Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-611/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı X1 vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iddiaçı X1 vəkili-nümayəndəsi Vəkil iddianın baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh mediasiya prosesində iştirak etməklə bağlı dəvət məktubununun onun ünvanına göndərilmədiyini bildirdi. İddianın baxılmamış saxlanılmasına etiraz etdi. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən və xx.xx.2022-ci il tarixli “Mediasiyaya dəvət məktubu”ndan görünür ki, Cavabdeh ünvanı hər iki sənəddə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Bununla əlaqədar qeyd edilməlidir ki, mediasiya haqqında qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələblərinə görə, ailə mübahisələri üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hazırki iş üzrə sənədlərdən belə müəyyən olunur ki, cavabdehin ünvanı mediasiya prosesinin tətbiqi barədə təklifdə və mediasiyaya dəvət məktubunda yanlış qeyd edildiyindən, cavabdeh ilkin mediasiya sessiyasından xəbərdar olmamış və buna görə də sessiyada iştirakı mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qeyd olunanlara əsaslanaraq və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olan şərait aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-611/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-611/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver