Məhkəmə qərarları › İş №e-2(006)-6246/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6246/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6246/2025 09.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişinin göstərilən məzmunda təsdiq edilməsini xahiş etmişlər.

1. İddiaçı "xxxx" ASC-yə qarşı irəli sürdüyü 50 000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 50 125 (əlli min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbindən "xxxx" ASC tərəfindən 15 000 (on beş min) manat ödənilməsi qarşılığında imtina edir.

2. "xxxx" ASC iddiaçının xeyrinə 50 000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 50 125 (əlli min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qərx) manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin qarşılığında İddiaçı 15 000 (on beş min) manat pulu 1 (bir) ay ərzində ödəməyi öz öhdəsinə götürür.

3. İddiaçı hazırkı tələbi ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq.

4. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi pul tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı və digər tərəfdən cavabdehin nümayəndəsi X2 arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. İddiaçı "xxxx" ASC-yə qarşı irəli sürdüyü 50 000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 50 125 (əlli min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbindən "xxxx" ASC tərəfindən 15 000 (on beş min) manat ödənilməsi qarşılığında imtina edir.

2. "xxxx" ASC iddiaçının xeyrinə 50 000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 50 125 (əlli min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qərx) manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin qarşılığında İddiaçı 15 000 (on beş min) manat pulu 1 (bir) ay ərzində ödəməyi öz öhdəsinə götürür.

3. İddiaçı hazırkı tələbi ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacaq.

4. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi zərərin və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar