Məhkəmə qərarları › İş №e-2(006)-614/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-614/2025

08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-614/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "uşaqların atanın himayəsinə verilməsi və aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "uşaqların atanın himayəsinə verilməsi və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Tərəflərin birgə nikahından 14 iyul 2006-cı il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlarında övladları var. Məhkəmənin qərarına əsasən, birgə nikahdan olan uşaqlar Cavabdeh himayəsinə verilmişdir. X3 istək və təkidi ilə, icra məmurunun izahatı əsasında iddiaçının himayəsinə verilmişdir. Bundan sonra İddiaçı tərəfindən 14 iyul 2006-cı il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 üçün sabit pul məbləğində aliment ödəməyə başlamışdır. Hazırda 14 iyul 2006-cı il təvəllüdlü X10 həqiqi hərbi xidmətdə olmasına baxmayaraq, iddiaçıdan aliment məbləği tutulmağa davam edir. Eyni zamanda, məhkəmə qərarı üzrə İddiaçı uşaqlarıyla görüşdükdə hər dəfə xx.xx.2014-cü il təvəllüdlü X11 İddiaçı ilə birlikdə qalmaq istəməsini, anasının yanına getmək istəmədiyini dilə gətirmişdir. Sonuncu dəfə 04 may 2024-cü il tarixdə İddiaçı uşağı X11 ilə görüşdükdə geri qayıtmaq istəmədiyi üçün uşaq iddiaçıda qalmış, Cavabdeh uşağı 07 may 2024-cü il tarixdə götürmək istəsə də, uşaq getmək istəmədiyi üçün bu vəziyyət 14 may 2024-cü il tarixə kimi davam etmişdir. 17 may 2024-cü il tarixdə isə X11 anasının (cavabdehin) evindən qaçaraq iddiaçının evinə gəlmiş, İddiaçı evdə olmadığına görə qonşusu uşağı öz evinə keçirərək paltarlarını dəyişmiş, İddiaçı evə gələnədək uşağı saxlamışdır. Həmin gün iddiaçıya qonşusu tərəfindən zəng edilməmişdən əvvəl Cavabdeh İddiaçı ilə əlaqə saxlayaraq uşaqları X6 evə gəlmədiyini bildirmişdir və bu barədə 102 zəng xidmətinə məlumat vermişlər. Sonradan polis əməkdaşları İddiaçı ilə əlaqə saxladıqda qonşusunun ona verdiyi məlumatları bildirmiş, bundan sonra polis əməkdaşları 102 zəng xidmətinə zəng edərək müraciəti geri götürməyi xahiş etmişdir. İddiaçı da müraciətini geri götürmüşdür. Lakin İddiaçı uşaqla birlikdə Binəqədi RPİ-yə dəvət edilmişdir və polis əməkdaşı Orxan Məmmədovun qəbulunda olmuşlar. Bu zaman Cavabdeh əsassız olaraq iddia etmişdir ki, uşaq İddiaçı tərəfindən oğurlanmışdır. Lakin uşaq dindirildikdən sonra işin faktiki halları aydınlaşdırılmlışdır. Bu zaman da uşaq ağlayaraq iddiaçının, yəni İddiaçı yanında qalmaq istədiyini bildirmiş, getməmək üçün təkid etmişdir. Lakin idarədə məhkəmə qərarı ilə uşağın ananın himayəsinə verildiyi əsas gətirilərək iddiaçının etirazlarına və uşağın istəyinə məhəl qoyulmamışdır. xx.xx.2014-cü il təvəllüdlü X11 atası ilə qalmaq istədiyinə görə bu cür neqativ hallar bundan sonra da ola bilər. Bu isə uşağın şəxsi təhlükəsizliyi baxımından da xoşagəlməz hallardır. Bu vaxtadək İddiaçı Cavabdeh dəfələrlə uşağın onun himayəsinə verilməsini təklif və xahiş etsə də,cavabdeh razılaşmamışdır. Hesab edilir ki, uşağın mənafeyi, şəxsi təhlükəsizliyi, eyni zamanda, iddiaçının himayəsində qalmaq istəyi nəzərə alınmaqla, xx.xx.2014-cü il təvəllüdlü X11 iddiaçının himayəsinə verilməlidir. Əks təqdirdə, uşağın hər dəfə atasının yanında qalmaq üçün təhsildən yayınmasına, məktəbdən qaçmasına, uşağın nəzarətsiz qalmasına gətirib çıxara bilər. Həmçinin, məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh uşaqların uzun müddət təhsildən yayınmasına da səbəb olmuşdur. Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, araşdırma əsasında Cavabdeh ilə əlaqə saxlanılıb və yaşayış yerini tez-tez dəyişməsi səbəbindən xx.xx.2014cü il təvəllüdlü X9 təhsildən yayındırmışdır. 14 iyul 2006-cı il təvəllüdlü X10 hazırda həqiqi hərbi xidmətdədir və onun üçün tutulan aliment dayandırılmalıdır. Belə ki, şəxs hazırda cavabdeh tərəfindən saxlanılın tərbiyə edilmir və 14 iyul 2006-cı il təvəllüdlü X10 18 yaşındadır, yetkinlik yaşına çatmışdır. Göstərilənlərə əsasən 14 iyul 2006-cı il təvəllüdlü X10 üçün tutulan alimentin dayandırılmasına, xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçının himayəsinə verilməsinə və iddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X7 görə ödənilən aliment məbləğinin dayandırılmasına, 14 iyul 2006-cı il təvəllüdlü X10 üçün artıq ödənilmiş avqust və sentyabr ayları üzrə aliment məbləğlərinin və xx.xx.2014-cü il təvəllüdlü X11 üçün (may 2024-cü il tarixdən faktiki olaraq iddiaçının himayəsində olduğu üçün) artıq ödənilmiş iyun, iyul, avqust və sentyabr ayları üzrə aliment məbləğlərinin əsassız tutulması nəzərə alınmaqla iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onunla cavabdehin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 300 manat olmaqla ümumilikdə 600 manat aliment məbləğinin tutulması, cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X6 onun faktiki himayəsinə verildiyi 17 may 2024-cü il tarixdən cavabdehə ödənilmiş 10 ay müddətinə 1750 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq bügunə qədər cavabdehə alimentlə bağlı 25.000 manata yaxın aliment ödədiyini, uşaqların 17 may 2024-cü ildən bəri onunla yaşadıqlarını, həmin tarixdən ödənilmiş 10 ay üzrə 1750 manat alimenti cavabehdən tələb etdiyini, aylıq 700 manat əmək haqqı aldığını və hər uşaq üçün 100 manat aliment məbləğinin tutulmasına razı olduğunu bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, uşaqlarını atasının himayəsinə verilməsinə etiraz edir. Atası 2-ci qrup əlildir və özü onun himayəsindədir. Atasına baxdığına görə işləyə bilmir. İddiaçı hər uşağa görə 300 manat aliment tələb edir. Onun həmin aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. 17 may 2024-cü ildən bügunədək ödənilmiş 1750 manat alimentin geri qaytarılmasına etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ona bugünə qədər iddiaçı tərəfindən aliment ödənişlərinin edildiyini, alimenti ödəməyə imkanının olmadığını bildirmişdir. 6.Əvvəlki məhkəmə iclasında tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X11 bildirmişdir ki, onun 10 yaşı var. İddiaçı atası, cavabdeh isə anasıdır. O, hazırda atası ilə birlikdə qalır. Anası ona pis davrandığı, onu ac saxladığı, döydüyü və onu məktəbə yazdırmadığı üçün anasının yanından qaçaraq atasının yanına gəlmişdir. Atası ona çox yaxşı baxır. Onu məktəbə göndərir. Ona xərclik verir. O, atası ilə qalmaq istəyir. Anasının yanına qayıtmaq istəmir. 7.Əvvəlki məhkəmə iclasında tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 bildirmişdir ki, onun 13 yaşı var. İddiaçı onun atası, cavabdeh isə anasıdır. O, hazırda atası ilə birlikdə qalır. Anasının yanında yaşamaq istəmir. Atası onlara çox yaxşı baxır. Anası heç vaxt onlarla maraqlanmayıb. Onlara qayğı göstərməyib. 8.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 02 mart 2024-cü il tarixli, AZ-T seriyalı, 266412 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 02 mart 2024-cü il tarixli, AZ-T seriyalı, 266414 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 02 mart 2024-cü il tarixli, AZ-T seriyalı, 266413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. 12.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 07 aprel 2023-cü il tarixli, AZ-İ seriyalı, 443998 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. 13.Mülki işin materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00668 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. 14.Mülki işin materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, məsələ ilə əlaqədar Cavabdeh ilə əlaqə saxladıqda o, ailə münaqişəsi zəmnində yaşayış yerini tez-tez dəyişməsi səbəbindən xx.xx.2014-cü il təvəllüdlü övladı X9 təhsildən yayındırdığını bildirmişdir. xx.xx.2014-cü il təvəllüdlü övladı X6 təhsil almaq hüququnu nəzərə alaraq onun 2024-2025 tədris ilində fərdi təhsilə cəlb edilməsi üçün Cavabdeh 2024-cü ilin avqust ayının ikinci yarısında ərizə ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməsi tövsiyə edilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 11/806 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 hal-hazırda ataları İddiaçı bağlılıqları müəyyən olunmaqla anaları Cavabdeh bağlılıqları üzə çıxmır. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psoxoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 hal-hazırda psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2014-cü il təvəllüdlü X6 emosional-iradi sferasında sirayət etməklə, anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. 16.Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən 17 mart 2025-ci il tarixli, 40/2025 nömrəli Rəyə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası yetkinlik yaşına çatmayan uşaqların fikirlərini, aparılan araşdırma zamanı uşaqların faktiki olaraq himayəsində yaşadığı valideyndən-atasından alınması üçün əsasların müəyyən olunmamasını və s. kimi halları əsas götürərək, uşaqların mənafeyinin üstünlüyü baxımından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 ataları-İddiaçı himayəsində qalmalarını məqsədəmüvafiq hesab etmişdir. 17.Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən 04 mart 2025-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Xırdalan-Binəqədi şosesi, döngə 7, nömrəsiz fərdi yaşayış ünvanına baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı, övladları X12 və X11 olmaqla qeyd edilən ünvanda 3 nəfər yaşayır. İddiaçı "xxxx" MMC-də operator (elektrolayzer) işləyir, övladları Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə təhsil alırlar. Duyğu Bədəlova 8-ci sinif və Vəli Bədəlov 1-ci sinif (məktəbə gec getdiyi üçün fərdi təhsil alır) şagirdidir. Baxış zamanı müəyyən edilmişdir ki, birmərtəbəli ev dəhlizdən, zaldan, bir yataq otağından, mətbəxdən, hamam və sanitar qovşağından ibarət olmaqla ümumi sahəsi təxminən 30 kv.m təşkil edir. Evdə yaşayış üçün zəruri şərait yaradılmış, təmir işləri aşağı səviyyədədir, sanitar-gigiyenik qaydalara qismən riayət olunmuşdur. Ev məişət və mebel avadanlıqları, su, təbii qaz, elektrik enerjisi, kanalizasiya sistemi, internet, kondisioner və istilik üçün qaz peçi ilə təchiz edilmişdir. Həyat şəraitinin müayinə edilməsinin nəticələri onu göstərir ki, İddiaçı ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxşdir. 18.Mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mygov sistemindən edilən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator (elektrolayzer) vəzifəsində çalışır və aylıq əmək haqqının məbləği 1431.64 manat təşkil edir. 19.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən 13 mart 2025-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, cavabdeh babasına məxsus həmin ünvanda yerləşən mənzildə özü və atası ilə birgə yaşayır. Mənzilin ümumi sahəsi 29.47 kv.m olmaqla 2 otaqdan ibarətdir. Mənzil kommunal şəraitli, orta təmirli və məişət avadanlıqları ilə qismən təchiz olunub. 20.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-80/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 09 iyul 2005-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X5 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, xx.xx.2006-cı il təvəlüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2006-cı il təvəlüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək hər birinin saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin 18 may 2020-ci ildən tutulması və dərhal icra edilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2005-ci il tarixdə bağlanan nikah məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında ləğv edilmiş, həmin qətnamə ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəlüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları Cavabdeh himayəsinə verilməsi və onların saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin tutulması qət edilmişdir. 22.Müəyyən edilmişdir ki, birgə nikahdan olan xx.xx.2006-cı il təvəlüdlü X10 artıq yetkinlik yaşına çatmışdır. xx.xx.2011-ci il təvəllüdlü X8 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilməsinə baxmayaraq atasının yanında, xx.xx.2014-cü il təvəllüdlü X11 isə xx.xx.2024-cü il tarixdən etibarən atasının yanında qalır. 23.Hazırda iddia tələbi üzrə İddiaçı birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 cavabdehin himayəsindən alınaraq iddiaçının himayəsinə verilməsi, uşaqların saxlanılması üçün aylıq hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat aliment məbləğinin tutulması və cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçının faktiki himayəsinə verildiyi xx.xx.2024-cü il tarixdən cavabdehə ödənilmiş 10 aylıq 1750 manat məbləğində pulun cavabdehdən tutulması tələb edilir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 24.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər; 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər; 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir; 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 25.Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, uşaqlar yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların ataya verilib-verilməməsi verilməsi məsələsinə baxılarkən məhkəmə tərəfindən uşaqların ataya verilməsinin onların gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, uşaqların ataya münasibəti, ataya şəxsi bağlılığı, eləcə də uşaqların yaşı və s. hallar nəzərə alınmışdır. 26.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin Qərarda həmçinin o da qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digə hallar. 27.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır; 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. 28.BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. 29.“Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.” 30.İnsan hüquqları üzrə Avropа Məhkəməsinin Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki, “uşаğın mаrаqlаrı ilə vаlideynlərin mаrаqlаrı аrаsındа ədаlətli tаrаzlıq yаrаtmаq zəruridir. Məhkəmə belə qərаrа gələrkən uşаğın mаrаqlаrınа xüsusi əhəmiyyət verir. Çünki uşаğın mаrаqlаrı öz təbiətinə və əhəmiyyətinə görə vаlideynlərin mаrаqlаrındаn üstündür. 31.Hazırki iş üzrə məhkəmə baxışı ərəfəsində həm Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq rəyin verilməsi tələb edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən xx.xx.2025-ci il tarixli Rəydə birgə nikahdan olan uşaqların atalarının himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilən xx.xx.2025-ci il tarixli Rəydə isə uşaqların atalarına bağlılığının olması, analarına isə bağlılıqlarının üzə çıxmaması və onların hansı valideynin yanında yaşamasına dair seçimləri ilə bağlı kənar təsirlərin olmadığı müəyyən edilmişdir. 32.Məhkəmə əlavə olaraq qeyd edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları həm məhkəmə iclasında, həm də Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən keçirilən iclasda müstəqil şəkildə atalarının yanında qalmaq istədiklərini ifadə etmişlər. 33.Məhkəmə həmçinin qeyd edir ki, birgə nikahdan olan Duyğunun artıq 14, Vəlinin isə 11 yaşı tamam olmuş, onlar artıq xeyli müddətdir ki (Vəliyə münasibətdə 2024-cü ilin 17 may tarixindən), atalarının yanında yaşayırlar. Müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü Bədəlov Vəli ailə münaqişəsi zəmnində yaşayış yerini tez-tez dəyişdiyinə görə təhsilindən yayınma halları baş vermiş, bu səbəbdən onun fərdi təhsil cəlb edilməsi tələb edilmişdir, 17 may 2024-cü il tarixdən etibarən isə davamlı şəkildə atasının yanında yaşamağa başlamışdır. Belə olan vəziyyətdə uşaqların iradəsinə zidd olaraq artıq vərdiş etdikləri şəraitdən ayrılaraq analarının himayəsinə verilməsi onların üstün mənafeyinə uyğun sayıla bilməz. Bu həmçinin ananın uşaqları ilə ünsiyyət hüququnun olmaması kimi qiymətləndirilməməli, gələcəkdə tərəflər arasında mübahisə olacağı təqdirdə uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı cavabdehin uğurlu idddia vermək hüququnu istisna etmir. Yalnız uşaqların üstün mənafeyi nəzərə alınaraq onların yetkinlik yaşına çatanadək maddi, təminatlı, təhsil baxımından daha yaxşı şəraitdə böyüməsi kimi dəyərləndirilməlidir. 34.Məhkəmə qeyd edir ki, Komissiyanın və ekspertin rəyi məhkəmə üçün məcburi əhəmiyyətə malik olmasa da, uşaqların üstün mənafeyi əsas götürülməklə mövcud vəziyyətdə yetkinlik yaşına çatmayan uşaqların atalarının yanında qalmasının onların mənafeyi baxımından daha məqsədəuyğun olması barədə Komissiyanın və ekspertin rəyi ilə eyni mövqeydən çıxış edərək belə hesab edir ki, işin faktiki vəziyyətinə görə uşaqların atadan alınaraq analarına verilməsi ədalətli və ağlabatan deyil. 35.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi uşaqların himayəyə verilməsi hissəsində təmin edilməli, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 ataları İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməlidir. 36.Məhkəmə bu nəticəyə gələrkən ilk növbədə uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının, həmçinin onların artıq vərdiş etdiyi şəraitdə yaşamasının təmin olunmasına yönəlmişdir. Sözsüz ki, məhkəmə bu məsələyə uşaqların mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşaraq hesab edir ki, uşaqların ataları ilə yaşaması onların istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğundur və uşaqların daha üstün maraqlarını təmin edir. 37.Məhkəmə tələbin aliment hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 38.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 39.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-cü il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 40.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 41.Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, bundan əlavə iddiaçının aliment tələbinə dair iddia ərizəsi ilə 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyini, 2025-ci il üzrə minimum aylıq əmək haqqının məbləğinin 400 manat miqdarında olmasını və həmçinin, iddiaçının tələbində hər uşaq üçün 300 manat olmaqla ümumilikdə 600 manat məbləğində aliment tələb etməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında isə alimentlə bağlı cavabdehə güzəştə gedərək aylıq hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində aliment tutulmasına etirazının olmamasına dair fikrini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən (aliment tələbinin irəli sürüldüyü tarixdən) başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində (100:400≈0.25) sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 42.Son olaraq məhkəmə iddia tələbinin iddiaçının xx.xx.2014-cü il təvəllüdlü X11 üçün xx.xx.2024-cü il tarixdən 10 aylıq müddət üçün ödədiyi 1750 manat məbləğində aliment ödənişinin cavabdehdən onun xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə də əsaslı hesab edilməklə təmin edilməlidir. 43.Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X11 17 may 2024-cü il tarixdən etibarən davamlı olaraq atasının yanında yaşamağa başlamışdır. Lakin buna baxmayaraq iddiaçı tərəfindən 10 ay müddətinə aliment tutulmuşdur. Hazırda cavabdeh ona ödənilən 1750 manat məbləğində aliment ödənişinin iddiaçıya qaytarılmasına etiraz etmir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixdən etibarən ödənilən ümumilikdə 1750 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 44.Beləliklə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və işin diqqətəlayiq və araşdırılmış hallarını da nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 ataları İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməli, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin Cavabdeh ödənilmiş 1750 manat məbləğində aliment ödənişi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 45.Bundan əlavə, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 46.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 47.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 48.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X11 ataları İddiaçı himayəsində saxlanılsın. xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh aliment məbləği kimi ödənilmiş 1750 (min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar