Məhkəmə qərarları › İş №e-2(006)-6247/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6247/2025

06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6247/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən özünün xeyrinə 50.000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat olmaqla, ümumilikdə 50.125 manat pulun və ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlamışlar. Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı ilə cavabdeh razılığa gəliblər. Belə ki, barışıq sazişində mənəvi zərərin məbləği ilə bağlı məsələ öz həllini tapmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, “mənəvi ziyanın ödənilməsi” tələbinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli tərələr arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlayıblar:

1. İddiaçı "xxxx" ASC-yə qarşı irəli sürdüyü 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 60.125 (altmış min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) mant məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbindən "xxxx" ASC tərəfindən 10.000 (on min) manat ödənilməsi qarşılığında imtina edir.

2. "xxxx" ASC iddiaçının xeyrinə 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 60.125 (altmış min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin qarşılığında İddiaçı 10.000 (on min) manat pulu 1 (bir) ay ərzində ödəməyi öhdəsinə götürür.

3. İddiaçı hazırki tələbi ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacaqdır.

4. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

6. Barışıq sazişi 3 nüsxədə hazırlanmışdır. Həmin nüsxələdən biri idiaçıya, biri cavabdehə, digəri isə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilir. Məhkəmə tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Göründüyü kimi tərəflər öz aralarında barışıq sazişi bağlamaqla mənəvi ziyanın müəyyən edilən məbləğdə ödənilməsinə dair razılığa gəldiklərindən hazırki müki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. İddiaçı "xxxx" ASC-yə qarşı irəli sürdüyü 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 60.125 (altmış min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) mant məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbindən "xxxx" ASC tərəfindən 10.000 (on min) manat ödənilməsi qarşılığında imtina edir.

2. "xxxx" ASC iddiaçının xeyrinə 50.000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 60.125 (altmış min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbinin qarşılığında İddiaçı 10.000 (on min) manat pulu 1 (bir) ay ərzində ödəməyi öhdəsinə götürür.

3. İddiaçı hazırki tələbi ilə bağlı "xxxx" ASC-yə qarşı gələcəkdə məhkəmədə iddia qaldırmayacaqdır.

4. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar