Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6293/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçıin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 207757 manat və dövlət rüsumu ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçıin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirmişdir ki, "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 10%, 19.02.2016-cı il tarixinədək 207757 manat məbləğində pul banka əmanət olaraq qoyulmuşdur. Həmin müqaviləyə əsasən əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə əsasən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlərə görə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan fondun iştirakçısı bankları tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə tam sığortalanır. Müqavilənin 5.6-cı maddəsinin “e” bəndinə əsasən 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi milli valyutada 10 faizdən yuxarı olarsa bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. X4 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-nin “bank kimi fəaliyyət göstərməsi barədə lisenziyası” ləğv edilmiş və bu barədə kütləvi informasiya vasitələri ilə elan edilmişdir. İddiaçının Əmanətlərin Sığortalanması Fonduna tam sığortalanmış əmanətə görə 207757 manat kompensasiyanın ödənilməsi barədə müraciətinə, Fond tərəfindən imtina cavabı verilmişdir. Ləğv prosesində olan Bankın təqdim etdiyi 12.07.2021-ci il tarixli, iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, iddiaçının bankda 207757 manat pul vəsaiti mövcuddur. Göstərilənlərə baxmayaraq cavabdeh Fond iddiaçıya sığorta ödənişini etməmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçı «Əmanətlərin Sıcortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.1 maddəsinə əsasənmüvafiq olaraq təqdim edilmiş Sənədlər Mülki Məcəllənin 964-cü maddəsində müəyyən olunmuş qaydada tərtib edilmədiyi üçün kompensasiya ödənişinin edilməsi qeyri-mümkündür. iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsindən görünür ki, illik faizlərin hər ay ödənilməsi şərti ilə 10%, 19.02.2016-cı il tarixinədək 207757 manat məbləğində pul banka əmanət olaraq qoyulmuşdur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı 17.07.2019—28.04.2020 tarix aralığında Amrahbanka cəmi 207.757 manat məbləğində pul köcürmüşdür. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçıə ünvanlanmış 26 avqust 2021-çi il tarrixli məktubundan görünür ki, sənədlər düzgün tərtib edilmədiyinə görə, pulun qaytarılması qeyri- mümkündür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 10%, 19.02.2016-cı il tarixinədək 207757 manat məbləğində pul banka əmanət olaraq qoyulmuşdur. Onun tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu”na onun tərəfindən ləğv prosesində olan “"xxxx" ASC-nə qoyulmuş 207757 manat əmanətin ona qaytarılması barədə ərizə verməyinə baxmayaraq indiyədək həmin ərizəyə cavab verilməmişdir. İş materiallardan göründüyü kimi, Əmanətçi Fonda müraciət edib, lakin Fonddan cavab verilməmişdir. Müqavilədən görünür ki, Ərizəni verildiyi tarixdən 90 gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləğləri tam şəkildə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 207757 manat və dövlət rüsumu ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçıin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 2D000016-0719 saylı, 15.07.2019-cu il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Banka qoyulmuş əmanət 207757 manat və dövlət rüsumu ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq, İddiaçıin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6293/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6293/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver