixli İH-0600779 nömrəli məktubla müsbət cavab verilmişdir. Cavab məktubunun məzmunundan aydın olur ki, Cavabdeh ASC ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanında yerləşən 70 saylı mənzilin 92.437,50 manata alınmasına razılığını ifadə etmişdir. Eləcə də, etiraza əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, sözügedən cavab məktubu «FM Express» tərəfindən "xxxx" MMC-yə çatdırılmış və «Məmmədova» soyadlı şəxs həmin məktubu qəbul etmişdir. Başqa sözlə, ipoteka saxlayan bank tərəfindən hərrac protokolunun imzalanması və ipoteka predmetinin əldə olunması üçün bütün zəruri tədbirlər (hərrac təşkilatının məktubuna müsbət cavab vermək, hərrac təşkilatının xidmət haqqını ödəmək və s.) görülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını müdafiə edərək verdiyi izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin Cavabdeh ASC tərəfindən əldə edilməsinə dair protokolun bankın nümayəndəsi tərəfindən hələ 2019-cu ildə imzalamasına baxmayaraq hərrac təşkilatı tərəfindən imzalanmaması və çıxarış alınması üçün banka təqdim edilməməsi hazırki iddianın dəlillərinin əsaslı olmasını təsdiq etmir. Belə ki, bankın ləğvedicisi ƏSF tərəfindən Bakı Kommersiya Məhkəməsində cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi, X8, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə) iddia qaldıraraq, məhkəmədən «Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-5807/2016 saylı qətnaməsinə əsasən tutmanın yönəldiyi, İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən 70 nömrəli mənzilin ipoteka saxlayan LPO Cavabdeh ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia qaldırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(113)-701/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Hərracın yekunlarına dair xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən həmin protokol imzalanaraq möhürlə təsdiq edilmiş və həmin tarixdə təhvil alınmışdır. Belə olan halda isə iddiaçının tələbi ilə bağlı mübahisə olmadığı, məhkəmənin baxaraq təsdiq etməli tələb olmadığı müəyyən olunur. İş materiallarından görünür ki, ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və xx.xx.2019-cu il tarixli protokol ipoteka saxlayana təqdim edilmişdir. Nəticə etibarilə, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 64/68 ünvanda yerləşən 70 saylı mənzilin ipoteka saxlayan Cavabdeh ASC tərəfindən əldə edilməsini təsdiq edən hərracın yekunlarına dair protokol və ödəmə tapşırıqları mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Nərimanov rayon İcra və Probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Nərimanov rayon İcra və Probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-608/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-608/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver